naxışlı sözü azərbaycan dilində

naxışlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • naxışlı • 94.0260%
  • Naxışlı • 5.7143%
  • NAXIŞLI • 0.2597%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naxışlı dırmanantəlxə
Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ. Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur. Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir. Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər.
Əlvan naxışlı Şahtaxtı küpü
Əlvan naxışlı Şahtaxtı küpü — 1936-cı ildə arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən Naxçıvanda, Şahtaxtı nekropolundan tapılmış polixrom rəsmli küp. 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən Naxçıvan MSSR-a ekspedisiya təşkil edilib. Ekspedisiyanın sayca üçüncü tədqiqat apardığı yer Şərurda yerləşən Şahtaxtı kəndi ətrafı olub. Qəbirlər olan sahənin ərazisində Gavurqalanın şimal şərqində arxeoloqlar 2 sıra plitələrlə ( uzunluğu 1 2 metr eni 1 metr) örtülmüş qəbirə rast gəlirlər. Qəbir plitələrlə örtülü olduğu üçün toxunulmaz qalmışdı. Bundan başqa qəbirin ətrafı 7.7 metr diametrdə daşlarla əhatələnib. Qəbirin qərb hissəsində sol yanı üzərində uzadılmış at skeleti onun üzərində isə 30 gil qab tapılıb. 30 qabdan yalnız biri naxışlı olmaqla rəngli idi. Sənətşünas Leonid Bretanitski və Boris Veynmarna görə bu küp eramızdan əvvəl II minilliyin ortalarına aiddir. Digər sənətşünas Vladimir Şleev isə küpü eramızdan əvvəl II minilliyin sonlarına aid edir.

naxışlı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Naxış vurulmuş, naxış salınmış, naxışla bəzədilmiş. Naxışlı dəsmal. Naxışlı qab. Naxışlı mal. – Katib … bir cüt qırmızı dilim naxışlı çaynik çıxartdı. S.Rəhimov. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal. 2. məc. dan. Bəxtli, bəxti yaxşı olam, əli gətirən. Naxışlı adam.

    Azərbaycan dilinin izahlı lüğəti / naxışlı

naxışlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NAXIŞLI (naxışı olan) Kitab.. bir cüt qırmızı dilim naxışlı çaynik çıxartdı (S.Rəhimov); BƏZƏKLİ Qaraş özünə məxsus şirin-şirin gülərək, cibindən çıxardığı yanları bəzəkli ağ dəsmalla gözünü sildi (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / naxışlı

naxışlı sözünün rus dilinə tərcüməsi

  • 1 узорчатый, узорный, вырезанный, вышитый, рисунчатый, расписной

    Azərbaycanca-rusca lüğət / naxışlı
  • 2 прил. узорчатый, узорный (украшенный узорами, с узорами); рисунчатый; расписной. Naxışlı parça узорчатая ткань, naxışlı divarlar расписные стены, naxışlı linoleum узорчатый линолеум; naxışlı təlxə зоол. узорчатый полоз

    Azərbaycanca-rusca lüğət / naxışlı

naxışlı sözünün inglis dilinə tərcüməsi

naxışlı sözünün fransız dilinə tərcüməsi

naxışlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. нехишар (гиширар) алай (авай, янвай, ттур); 2. пер. рах. бахт авай, бахтуни гъидай, гъили кьадай (мес. кас).

    Azərbaycanca-ləzgicə lüğəti / naxışlı

"naxışlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naxışlı nədir? #naxışlı sözünün mənası #naxışlı nə deməkdir? #naxışlı sözünün izahı #naxışlı sözünün yazılışı #naxışlı necə yazılır? #naxışlı sözünün düzgün yazılışı #naxışlı leksik mənası #naxışlı sözünün sinonimi #naxışlı sözünün yaxın mənalı sözlər #naxışlı sözünün əks mənası #naxışlı sözünün etimologiyası #naxışlı sözünün orfoqrafiyası #naxışlı rusca #naxışlı inglisça #naxışlı fransızca #naxışlı sözünün istifadəsi #sözlük