nəhəngləri sözü azərbaycan dilində

nəhəngləri

Yazılış

  • nəhəngləri • 98.3740%
  • Nəhəngləri • 1.6260%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaz nəhəngləri
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Nəhənglərin Asimptotik qolu
Nəhənglərin Asimptotik qolu — Nəhənglərin asimptotik qolu AGB H-R diaqramında inkşafda olan kiçik və orta kütləli ulduzların yerləşdiyi hissədir. Nəhənglərin asimptotik qolunun tipik nümayəndəsi qırmızı nəhəngdir. Belə ulduzun karbon və oksigendən ibarət nüvəsi, nüvənin ətrafında isə iki təbəqə vardır. Birinci təbəqədə helium yanaraq karbona çevrilir, ikinci təbəqədə isə hidrogen yanaraq heliuma çevrilir. Nüvə oksigen və karbondan ibarətdir və burada heç nüvə reaksiyası getmir. AGB mərhələsi – bu mərhələdə iki hissəyə bölünür: Erken AGB və döyünən temperaturlu AGB. Erkən AGB mərhələsində karbon və oksigendən ibarət nüvənin ətrafındakı nazik təbəqədə heliumun yanması əsas enerji mənbəyidir. İnkşafının bu dövründə ulduz ölçülərini çox böyüdərək qırmızı nəhəngə çevrilir. Onun ölçüsü 1 a.v çata bilər. Təbəqə daxilindəki helium bütünlüklə sərf olunduqdan sonra temperatur döyünməsi mərhələsi başlayır (pulsasiya). Bu zaman ulduz əsas enerjini nazik təbəqədəki hidrogenin yanması hesabına verir.
Nəhənglərin hücumu
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Nəhənglərin qəbristanlığı
Nəhənglərin qəbiristanlığı
Nəhənglərin qəbiristanlığı — Lənkəran rayonunun Ballabur kəndində yerləşən qəbiristanlıq. Nəhənglər qəbiristanlığında üstünə 5-8 tonluq daşların qoyulduğu 1000-ə yaxın qəbir var. Bu daşların hansı yolla və nə vaxt qəbirlərin üstünə qoyulduğu dəqiq məlim deyil.

"nəhəngləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəhəngləri nədir? #nəhəngləri sözünün mənası #nəhəngləri nə deməkdir? #nəhəngləri sözünün izahı #nəhəngləri sözünün yazılışı #nəhəngləri necə yazılır? #nəhəngləri sözünün düzgün yazılışı #nəhəngləri leksik mənası #nəhəngləri sözünün sinonimi #nəhəngləri sözünün yaxın mənalı sözlər #nəhəngləri sözünün əks mənası #nəhəngləri sözünün etimologiyası #nəhəngləri sözünün orfoqrafiyası #nəhəngləri rusca #nəhəngləri inglisça #nəhəngləri fransızca #nəhəngləri sözünün istifadəsi #sözlük