* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax aşna 2-ci mənada. Oynaşa ümid olan ərsiz qalar. (Ata. sözü). [Məsmə:] [Ərim] elə zənn edirdi ki, guya mənim yanıma gələn oynaşlarım var imiş. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / oynaş1 Qırğız dilində oynamaq feili “быть в любовных отношениях” kimi izah olunur. -Aş (-əş) isə birgəlik bildirən şəkilçidir. Mənası: “oyun yoldaşı” (məhəbbətlə bağlı) demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oynaş3 OYNAŞ (qeyri-rəsmi arvad, yaxud kişi) Səbəbi də bu idi ki, İbrahim bəy Gələbədin kəndində oynaş saxlayırdı (Ə.Vəliyev); AŞNA (köhn.) Hacının oğlu arvadından savay bir rus qızı da aşnası var idi (Ə.Haqverdiyev); BUĞA, KƏLƏ (məc., vulq.) Mələk olmasa, heç belə kələk olarmı? – dedi, – dalına bir o qədər kələ, buğa toplaya bilərmi? (S.Rəhimov); ADAM (məc., vulq. dan.).
Azərbaycan dilinin sinonimlər lüğəti / oynaş1 OYNAŞ I is. Aşna. Xain qadın öz oynaşı Mühakimi saraya gətirmək üçün Dilşadı ona verməyə çalışırdı (M.S.Ordubadi). OYNAŞ II f. Atılıb-düşmək. Gecənin qaranlığında şəfəqlər oynaşır, çuqun qazanlarda xörək bişirənlərin kölgəsi bir nəhəng kimi uzanıb zəmilərin ortasında gəzişirdi (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / oynaş1 кил. aşna 2); oynaşa ümid olan ərsiz qalar. Ata. sözü ашнадал умуд хьайиди гъуьл авачиз амукьда.
Azərbaycanca-ləzgicə lüğəti / oynaş