nağılla sözü azərbaycan dilində

nağılla

Yazılış

  • nağılla • 88.2353%
  • Nağılla • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan nağılları
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: == Ümumi məlumat == Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır. Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa çalışmışlar. Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış süjetlər qalmaqdadır.
Aşıq Bidlin nağılları
Aşıq Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsi Son hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Bard Bidlin nağılları
Aşıq Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsi Son hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Nağılların nağlı (film, 2015)
Nağılların nağlı (ing. Tale of tales) — 2015-ci ildə çəkilmiş, başda İtaliya olmaqla Fransa və Birləşmiş Krallığın ortaq fantastik filmi. Filmdə bir neçə nağılların ən qədim versiyalarına (Yatmış gözəl, Rapunzel, Sinderella və s.) yer verilir.
Talış xalq nağılları
Talış xalq nağılları (tal. Толышә нәғылон) — talış xalqının şifahi yaradıcılıq əsərləri, hər bir xalqın nağıl və əfsanələri digər şifahi xalq yaradıcılığı nümunələri kimi onun etnik şüurunu təcəssüm etdirən mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri. Bu günə qədər gəlib çatmış talış nağılları və əfsanələri öz köklərini Avestadan götürərək, tarixin qatlarından keçərək talış mədəniyyətində çox yüksək yer tutur. Onlar oxucuları insan ləyaqətini, mənəvi dəyərləri və müasir dövrümüz üçün xüsusilə aktual olan saf məhəbbət hissini qorumağa çağırır, xeyirxahlıq və humanizm prinsiplərinin daim yüksəldilməsini tövsiyə edirlər. == Öyrənilməsi tarixi == Tədqiqatçılar talış folkloru ilə hələ XIX əsrdə maraqlanmağa başlayıblar. Talış folklorunun ən erkən əks olunduğu yerlərdən biri də müəllim Teymur bəy Bayraməlibəyovun 1894–1899-cu illərdə "Qafqazın yerli və tayfalarının təsviri üçün materiallar toplusunda" əsəridir. Bayraməlibəyov üç məqaləsində talış nağıllarını, əfsanələrini və inanclarını əks etdirir. 1894-cü ildə Tiflisdə yaşayan talış əsilli general-mayor Mir Əsəd-bəy talış dilində topladığı talış mətnlərinin yoxlanılmasında dilçi-etnoqraf L. Q. Lopatinskiyə köməklik göstərirdi. Talış dilindəki bu iki mətn talış nağıllarıdır — "Sehrli alma" və "Qorxaq". Onlar rus dilinə tərcüməsi ilə "Qafqazın məhəllə və tayfalarını təsvir etmək üçün materiallar toplusu"nda dərc edilmişdir.
Təbrizin sehrli nağılları
Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab. == Haqqında və məzmunu == Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib. Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb: Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır: === Kitab ətrafında qalmaqal və reaksiyalar === 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək, İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N. Zamanov bu miniatürü "monumental sənət nümunəsi" adlandırır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurmuşdur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar: Nizami poemasında Xosrovla Şirin iki baş qəhrəman kimi qələmə alınsalar da, şair bu surətlərin səciyyəsindəki ziddiyyəti qabarıq şəkildə verməyi lazım bilmişdir. Xosrovu görmədən, tanımadan sevən Şirin, Şapurun tərifi ilə Şirinə məhəbbət bağlayan Xosrov macərası şairin əsərində gözəl səsləndiyi kimi, miniatür dilində də eləcə gözəl və valehedici səslənməli idi. Ağamirək, "Xəmsə"yə çəkdiyi bütün miniatürlərdə olduğu kimi, bu əsərində də tutduğu qayəyə sadiq qalmış və buna görə də, onun əsərləri miniatür şərtiliyinə baxmayaraq, Nizami epizodlarının mayasından pərvazlanmışdır. == Təsvir == Miniatürün mərkəzində, zəngin bəzədilmiş tağ-tavan altındakı geniş taxtda Xosrovla Şirin əyləşmişlər.
Min bir gecə nağılları
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Azərbaycan nağılları (Arif Hüseynov)
Azərbaycan nağılları — Azərbaycan rəssamı Arif Hüseynov tərəfindən yaradılmış əsərlər seriyası. Seriyaya daxil olan müxtəlif ölçülü əsərlərdə müxtəlif Azərbaycan nağıl və mif personajları, nağıl səhnələri əks olunmuşdur. Seriyadan olan bəzi əsərlər, Azərbaycan nağılları çoxcildli nəşrinin illüstrasiyası üçün istifadə edilmişdir. Seriyaya “Ağ atlı oğlan”, “Cırtdan”, “Nar qız”, “Göyçək Fatma”, “Məlikməmmədin nağılı”, “Ovçu Pirim”, “Dərzi şagirdi Əhməd” və s. nağıllara çəkilmiş rəsmlər daxildir. == Tarixi və təhlili == Sənətşünas Ziyadxan Əliyev qeyd edir ki, Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasından olan əsərləri "milli ədəbi materiala “bədii güzgü” tutaraq, tamaşaçısı-oxucusu ilə çox oxunanların özü qədər koloritli “nağıl dili”ndə danışır." Təsvirdə yorucu nəqliçilikdən qaçan rəssamın nağıl yaradıcılığında rəmz-məcaz sadəcə üslub görüntüsü olmayıb, bilsavasitə onun dünyanı obrazlı dərkidir. Rəmz – məcazın bütöv – tam düşüncə daşıyıcılığı ilə yanaşı, həm də duyulası dərəcədə yığcam-qənaətcil olması da Arif Hüseynovun seçiminin məntiqliliyini təsdiqləyir. Rəssamın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyalarda ədəbi mətnin tutumuna müvafiq hadisələrə fantastik baxış bucağı, bədii həllində şaşırdıcı rəng və forma-biçim ifadəsi görünməkdədir. Məkanları və obrazlarıbədii stilizə və şux rəng çalarları ilə əyaniləşdirən rəssam, görünənlərin miniatür estetikasına yaradıcı münasibətin uğurlu nəticəsi olduğuna tamaşaçısını-oxucusunu inandırır. Jurnalist Lalə Azəri qeyd edir ki, "Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasından olan əsərlərində nağılların təsviri, koloriti detallarla zəngindir.

"nağılla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nağılla nədir? #nağılla sözünün mənası #nağılla nə deməkdir? #nağılla sözünün izahı #nağılla sözünün yazılışı #nağılla necə yazılır? #nağılla sözünün düzgün yazılışı #nağılla leksik mənası #nağılla sözünün sinonimi #nağılla sözünün yaxın mənalı sözlər #nağılla sözünün əks mənası #nağılla sözünün etimologiyası #nağılla sözünün orfoqrafiyası #nağılla rusca #nağılla inglisça #nağılla fransızca #nağılla sözünün istifadəsi #sözlük