nuri-didəm sözü azərbaycan dilində

nuri-didəm

Yazılış

  • nuri-didəm • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdelhak Nuri
Abdelhak Nuri (nid. Abdelhak Nouri; 2 aprel 1997, Amsterdam) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Niderland futbolçusu. Əsasən hücumameyilli yarımmüdafiəçi kimi oynayan Nuri, bəzən vinger vəzifəsini də yerinə yetirirdi. "Ayaks" klubunun yetirməsi olan futbolçu klubun əvəzedici və əsas komandasında 2 il çıxış edib. O, həmçinin müxtəlif yaş qruplarında Niderland millisini təmsil etmişdir. Nuri 2017-ci ilin iyul ayında, 20 yaşında olarkən mövsüm əvvəli yoldaşlıq oyunu zamanı yerə yıxılaraq huşunu itirib. Ürək aritmiyası keçirən futboçu, nəticədə ağır və daimi beyin zədəsi almış və bu səbəbdən futbolçu karyerasını davam etdirə bilməmişdir. Amsterdamda doğulan Nuri Mərakeş əsillidir. O, əsasən gənclər komandasında çıxışı ilə tanınmışdır. Bir çox nəşrlər onu gələcəyin ulduzu hesab edirdilər.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Məhəmməd Nuri
Məhəmməd Nuri (22 dekabr 1929, Rəşt – 31 iyul 2010, Tehran) — İranın qabaqcıl xalq və pop müğənnilərindən biri idi. O, Tehran Universitetində ingilis dili və ədəbiyyatı öyrənmişdir, lakin öz peşəkar karyerasını musiqidə davam etdirdi.. O,Fars dili ilə yanaşı, Azərbaycan dilində də mahnılar ifa edib."Nazənin-e-Məryəm" ya "Can-e Məryəm" onun fars dilinəki ən gözəl mahnılarındandır.
Nuri Dəmirağ
Məməd Nuri Dəmirağ (1886, Sivas – 13 noyabr 1957, İstanbul) — Türk iş adamı, siyasətçi. Türkiyə Respublikası Dövlət Dəmiryolları tikintisinin ilk mütəxəssislərindən biri. Türkiyənin 10 min km-lik dəmiryolu şəbəkəsinin 1250 km-lik hissəsinin tikintisini reallaşdırmış və bu səbəblə Mustafa Kamal Atatürk tərəfindən "Dəmirağ" soyadı verilmişdir. Respublika dövrünün saylı zənginləri arasına girmiş və xeyriyyəçiliyi ilə tanınmış bir iş adamıdır. Türkiyədə ilk təyyarə zavodunun quruluşu, ilk siqaret kağızı istehsalı, ilk yerli paraşüt istehsalı kimi böyük işləri həyata keçirən, İstanbul boğazı üzərində körpü inşa edilməsi, Kebana böyük bir anbar edilməsi düşüncələrini ilk dəfə gündəmə gətirən adamdır. Xüsusilə aviasiya sənayesində müvəffəqiyyətləri ilə xatırlanır.Türkiyə Respublikasının ilk müxalifət partiyası olan Milli İnkişaf Partiyasının qurucusudur. 1886-ci ildə, Sivasın Divriği mahalında dünyaya gəldi. Möhrdarzadə Ömər bəyin oğludur, anasının adı Aişə xanımdır. Üç yaşında ikən atasını itirdi, anası tərəfindən böyüdüldü. Orta məktəbii Divriği Rüştiyə məktəbində tamamladıqdan sonra məktəbdəki müvəffəqiyyəti səbəbiylə müəllim köməkçisi olaraq bir müddət öz məktəbində işlədi.
Nuri Oxudan
Nuri Oxudan (6 dekabr 1962) — Türk dövlət xadimi. Əvvəllər Gönen Kənd İnstitutu olaraq bilinən indiki adı ilə Gönen Anadolu Müəllim Liseyini bitirib. 1986-cı ildə Mülküyə Məktəbi, İş idarəçiliyi bölməsini bitirib. Uludağ Universiteti, Sosial Elmlər Fakültəsi, İdarəetmə-Təşkilat şöbəsində magistr dərəcəsini oxuyub. 1989–1990-cı illərdə İngiltərədəki Canterbury və Margate-də bir il peşəkar bilik, ədəb və dil təhsili aldı. 1986-cı ildə Daxili İşlər Nazirliyinin açdığı bir aylıq planlaşdırma idarəetmə kursuna qatılıb. 1986-cı ildə 6 ay bir planlaşdırma mütəxəssisi olaraq işlədikdən sonra Bitlis bölgə qubernatoru, Amasya-Taşova bölgə baş məmuru, Bursa-Harmancıq, Van-Baxçasaray, Ərzurum-Narman, Gümüşxana-Kəlkid rayonlarında namizəd olmuşdur. Taşovada qubernator köməkçisi, Harmancıq, Baxçasaray, Narman, Kəlkit də bölgə qubernatorluğu, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi daxilində şöbə müdiri, ümumi müdir köməkçisi, Sakarya qubernatoru olmuşdur. 7 mart 2007-ci ildə Trabzon qubernatoru təyin edilib. Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin 10 iyun 2009-cu il tarixli 10030 nömrəli məktubu və Nazirlər Kabinetinin 11 iyun 2009-cu il tarixli qərarı ilə Şanlıurfa qubernatoru təyin edilmişdir.
Nuri Saryal
Nuri Saryal (2 sentyabr 1929, Bakı – 22 dekabr 2020) — Azərbaycan əsilli türk elm adamı, maşınqayırma mühəndisi, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəalı və Orta Doğu Texniki Universitetinin keçmiş rektoru. 1929-cu ilin 2 sentyabrında Bakı şəhərində anadan olmuşdur. Atası Azərbaycanın tanınmış mühəndislərindən və cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadədir. Anası isə alman Elena Hoffmanndır. Anası Elena 1935-ci ildə İslamı qəbul edərək adını Leyla olaraq dəyişdirmişdir. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul etmişdir. Nuri Saryal, 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyətinin ibtidai məktəbini bitirmişdir. Bundan sonra 1947-ci ildə Ankara Atatürk Liseyini bitirmişdir. 1947–1948-ci illərdə Robert Kollecində ingilis dili təhsili almışdır. 1948–1952-ci illərdə Robert Kollecinin Mühəndislik Məktəbini əla qiymətlərlə bitirmiş və maşınqayırma mühəndisi diplomunu almışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Nuri Sərinləndirici
Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub. Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. 2017-ci ilin aprel ayında Dominikanda duet ortağı Jane Şirokih ilə ailə həyatı qurub. Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub.
Nuri Yamut
Mehmet Nuri Yamut (1890, Saloniki – 5 iyun 1961, İstanbul), Türk Silahlı Qüvvələrinin 6-cı Ordusu. Baş Qərargah rəisidir . 1908-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Manastır 6. Korpus 50. Alay 3. Eskadronda olarkən 1912-ci ildə tutuldu. Əsirlikdən qayıdaraq 1913-cü ildə Hərbi Akademiyaya daxil oldu. 1 il oxuduqdan sonra təhsilini tərk edib Ordu sıralarına girdi. Balkan müharibəsinə və Birinci Dünya Müharibəsinə qatıldı.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Xəyal Nuri
Xəyal Şakir oğlu Nuri (12 fevral 1997, Ağayrı, Biləsuvar rayonu – 4 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Nuri 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002–2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Yaşar Nuri
Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev (3 sentyabr 1951, Bakı – 22 noyabr 2012, Yasamal rayonu) — azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların ifaçısı, Azərbaycanın xalq artisti (1989), Azərbaycan Respublikasının dövlət mükafatı laureatı (1991). Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir. Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi.
Yunis Nuri
Yunis Nuri və ya Yunus Nuri (tam adı: Yunis Hacı Süleyman oğlu Süleymanov; 23 yanvar 1878, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 5 yanvar 1950, İrəvan, Ermənistan SSR, SSRİ) — Azərbaycan aktyoru, Ermənistan SSR əməkdar artisti (1935). İrəvanda Azərbaycan teatrının yaradıcılarındandır. Yunis Nuri 1878-ci il yanvarın 23-də İrəvanın Şəhər məhəlləsində, Hacı Novruzəli məscidinin yanındakı ata-baba evində şəhərin mötəbər şəxslərindən olan Hacı Süleymanın ailəsində anadan olmuşdur. Y. Nurinin ulu babaları Ağrı vadisində yerləşən Qəmərli rayonunun (indiki Artaşat) Sabunçu kəndindən imişlər. İstər əcdadı, istərsə özləri, bu kəndlə bağlı olan qohumlar ya qohum olmayan azərbaycanlıların hamısı orada yaşayıb-yaşamalarından asılı olmayaraq özlərini sabunçulu adlandırmışlar. Hacı Süleyman da, Y. Nuri də İrəvanda doğulub böyümələrinə baxmayaraq özlərini daima iftixarla sabunçulu hesab edərmişlər. Yunis Nuri hələ beş yaşında ikən atası vəfat etdi. Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul oldu. Maddi çətinlik içərisində yaşasa da oğlunu molla məktəbinə qoydu. Yunis burada cəmi altı il oxudu, öz fitri istedadı, səyi və çalışqanlığı sayəsində Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də öyrəndi.
Əlizadə Nuri
Nuriyev Əlizadə Mətləb oğlu (28 dekabr 1962, Adnalı (Cəlilabad), Astraxanbazar rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-cü il). Əlizadə Nuri 1962-ci il dekabrın 28-də Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1981-1983). Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fılologiya fakültəsində, (1983-1988), Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Şeirləri müntəzəm olaraq Azərbaycan qəzet və jurnal səhifələrində dərc olunur. 1.Pəncərəmdə ağlayan yağış. Bakı: Azərnəşr, 1993, 176 səh. 2.Tanrı, gəl tanış olaq. Bakı: Gənclik, 1994, 70 səh. 3.Durna lələyidi bu yağan yağış.
Nuri Paşa
Nuru Killigil və ya Nuru Paşa (türk. Nuri Killigil; 1889, Konstantinopol, Osmanlı imperiyası – 2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar. O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu. Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı.
Ehsan Nuri
Ehsan Nuri, digər adı ilə Ehsan Nuri Paşa ( kürd. Îhsan Nûrî Paşa/ئیحسان نووری پاشا ; 1892, Bitlis, Bitlis vilayəti – 25 mart 1976, Tehran) — kürd hərbçisi və siyasətçisi, Osmanlı və Türkiyə Ordusunun keçmiş zabiti, Kürd Milli Qüvvələriningeneralissimusu kimi Ağrı üsyanının liderlərindən biri. == Erkən həyatı == Ehsan Nuri 1893-cü ildə Bitlisdə atası Əliqulunun evində anadan olmuşdur. O, Cəlali tayfasının bir qolundan idi. İbtidai təhsilini Bitlisdəki Göy Meydan məscidində bitirdikdən sonra Ərzincan Hərbi Məktəbinə qeydiyyatdan keçmişdir. Orta təhsilini başa vurduqdan sonra Osmanlı Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyada olduğu dövrdə kürd tələbələrin "Həvi" birliyinə qoşulmuşdur. 1910-cu ildə bu akademiyanı leytenant rütbəsində bitirərək Osmanlı ordusuna qoşulmuşdur.
İhsan Nuri
Ehsan Nuri, digər adı ilə Ehsan Nuri Paşa ( kürd. Îhsan Nûrî Paşa/ئیحسان نووری پاشا ; 1892, Bitlis, Bitlis vilayəti – 25 mart 1976, Tehran) — kürd hərbçisi və siyasətçisi, Osmanlı və Türkiyə Ordusunun keçmiş zabiti, Kürd Milli Qüvvələriningeneralissimusu kimi Ağrı üsyanının liderlərindən biri. == Erkən həyatı == Ehsan Nuri 1893-cü ildə Bitlisdə atası Əliqulunun evində anadan olmuşdur. O, Cəlali tayfasının bir qolundan idi. İbtidai təhsilini Bitlisdəki Göy Meydan məscidində bitirdikdən sonra Ərzincan Hərbi Məktəbinə qeydiyyatdan keçmişdir. Orta təhsilini başa vurduqdan sonra Osmanlı Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyada olduğu dövrdə kürd tələbələrin "Həvi" birliyinə qoşulmuşdur. 1910-cu ildə bu akademiyanı leytenant rütbəsində bitirərək Osmanlı ordusuna qoşulmuşdur.
Hüseynqulu xan Nuri
Hüseynqulu xan Nuri (1850–1899) — İranın Qacar dövrünün səfiri, dövlət xadimi Hüseynqulu xan Mirzə Ağa xan oğlu 1850-ci ildə anadan olmuşdur. Hüseynqulu xan Nuri İranda "Hacı Vaşinqton" adı ilə tanınırdı. O, İranın Fransa, ABŞ və başqa ölkələrdə səfiri olmuşdu. Hüseynqulu xan Nuri 1899-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Mədəni Məhməd Nuri
Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar – 29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı. Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi. 24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821–1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan)), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur.
Mədəni Məhmət Nuri
Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar – 29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı. Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi. 24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821–1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan)), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur.
Məhəmməd Nuri Sarıkərimli
Məhəmməd Sarıkərimli və ya Məhəmmədnuru Berköz (türk. Mehmet Nuri Berköz) — əslən Şəkidən olan Osmanlı dövlətinin və Türkiyə Respublikasının zabiti, general-leytenant, tanınmış hərbi xadim və Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı. Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə anadan olub. İbtidai təhsilini Şəkidəki rus-tatar məktəbində almışdır. İbtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Sarıkərimli XX əsrin əvvəllərində Osmanlı dövlətinə köçməyə qərar vermişdir. Ailənin Bursaya yerləşməsindən qısa müddət sonra Hacı İlyas Sarəkərimli vəfat etmişdir. O və qardaşı Bursaya yerləşdikdən sonra Bursadakı Hərbi liseyə qəbul olmuş, buradakı təhsillərini başa vurduqdan sonra Bursa Ali Hərbi Məktəbinə (bugünkü İşıqlar Hərbi Hava Qüvvələri Ali Məktəbi) qəbul olmuşdur. 1909-cu ildə buradakı təhsilini də başa vuraraq Osmanlı Hərb Akademiyasına qəbul olmuşdur. 1912-ci ildə buranı bitirərək leytenant rütbəsi ilə Osmanlı ordusu sıralarında hərbi xidmətə başlamışdır. 1912-ci ilin mart ayında leytenant olaraq əvvəlcə Vanda XI Ordu korpusu, XXXIII tümən, 97-ci alay, I tabor, II bölüyün taqım komandanlığına təyin edilmiş, 1913-cü ilin aprelində isə Vandakı 52-ci alayın birinci bölüyünə təyin edilərək, gerilla döyüşü təşkil etməsi və rus ordusunun analiz edilməsi üçün qısa bir müddətlik Cənubi Azərbaycana göndərilmişdir.
Nuri Bilge Ceylan
Nuri Bilgə Ceylan (26 yanvar 1959, İstanbul) — Türkiyə rejissoru və ssenaristi. Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicedə keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır.
Nuri Bilgə Ceylan
Nuri Bilgə Ceylan (26 yanvar 1959, İstanbul) — Türkiyə rejissoru və ssenaristi. Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicedə keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır.
Nuri əl-Maliki
Nuri əl-Maliki (ərəb. نوري كامل المالكي‎; 20 iyun 1950, Əl-Hindiya[d], Kərbəla mühafəzəsi) — İraqın baş naziri. 1950-ci ildə İraqın Hillə şəhərində anadan olan İraqın sabiq baş naziri Nuri əl-Malikinin ailəsi "Bəni Malik" adlı məşhur ərəb qəbiləsinə mənsubdur. Orta məktəbi Babil şəhərində bitirdikdən sonra Ərbildəki Səlahəddin universitetinin Ərəb ədəbiyyatı fakültəsinə daxil olan Nuri təhslini bakalavr və magistr pilləsi ilə bitirib. Maraqlıdır ki, Birləşmiş İraq İttifaqı tərəfindən baş nazir postuna namizəd kimi irəli sürülmədən əvvəl Nuri əl-Maliki Cavad əl-Maliki adını daşıyıb. Xatırladaq ki, Maliki 80-ci illərdə üzvü olduğu "Döyüş" partiyasının Səddam rejimi tərəfindən təqib edilməsindən sonra İraqı tərk etməyə məcbur olmuşdu. 1980–1990-cı illərdə Suriyada sürgün həyatı yaşayan Maliki Səddam rejiminə qarşı mübarizə aparmaq məqsədilə qurulan "Döyüş" partiyasının hərbi qanadına rəhbərlik edib. Nuri əl-Maliki Əbüləziz əl-Həkimin rəhbəri olduğu Birləşmiş İraq İttifaqını təşkil edən yeddi qrupdan biri olan "Döyüş" partiyasının İbrahim Cəfəridən sonra ikinci siyasi fiqurudur. Məlumat üçün bildirək ki, İraqın ən qədim və qabaqcıl şiə yönlü partiyalarından olan "Döyüş" partiyası 1958-ci ildə Ayətullah Seyyid Məhəmməd Baqir əl-Sədr tərəfindən yaradılıb. Hal-hazırda müxtəlif parçalanmalara məruz qalan "Döyüş" partiyasının ən böyük qrupuna İraqın sabiq baş naziri İbrahim Cəfəri rəhbərlik edir.

nuri-didəm sözünün leksik mənası və izahı

  • 1 köhn. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasanmış. S.Ə.Şirvani. [Yusif:] Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Ah, nuri-didəm, halım nə qədər də qəmli, küskün; Bir şey yemək istəməzmi könlün? H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / nuri-didəm

Oxşar sözlər

#nuri-didəm nədir? #nuri-didəm sözünün mənası #nuri-didəm nə deməkdir? #nuri-didəm sözünün izahı #nuri-didəm sözünün yazılışı #nuri-didəm necə yazılır? #nuri-didəm sözünün düzgün yazılışı #nuri-didəm leksik mənası #nuri-didəm sözünün sinonimi #nuri-didəm sözünün yaxın mənalı sözlər #nuri-didəm sözünün əks mənası #nuri-didəm sözünün etimologiyası #nuri-didəm sözünün orfoqrafiyası #nuri-didəm rusca #nuri-didəm inglisça #nuri-didəm fransızca #nuri-didəm sözünün istifadəsi #sözlük