oğurluq sözü azərbaycan dilində

oğurluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oğurluq • 93.8621%
  • Oğurluq • 6.1281%
  • OĞURLUQ • 0.0098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oğurluq
Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək.​ Bir impuls kontrol pozuntusudur. Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.
Oğurluq (cinayət)
Oğurluq, yazılı qanunlar və ya sosial legitimlik səviyyəsində özünə aid olmayan daşınar bir əmlakı ələ keçirmək, ondan istifadə etmək, obyektdən fayda əldə etməkdir. Bütün dinlərin qadağan etdiyi bir hadisədir. İqtisadi dəyəri olan hər hansı bir enerji də daşına bilən sayılır və oğurluğa məruz qala bilər. Danışıq dilində dələduzluqla eyni şəkildə istifadə olunmasına baxmayaraq, saxtakarlıq və oğurluq cinayət qanunlarında ayrıca tənzimlənən cinayətlərdir. Aralarındakı ən vacib fərq, oğurluqda sahibinin özünün razılığı olmadan malın sahibindən götürülməsi, saxtakarlıqda isə mal sahibinin əli ilə və yaxud onun razılığı ilə malını itirməsidir. == Oğurluq == Oğurluq, yazılı qanun və ya sosial legitimlik səviyyəsində mülkiyyəti özünə aid olmayan bir obyektdən istifadə, ondan mənfəət əldə etməkdir. Bundan əlavə, iqtisadi dəyəri olan hər cür enerji də daşına bilən əmlak sayılır və oğurluğa məruz qala bilər. Çoxları tərəfindən fırıldaqçılıqla eyni mənada istifadə olunsa da, oğurluq həm meydana gəlməsi, həm də təsirləri ilə saxtakarlıqdan fərqləndirilməlidir. Hakimin müdaxiləsi ümumiyyətlə qəribə və ya qeyri-adi bir xarakter göstərən oğurluq hadisələri ilə məhdudlaşmalıdır; məsələn, uşaqların cinayətlərdə istifadə edilməsi və ya müəyyən formalara bürünən (məsələn, dükan oğurluğu, qadın keçidlərindən paltar oğurlamaq) və ya bəzi əşyaların bir neçə dəfə oğurlanması halları. Təcavüzkarlıq, ehtiras, qısqanclıq və pis niyyət oğurluqda müntəzəm surətdə müşahidə olunan ümumi emosional əsaslardır.
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi. İtalyansayağı oğurluq (videooyun, 2001) — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunu.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. == Süjet xətti == İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunudur. 2001-ci ildə Sony PlayStation üçün buraxılan oyun 2002-ci ildə Windows platforması üçün uyğunlaşdırılıb.
İtalyansayağı oğurluq (video oyun, 2003)
İtalyansayağı oğurluq — 1 oktyabr 2002-ci ildə PlayStation 2, Xbox, GameCube və Mobile platformaları üçün bazara çıxarıldığı elan edilmişdir. PlayStation 2 və Xbox üçün 3 yanvar 2003-cü ildə, Mobile üçün 20 fevral 2003-cü ildə və GameCube üçün 29 aprel 2003-cü ildə buraxılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 40.64 dəfə / 1 mln.
2002 3.43
2003 •• 3.94
2004 •• 5.39
2005 •• 6.07
2006 ••• 10.59
2007 •••• 11.84
2008 •••• 11.94
2009 ••••••••••••••• 51.51
2010 •••••••••••••••••••• 72.44
2011 •••••••••••• 41.95
2012 ••••••••• 32.01
2013 •••••••••••• 41.28
2014 ••••••••••••••• 52.68
2015 ••••••• 24.16
2016 •••••••• 27.77
2017 ••••••••••• 39.51
2018 ••••••••••••••••• 58.13
2019 ••••••••••••••••• 59.39
2020 •••••••••••••••••• 62.59

oğurluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir. – [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Ömründə oğurluq etməyən muzdur bir neçə an fikir etdiyindən qəbih əməlin qəbahətini düşünməyə başladı. S.M.Qənizadə. 2. Oğurlanmış. Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / oğurluq

oğurluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 OĞURLUQ ..o məni apardı inəyi göstərsin və onun oğurluğu barəsində məlumat versin (C.Məmmədquluzadə); ƏLİƏYRİLİK Sambalovun özünü əliəyrilik üstündə işdən çıxartdılar (S.Rəhimov); ƏLİUZUNLUQ Demirəm, bəlkə bu axır vaxtlarda onlar bir qolçomaq tayfa ilə sayuz olduqlarına görə Kilid kəndin," Əliuzunluq eləyələr (Ə.Qəmküsar); ƏYYARLIQ [Hacı Rəcəbli:] Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq (M.F.Axundzadə); XIRSIZLIQ Gördüyümüz bu hərif xırsızlıqlar yapardı (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / oğurluq

oğurluq sözünün rus dilinə tərcüməsi

  • 1 1. кража, воровство, хищение; 2. краденые вещи, краденое;

    Azərbaycanca-rusca lüğət / oğurluq
  • 2 I сущ. 1. воровство; кража (хищение чьей-л. собственности). Gecə oğurluğu ночная кража, oğurluq üstə tutulmaq быть пойманным за кражу, oğurluq hadisəsi случай кражи 2. хищение, похищение 3. расхищение II прил. краденый, украденный. Oğurluq şeylər краденые вещи, oğurluq mal краденое имущество; oğurluq etmək: 1. воровать, красть; 2. похищать, похитить; 3. расхищать, расхитить

    Azərbaycanca-rusca lüğət / oğurluq

oğurluq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. stealing, theft; (xırda) pilfering; filching; pinching; hüq. larnceny; (ev yarmaq) burglary; ~ etmək; ~la məşğul olmaq to be* a thief*, to commit a theft; bir kəsi ~da təqsirləndirmək / günahlandırmaq to convict smb. of stealing; ◊ ədəbi ~ plagiarism; 2. (adam oğurluğu) kidnapping; (qadın oğurluğu) abduction; 3. (təyyarə və s. oğurluğu) hijacking II. s. stolen; ~ mal stolen goods

    Azərbaycanca-ingiliscə lüğət / oğurluq

oğurluq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. vol m, larcin m ; kidnapping \-iŋ\] m (adam haqq.) ; cambriolage m (mənzil haqq.) ; détournement m (təyyarə haqq.) ; ~ etmək voler vt larcier vt ; plagier vt (ədəbi əsərlər haqq.)

    Azərbaycanca-fransızca lüğət / oğurluq

oğurluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. угъривал, масадан пул, мал ва мс. чуьнуьхун; угъридин кӀвалах, пеше; 2. угъривал авур, чуьнуьхай (мес. затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / oğurluq

oğurluq sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

Özgənin əmlakını gizli olaraq talama

Terminlər lüğəti

"oğurluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oğurluq nədir? #oğurluq sözünün mənası #oğurluq nə deməkdir? #oğurluq sözünün izahı #oğurluq sözünün yazılışı #oğurluq necə yazılır? #oğurluq sözünün düzgün yazılışı #oğurluq leksik mənası #oğurluq sözünün sinonimi #oğurluq sözünün yaxın mənalı sözlər #oğurluq sözünün əks mənası #oğurluq sözünün etimologiyası #oğurluq sözünün orfoqrafiyası #oğurluq rusca #oğurluq inglisça #oğurluq fransızca #oğurluq sözünün istifadəsi #sözlük