ostanı sözü azərbaycan dilində

ostanı

Yazılış

  • ostanı • 80.0000%
  • Ostanı • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buşehr ostanı
Buşehr (fars. استان بوشهر‎ – Ostane Buşehr) — İranın cənubunda ostan. Mərkəzi Buşehr şəhəridir. Ostanın ərazisi 23.191 km² -dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 886.267 nəfər əhali yaşayır.
Fars ostanı
Fars — İranın cənub hissəsində ostan. Mərkəzi Şiraz şəhəridir . Fars ostanın ərzisi 122.416 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.336.878 nəfər əhali yaşayır . == Tarixi == === Sasanilər dövrü === === Səfəvilər dövrü === Şah Abbas I (hic.996-1038 / miladi 1588-1629) tərəfindən irana köçürülmüş minlərlə gürcü və çərkəz kəndli idi və Pers kənarındakı kəndlərdə məskunlaşmışdılar. Böyük bir gürcü və ermənilər qrupu, ehtimal ki, 1603-1605-ci illərdə Şahın Osmanlı hücumlarına mane olmaq üçün Azərbaycanın şimalındakı ərazilərdə sistematik bir azalmaya başladığı zaman İsfahanın qərbindəki Faridan bölgəsinə köçürüldü. Ərazilərindən keçən İsfahan-Borucerd yolundan Avropalı səyyahlar nadir hallarda istifadə etdikləri üçün XIX əsrə qədər bu barədə çox az məlumata sahibik. J.M. Kinneir 1810-cu ildə onları ziyarət edərkən bölgədəki gürcülərin sayını min ailəyə hesabladı. O vaxt onlar artıq İslamı qəbul etmişdilər, lakin hələ Farslarla evlənməmişdilər (s. 128).
Gilan ostanı
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gülüstan ostanı
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Hormuzgan ostanı
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir . Ostanın ərazisi 71.193 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır . Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.
Həmədan ostanı
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Kirman ostanı
Kirman ostanı — İranın cənub-şərqində ostan. Mərkəzi Kirman şəhəridir . Ostanın ərazisi 181.814 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.652.413 nəfər əhali yaşayır . == Şəhristanları == Baft şəhristanı Bərdsir şəhristanı Bəm şəhristanı Ciruft şəhristanı Ravər şəhristanı Rəfsəncan şəhristanı Cənubi Rudbar şəhristanı Zərənd şəhristanı Sircan şəhristanı Şəhr Babək şəhristanı Ənbərabad şəhristanı Qala Gənc şəhristanı Kirman şəhristanı Kuhbənan şəhristanı Kəhnuc şəhristanı Mənucan şəhristanı == İstinadlar == == Xarici keçidlər == Encyclopædia Iranica :ḴĀLU a small Turkic tribe of Kermān province.
Kirmanşah ostanı
Kirmanşah ostanı — İranın qərbində ostan. Mərkəzi Kirmanşah şəhəridir. Ostanın ərazisi 24.741 km²-dir. 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.879.385 nəfər əhali yaşayır . == Sunqur şəhristanı == Ostanın şimali-şərqində - Həmədan ostanı ilə sərhəd ərazidə xeyli sayda azərbaycanlı əhali yaşayır. 2006-cı il siyahıya almasına əsasən Sunqur şəhristanın əhalisi 95,904 nəfərdir. Sunqur şəhərində əhalinin əksəriyyəti azərbaycanlılardan ibarətdir. Onlar sunqur dialektində danışırlar . Bu dialektdə danışan əhali Kirmanşah və Kürdüstan ostanlarında yaşamaqdadır . Sənəndəc (Sənnə) şəhərinin şimalında iki türk kəndinin əhalisi bu dialektdə danışır .
Kürdüstan ostanı
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Loristan ostanı
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan ostanı
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Mazandaran ostanı
Mazandaran ostanı — İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən ostan. Tarixən Təbəristan kimi tanınmışdır. Ostanın ərazisi 23.064 km²-dir. == İstinadlar == == Xarici keçidlər == a Lek tribe of Māzandarān.
Mərkəzi Ostanı
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. == Ərazi == Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . == Əhali == 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . === Milli tərkib === == Şəhristanlar == Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Qum ostanı
Qum ostanı — İranın mərkəzində ostan. Mərkəzi Qum şəhəridir. == Əhalisi == Ostanın ərazisi 11.237 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.046.737 nəfər əhali yaşayır . Əhalinin 91,2%-i şəhərlərdə yaşayır ki, onların da əksəriyyəti Azərbaycanlılar, farslar və lurlardır. 24 oktyabr – 13 noyabr 2011-ci il sa. əsasən Qum ostanının əhalisi 1.151.672 nəfərdir (587,661 nəfəri kişilər, 564,011 nəfəri qadınlar).
Qəzvin ostanı
Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir. Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu. == Tarix == Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur.
Simnan ostanı
Simnan ostanı — İranın şimalında ostan. Mərkəzi Simnan şəhəridir. Ostanın ərazisi 96.816 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 589.742 nəfər əhali yaşayır .
Tehran ostanı
Tehran ostanı - İranın mərkəzində ostan. Mərkəzi Tehran şəhəridir. 2006-cı ildə aparılmış siyahıya almanın rəsmi yekunlarına əsasən ərazisi 18.637 km² , əhalisi 13.422.366 nəfərdir . == Əhalisi == Əhalisi əsasən farslardan (40%-i) , Azərbaycan türklərindən (əhalinin 30%-i) , mazandaranlılardan (əhalinin 18%-i) ,az sayda giləklərdən, kürdlərdən, lurlardan , bəxtiyarilərdən, ləklərdən, ərəblərdən və az sayda digər millətlərin nümayəndələrindən ibarətdir.
Xuzistan ostanı
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Yəzd ostanı
Yəzd ostanı — İranın mərkəzində ostan. Mərkəzi Yəzd şəhəridir . Ostanın ərazisi 73.467 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 990.818 nəfər əhali yaşayır .
Zəncan ostanı
Zəncan ostanı (fars. استان زنجان‎) — İranın ostanlarından biri. İnzibati mərkəzi Zəncan şəhəridir. == Coğrafiya == 1938-ci ildə yaradılan ostanın ərazisi 21.841 km²-dir . Zəncan ostanı iki regiondan ibarətdir: dağlıq və düzənlik. Uca zirvələri olan dağlıq zonalar Zəncan şəhərinin şimal hissəsi ilə kəsişir, qalan hissəsi isə düzənlikdir. Zəncan ostanında yazda və yayda yağışların miqdarı başqa fəsillərdəkindən da çox olur. Yay və yaz vaxtı istirahət, asudə vaxt keçirmək üçün ən münasib vaxtdır. Təbiət, çaylar, mineral su bulaqları və iqlim bütövlükdə hamısının öz təravəti və gözəlliyi var. == Əhali == Zəncan ostanı və ya Zəncan düzənliyi İranın şimal-qərbinin mərkəzi hissəsində yerləşir.
İlam ostanı
İlam ostanı — İranın qərbində ostan. Mərkəzi İlam şəhəridir. == Ərazi == Ostanın ərazisi 20.151 km²-dir. İlam ostanı ərazisində 17 şəhər, 8 şəhristan, 18 bəxş, 38 kəndistan yerləşir . == Əhali == 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 545.787 nəfər əhali yaşayır . Ümumən vilayətdə əhalinin əksəriyyətini Kürdlər təşkil edirlər, onlar Kürd dilinin əsasən kəllhur və feyli dialektlərində danışan bir neçə tayfadan ibarətdirlər . 1996-cı il siyahıya almasına əsasən bütün əhalinin cəmi 162 nəfəri (158 nəfəri zərdüşti, 2 nəfəri xristian) müsəlman olmamışdır .
İsfahan ostanı
İsfahan ostanı - İranın mərkəzi hissəsində ostan. Mərkəzi İsfahan şəhəridir . Ostanın ərazisi 107.027 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.559.256 nəfər əhali yaşayır . Əhalinin etnik tərkibini farslar (əhalinin 1/3-i) , azərbaycanlılar (əhalinin 1/5-i) , qaşqaylar , bəxtiyarilər , gürcülər , ermənilər və s. təşkil edir.
Əlburz ostanı
Əlburz ostanı (fars. استان البرز‎- Ostane Əlborz) — polietnik tərkibə sahibdir. Ostanın yaradılması haqqında qərar 2010-cu il iyunun 22-də İran parlamentində qəbul olunub. Əlburz ostanı Tehran ostanının ərazisi - Kərəc, Savucbulaq və Nəzərabad rayonları hesabına yaradılıb. Türk dilinin əhalisi hər üç sahədə yüksəkdir. Əlburz ostanının mərkəzi Kərəc şəhəridir. Kərəc şəhərinin 1 milyon nəfərdən çox əhalisi var. Əlburz İranın 31-ci ostanıdır. Yeni əyalət şərqdən Tehran, şimaldan Mazandaran, qərbdən isə Qəzvin ostanları ilə həmsərhəddir.
Ərdəbil ostanı
Ərdəbil ostanı — Azərbaycanın şimal-qərbində ostan. Mərkəzi Ərdəbil şəhəridir. 1994-cü ildə Şərqi Azərbaycan ostanından ayrılıb. Ostanın iri şəhərləri: Ərdəbil Meşkinşəhr (Xiyov) Səreyn (Sarıqaya) Aslandüz Biləsuvar Parsabad (Qoçkəndi) Germi Lahrud (Ları) Nir Givi Xalxal Hir Nəmin == Coğrafiya == Sahəsi 17.800 km²-dir. Ostanın 5 şəhristanının (Parsabad, Biləsuvar, Germi, Meşkinşəhr və Nəmin) Azərbaycan Respublikası ilə 282,5 km sərhədi vardır. Araz və Bolqarçay çayları həmin sərhədin 159 km uzunluğunu təşkil edir. Aslandüz və Biləsuvar məntəqələri vasitəsilə bölgə Azərbaycan Respublikası ilə əlaqə yaradır. Ərdəbil-Astara yolu Heyrandan keçərək Ərdəbili Rəşt, Qəzvin və Tehran ilə birləşdirir. Ərdəbilin müxtəlif coğrafi-iqlimi şəraiti vardır. Ərdəbil vilayəti əsasən dağlıq hissədən ibarətdir.
Kürdistan ostanı
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Abbasabad (Qərbi Azərbaycan ostanı)
Abbasabad (fars. عباس اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı, Behi Dehbokri bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (16 ailə).
Ağdağ (Zəncan ostanı)
Ağdağ — İranın Zəncan ostanında dağ. Hündürlüyü 2890 m. Dağ Zəncan şəhərindən təxminən 30 km şimalda yerləşir.
Ağqala (Gülüstan ostanı)
Ağqala - İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Ağqala şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,402 nəfər və 5,811 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Cəfərabad (Qərbi Azərbaycan ostanı)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (54 ailə).
Cənubi Xorasan ostanı
Cənubi Xorasan ostanı (fars. استان خراسان جنوبی‎ – Ostane Xorasane conubi) — İranın şərqində ostan. Mərkəzi Bircand şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 69.555 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 636 420 nəfər əhali yaşayır.
Kohgiluyə və Boyer-Əhməd ostanı
Kohgiluyə və Buyer Əhməd ostanı - İranın cənub-qərbində ostan. Mərkəzi Yasuc şəhəridir . Ostanın ərazisi 15.563 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 634.299 nəfər əhali yaşayır . Bu vilayətin hazırkı Qubernator 22 sentyabr 2021-ci ildən Əli Əhmədzadə.
Kohgiluyə və Buyer-Əhməd ostanı
Kohgiluyə və Buyer Əhməd ostanı - İranın cənub-qərbində ostan. Mərkəzi Yasuc şəhəridir . Ostanın ərazisi 15.563 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 634.299 nəfər əhali yaşayır . Bu vilayətin hazırkı Qubernator 22 sentyabr 2021-ci ildən Əli Əhmədzadə.
Kohgiluyə və Buyer Əhməd ostanı
Kohgiluyə və Buyer Əhməd ostanı - İranın cənub-qərbində ostan. Mərkəzi Yasuc şəhəridir . Ostanın ərazisi 15.563 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 634.299 nəfər əhali yaşayır . Bu vilayətin hazırkı Qubernator 22 sentyabr 2021-ci ildən Əli Əhmədzadə.
Mərkəzi ostanı şəhristanlarının əhalisi
Mərkəzi ostan şəhristanlarının əhalisi - 2006-ci il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən əhalisi 1,326,826 nəfər olmuşdur.
Qadirabad (Qərbi Azərbaycan ostanı)
Qadirabad (fars. قادراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (29 ailə).
Qərbi Azərbaycan Ostanının Çayları
Qərbi Azərbaycan ostanının çayları:
Qərbi Azərbaycan ostanı
Qərbi Azərbaycan ostanı — İranda, Cənubi Azərbaycan bölgəsində ostan. Mərkəzi Urmiya şəhəridir. Ostanın ərazisi 37437 km², əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır. == Tarix == Bu bölgənin ərazisi vaxtı ilə qədim lullubilər, qutilər, e.ə. 10-cu əsrlərdə isə mannalıların yurdu olmuş, zaman zaman Assuriya, Urartu kimi dövlətlər tərəfindən zəbt olunub; sonunda isə Manna dövləti cənubda yerləşən Midiyanın tərəfindən zəbt edilmiş və dağıdılmışdı. Daha sonralar isə Midiyanın özü ilk fars sülaləsi olan Əhəmənilər tərəfindən çökdürülərək, Azərbaycan ərazisi Əhəmənilər imperiyasının hökmü altına girməli oldu. Eramızın 4-cü əsrində Sasanilər imperiyası bu əraziləri Adhurpadağan satrapına qatdı. Adhurpadağan adı Atropatena adından törəyib, sonralar ərəbləşdirilmiş formada "Azərbaycan" kimi səsləndirilirdi. Qədim Zərdüşt dininə (Zərdüştilik, atəşpərəstlik) aid edilən Təxt-i Süleyman məbədi Qərbi Azərbaycanın Təkab (Tikantəpə) şəhəri yaxınlığında yerləşir. 10-cu əsrdə bu əraziləri sayca artan kürd tayfaları idarə ediblər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2004 ••••••• 0.67
2005 •••••••••••••••••••• 2.02
2011 •• 0.17
2020 •• 0.13

Oxşar sözlər

#ostanı nədir? #ostanı sözünün mənası #ostanı nə deməkdir? #ostanı sözünün izahı #ostanı sözünün yazılışı #ostanı necə yazılır? #ostanı sözünün düzgün yazılışı #ostanı leksik mənası #ostanı sözünün sinonimi #ostanı sözünün yaxın mənalı sözlər #ostanı sözünün əks mənası #ostanı sözünün etimologiyası #ostanı sözünün orfoqrafiyası #ostanı rusca #ostanı inglisça #ostanı fransızca #ostanı sözünün istifadəsi #sözlük