nisbətlə sözü azərbaycan dilində

nisbətlə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nisbətlə • 94.7368%
  • Nisbətlə • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həndəsi nisbətlər qanunu
Həndəsi nisbətlər qanunu Bu qanun David Dalton (1803) tərəfindən kəşf olunmuşdur: Əgər iki element bir-birilə bir neçə birləşmə əmələ gətirirsə, bunlardan birinin eyni kütləsinə düşən digər elementin kütlələri nisbəti sadə tam ədədlərin nisbəti kimidir. Məsələn, CO2 ilə CO birləşmələrində karbonla oksigenin kütlələri nisbəti 12:32 və 12:16 nisbəti kimidir. Deməli, karbonun oksigenin sabit kütləsi ilə birləşən kütlələri nisbəti 2:1-ə nisbəti kimidir. Bu qanun əsasında Dalton hidrogenin kütləsini şərti olaraq vahid qəbul edərək elmə nisbi atom kütləsi anlayışını daxil etmişdir. Hal-hazırda isə göstərdiyimiz kimi nisbi atom kütlə vahidi olaraq karbon-12 izotopunun molyar kütləsinin 1/12 qəbul edilmişdir.
Sabit nisbətlər qanunu
Sabit nisbətlər qanunu elementlər bir-birləri ilə birləşərək müəyyən birləşmələr əmələ gətirərkən onların müəyyən nisbətlərdə birləşməsinə əsaslanan qanundur. Onun tərifi bu formadadır: Bir birləşməni təşkil edən elementlərin kütlələri arasında dəyişməz bir nisbət mövcuddur. Bu qanuna isə sabit nisbətlər qanunu deyilir. Bu qanun 1799-cu ildə fransız alimi olan Cozef Prust tərəfindən kəşf edilmişdir. Elementlərin kimyəvi cəhətdən bir yerə cəmləşdiyi zaman müəyyən bir nisbətdə birləşdiyini müəyyən etmiş Prust bu gün sabit nisbətlər qanunu olaraq bilinən qanun üçün aşağıda göstərilmiş olan tərifi vermişdir: Bu qanuna görə məsələn, 18 qram suyun tərkibində 16 qram oksigen olarkən, qalan 2 qramda isə hidrogen vardır. 9 qram su əmələ gələrsə, onun 8 qramı oksigenin, 1 qramı isə hidrogenin payına düşür. Suyun necə alınmasından asılı olmayaraq bu nisbət tamamilə sabit qalmağa davam edir. Bu və buna oxşayan təcrübə nəticələri ilə sabit nisbətlər qanunu qəbul edildikdən sonra Con Dalton tərəfindən 1807-ci ildə ilk elmi atom nəzəriyyəsi irəli sürülmüşdür.

nisbətlə sözünün leksik mənası və izahı

  • 1 1. bax nisbətən. Zəki Məmmədbağıra nisbətlə çox qüvvətli idi. S.Hüseyn. 2. Münasibətlə, …görə. Bizə, ya nə nisbətlə töhmət gəlir; Qaç, oğlan, qaç, at basdı, millət gəlir. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / nisbətlə

nisbətlə sözünün rus dilinə tərcüməsi

nisbətlə sözünün ləzgi dilinə tərcüməsi

"nisbətlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nisbətlə nədir? #nisbətlə sözünün mənası #nisbətlə nə deməkdir? #nisbətlə sözünün izahı #nisbətlə sözünün yazılışı #nisbətlə necə yazılır? #nisbətlə sözünün düzgün yazılışı #nisbətlə leksik mənası #nisbətlə sözünün sinonimi #nisbətlə sözünün yaxın mənalı sözlər #nisbətlə sözünün əks mənası #nisbətlə sözünün etimologiyası #nisbətlə sözünün orfoqrafiyası #nisbətlə rusca #nisbətlə inglisça #nisbətlə fransızca #nisbətlə sözünün istifadəsi #sözlük