Qırmızı nəhənglər
Qırmızı nəhəng — ulduz təkamülünün son mərhələsində olan kütləsi (təxminən 0,3–8 Günəş kütləsi) intervalında olan parlaq nəhəng ulduzdur. Xarici atmosfer genişlənmiş və zəifləmiş, radiusu böyükdür və səth temperaturu 5000 K (4,700 °C, 8,500 °F) və daha aşağıdır. Qırmızı nəhənglər görünüşü sarı-narıncıdan qırmızıya doğrudur, spektral sinfi adətən K və M-dir, həmçinin sinif S spektral sinifə də aid ola bilən ulduzlarıdır və daha çox karbon ulduzlarıdır. Ən çox yayılmış qırmızı nəhənglər qırmızı nəhənglər qolunda olan ulduzlardır ki, onların nüvəsi cırlaşmış heliumdan ibarətdir.
== Xüsusiyyətləri ==
Qırmızı nəhənglərin daxili quruluşu olduqca mürəkkəbdir. Bu ulduzların mərkəzində radiusu 10−3 ulduz radiusuna, kütləsi 0,25 Günəş kütləsinə bərabər olan izotermik nüvə vardır. Bu nüvə cırlaşmış helium qazından ibarətdir. Nüvənin cırlaşmasına səbəb sıxlığı çox böyük olmasıdır. Məsələn, kütləsi 1,3 Günəş kütləsi olan qırmızı nəhəngin helium nüvəsində sıxlıq 350 kq/sm3 -dır, belə ulduzun nüvəsində temperatur 40*106 K-dir. İzotermik nüvə qalınlığı 10−3 ulduz radiusu qədər olan nazik halqa ilə əhatə olunmuşdur.