persona sözü azərbaycan dilində

persona

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • persona • 86.9565%
  • Persona • 13.0435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Persona non grata
Persona non grata termini (Latınca, cəm formada: personae non gratae — "arzuolunmaz şəxs"), diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir. Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
Halk (personaj)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Harri Potter (personaj)
Harri Ceyms Potter (ing. Harry James Potter 31 iyul 1980) — ədəbi personaj, ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış romanlar seriyasının baş qəhrəmanı, sehrbaz. Öz dünyada o, qüdrətli qara cadugər Lord Voldemorta qalib gələn yeganə sehrbaz kimi tanınır. Personaj dünyada böyük məşhurluq qazandı. == Ümumi məlumat == Adı: Harri Ceyms Potter (orta adını atasının şərəfinə alıb); Valideynləri: Ceyms Potter və Lili Potter (Evans); Bədən quruluşu: arıq; Xüsusi əlamətləri: yumru çərçivəli eynək taxır; alnında ildırım formasında çapıq, sol qolunda Dolores Ambricin qanunsuz cəzaları nəticəsində əmələ gələn çapıq ("Mən yalan deməməliyəm" sözləri), sinəsində oval formada çapıq; Gözləri: açıq-yaşıl, badam formasında; Qeyri-adi bacarıqları: sehrbaz; ilanlar ilə danışmaq qabiliyyəti; Hoqvarts məktəbinin ən yaxşı arayıcılardan biri; Fakültəsi: Qriffindor; Qviddiç: Arayıcı, komadanın kapitanı; Ailəsi: Ceyms Potter (atası), Lili Potter (anası), Sirius Blek (xaç atası), Petuniya Dursli (xalası), Vernon Dursli (xalasının həyat yoldaşı), Dadli Dursli (xalası oğlu), Cinni Uizli (həyat yoldaşı), Ceyms Sirius Potter (böyük oğlu), Albus Severus Potter (kiçik oğlu), Lili Luna Potter(qızı) Tedi Lupin(xaç oğlu) Sevgilisi: Cinni Uizli; dördüncü kursdan beşinci kursun yarısınadək Ravenklou faküktəsindən olan Cou Çanqdan xoşu gəlir; Çubuğu: çoban saçağı ağacı və simurq quşunun lələyindən, 11 düym; yeddinci hissədə Hermiona Qreyncer tərəfindən sındırılmışdır. Həmin kitabda Harri faktiki olaraq gəndalaş ağacından olan yenilməz çubuğu və Drako Malfoya məxsus olan çubuğunun sahibidir; Süpürgəsi: 1. Minerva MakQonaqall tərəfindən hədiyyə verilən Nimbus-2000 süpürgəsi 3. Sirius Blekin hədiyyəsi olan İldırım süpürgəsi 4. Nimfadora Tonksun milad hədiyyəsi olan İldırım-ın heykəlciyi; Övladları: Ceyms Sirius Potter, Albus Severus Potter, Lili Luna Potter. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Harri obrazı ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında (ABŞ-də "Harri Potter və Sehrbaz Daşı" adıyla nəşr olunub) görünüb.
Hyui, Dyui və Lui (personajlar)
Hyui, Dyui və Lui (ing. Huey, Dewey, and Louie) — 1937-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajlarıdır. Donaldın bacısı oğlanlarıdırlar. Della dak (Donaldın bacısı) onların anasıdır. Atası isə Deyzi dakın adsız qardaşıdır. Hyui qırmızı, Dyui mavi, Lui isə yaşıl geyinir.
Həkim Drakken (personaj)
Həkim Drakken - "Kim Possibl" serialının düşmən personajlarından biridir. == Pesonaj haqqında == Dünyanı ələ keçərməyə çalışan dəlisov alimdir. Əsl adı Dryu Teodor P. Lipskidir. Kim Possiblın ən böyük düşmənidir. Eyni zamanda Kim Possiblın atası Ceyms T. Possiblın sinif yoldaşıdır. Lisey illərində düzəltdiyi "Bibi" adlı dərrakəli qadın robotlarını ən yaxşı yoldaşlarını Ceyms, Çen və Rameşə tanıdır. Lakin hazırladığı keyfiyyətsiz robotlar yoldaşlarına gülünc gəlir. Həmin müddətdən başlayaraq dünyanı ələ keçirməyə və irəlidə hazırlayacağı inkişaf etmiş robotlarla yoldaşlarına dərs verməyi planladı. Ardından "Bibi" robotlarının istehsalı başlayır. Amma Həkim Drakken həmişə uğursuzluğa düçar olur.
Joker (personaj)
Joker, DC Komiks tərəfindən nəşr olunan Batman komiks kitabının debüt buraxılışında (25 aprel 1940) ilk dəfə ortaya çıxan Bill Finger, Bob Kane və Jerry Robinson tərəfindən yaradılan bir nəzarətdir. Jokerin yaradılması üçün kredit mübahisəlidir; Kane və Robinson, Finger-in yazı töhfəsini qəbul edərkən Jokerin dizaynı üçün məsuliyyət daşımışdılar. Joker'in ilk görünüşü zamanı öldürülməsi planlaşdırılsa da, personajın super qəhrəman Batman'ın düşmənçiliyi kimi dözməsinə imkan verən redaktorun müdaxiləsindən xilas oldu. Komik kitabdakı çıxışlarında Joker cinayətkar usta kimi təsvir olunur. Çirkin, sadist yumor hissi ilə bir psixopat olaraq təqdim olunur; xarakter 1970-ci illərin əvvəllərində qaranlıq köklərinə qayıtmadan, Komiks Kod Təşkilatı tərəfindən tənzimlənməyə cavab olaraq 1950-ci illərin sonlarında bir goofy prankster oldu. Batman'ın nemesi olaraq Joker, Jason Todd-un ikinci Robin və Batman'ın kamerası və Batman'ın müttəfiqlərindən biri olan Barbara Gordonun iflici də daxil olmaqla superqəhrəmanın müəyyən hekayələrinin bir hissəsi olmuşdur. Joker, onilliklər ərzində meydana çıxdığı müddətdə müxtəlif mümkün mənşəli hekayələrə sahibdir. Ən çox yayılmış hekayə, onun dərisini ağartan və saçlarını yaşıl və dodaqlarını parlaq qırmızıya çevirən kimyəvi tullantıların bir tankına düşməsini əhatə edir; meydana gələn uyğunsuzluq onu dəli edir. Batman'ın şəxsiyyət və görünüşdəki antitezi, Joker tənqidçilər tərəfindən onun mükəmməl düşməni hesab olunur. Joker, kimyəvi mühəndislik sahəsindəki təcrübəsindən istifadə edərək, zəhərli və ya ölümcül fikirlər və tematik silahlar, o cümlədən ülgüclü oynaq kartları, ölümcül sevinc səsləri və turşu püskürən lapel çiçəkləri inkişaf etdirmək üçün istifadə etmir.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968) Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Kim Possibl (personaj)
Kimberli Ann Possibl (ing. Kim Possible) — "Kim Possibl" serialının baş qəhrəmanıdır. == Xarakteristika == Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş vaxtında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarmağa çalışır. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır. Vəzifədəykən ilk üç mövsümdə tünd yaşıl şalvar geyir. 4-cü mövsümdə isə şalvarı qəza nəticəsində kəsilir və buna bənzər bir paltar tapa bilmədiyi üçün paltarını dəyişdirir. Kim Possibl ilk 3 mövsümdə çox adama aşiq olur, amma hamısı qısa sürər. Üçüncü mövsümdən başlayaraq Kim Possibl və Ron aralarında sevgi münasibəti yaranır.
Kim Possibl animasiya serialının personajlar siyahısı
Kim Possibl animasiya serialının personajlar siyahısı - 2003-2007-ci illərdə istehsal olunmuş Kim Possibl animasiya serialının personajlarını ehtiva edir. == Müsbət personajlar == === Kim Possibl === Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır... === Ron Stoppabl === Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir.
Kim Possible animasiya serialının personajlar siyahısı
Kim Possibl animasiya serialının personajlar siyahısı - 2003-2007-ci illərdə istehsal olunmuş Kim Possibl animasiya serialının personajlarını ehtiva edir. == Müsbət personajlar == === Kim Possibl === Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır... === Ron Stoppabl === Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir.
Kirpi Sonik (oyun personajı)
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Kiçik Su pərisi (personajlar)
Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir. == Personajlar == === Ariel === Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir.
Koloss (personaj)
Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır. "Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir. 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir. 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Rusiyada bir fermer ailəsində anadan olur.
Konfidant (personaj tipi)
Sirdaş və ya konfidant (ing. confidant) — uydurmada, protaqonistin sirr verdiyi və inandığı personaj. Sirdaşlar mühüm personajlar arasında və ya əksinə, süjetdə ayrı bir rola malik olmayan obrazlar ola bilərlər. == Rol == Sirdaşlar hər hansı bir süjetdə ikinci dərəcəli rola malik olurlar və adətən protaqanistin sirrlərinə qulaq asan, onun şəxsiyyətini araşdıran və ona tövsiyə verən bir dostu canlandırırlar. Protaqonistin monoloji nitqlərində passiv bir dinləyici rolu canlandırmaq yerinə, sirdaşlar hekayənin davam etdirə və ya izləyicinin reaksiyalarını təmsil edə bilər. Termin rəqəmsal dünyada "PocketConfidant" (azərb. Cib-Sirdaşı‎) adı yaratmaqda istifadə olunub. "PocketConfidant" istifadəçilərin süni intellektin yardımı ilə öz problemlərini və işlərini daha yaxşı anlaması üçün nəzərdə tutulan texnoloji bir markadır. == Tarix == Sirdaşın qərb ədəbiyyatında mövcudluğu Qədim Yunanıstan dramına, xüsusilə də Evripidin əsərlərinə gedib çıxır. Hekuba pyesindəki Aqamemnon personajları və Orest preysindəki Pilad protaqonist üçün bir məsləhətçi, öz şəxsiyyətləri üçünsə bir tərcüməçi rolunu canlandırdıqlarından onlar sirdaş kimi xidmət göstərirlər.
KonoSuba personajlarının siyahısı
"KonoSuba" Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Ranobe seriyası əsasında anime serialı da çəkilmişdir. == Əsas == Kazuma Sato (佐藤 和真, Satō Kazuma) Səsləndirən: Ryota Osaka (Drama CD), Cun Fukuşima (anime) Baş qəhrəmandır. Orta məktəbdə bir dostu onun qəlbini qırdıqdan sonra oyunlara bağımlı olmuş 16 yaşlı oğlandır.R 5.2 Akut stres reaksiyasından öldükdən sonra paralel dünyaya göndərilir və onu ələ saldığına görə Akvanı da özü ilə aparır. Kazuma ən aşağı səviyyəli oyunçu — macəraçıdır. Lakin bu, ona müəyyən pul qarşılığından digər oyunçulardan müxtəlif bacarıqlar öyrənməyə imkan verir.R 1.2 Bunun sayəsində Kazuma oğurluq, oxatma, bədheybət müəyyənetmə və sehrbazlıq kimi sadə bacarıqlara yiyələnir. Akva (アクア, Akua) Səsləndirən: Kaori Fukuhara (Drama CD), Sora Amamiya (anime) İnsanları paralel dünyaya göndərməklə məşğul olan (Kazuma onu özü ilə aparana qədər) su ilahəsidir.R 1.P Akva fəal və axmaq qızıdır, statusuna görə ehtiram görməyi sevir, qanı asanlıqla qaralır. Baş rahib və ilahə olduğundan iblislərə qarşı çox güclü və ölümsüzdür, ölmüş insanları dirildə və çirkli suyu toxunmaqla təmizləyə bilər. Akva bacarıq öyrənmək əvəzinə hiylə öyrənməyə üstünlük verir. Mequmin (めぐみん) Səsləndirən: Maaya Uçida (Drama CD), Rie Takahaşi (anime) Mequmin qara saçlara və qırmızı gözlərə malik sehrbazdır və bir az çuunibyo şəxsiyyətinə malikdir.R 5.5 Mequmin sadəcə bir sehr bilir: həddən artıq güclü olan partlayış törətmək.
Köməkçi (personaj tipi)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.
Leyla ilə Məcnun personajlarının siyahısı
"Leyla ilə Məcnun" serialındakı personajların siyahısı. Serial 2011–2013-cü illərdə Türkiyənin TRT 1 kanalında yayımlanmışdır. Absurd-komediya janrındadır. == Əsas personajlar == Leyla 8 elan olunacaq (Oyunçunun adı məlum deyil) — TBA Leyla (Dəniz Işın) — Yüz beşinci bölümdən indiki Leyla. Guya Leylanın səkkizinci, amma normal olaraq Leylanın yeddinci oyunçusu. Mecnun Çınar (Əli Atay) — Ortasinifli ailə olan İskender və Pakizenin oğlu. Çox sevdiyi Leylanı maşın qəzasında itirdikdən sonra Sedef ilə Şirin arasında qalmışdır. Sonra isə Sedef və Şirin onu tərk edirlər. Kireçburnu məhəlləsinin sakini olan Mecnun distant təhsil alır. Yuxusundan həyatına keçən Ak Sakallı Dede ilə yatağını, Az Sakallı Dede ilə yeməyini bölüşür.
Luici (oyun personajı)
Luici (yap. ルイージ, ing. Luigi) – Siqeru Miyamoto tərəfindən "Nintendo" kompaniyası üçün yaradılan personajdır. == Xarakteristika == Luici Marionun kiçik qardaşıdır. Əvvəlcə dəfə onu Mario personajına oxşatmışlar. Onları yalnız paltarlarının rənginə görə aid edə bilirdilər. Luici yaşıl, Mario isə qırmızı paltar geyinirdi. Lakin sonralar Luici Mariodan fərqlənirdi. Marioya nisbətən Luici qorxaq idi. Bəzən isə qorxaqlığını dəf edə bilirdi.
Magika De Spell (personaj)
Magica De Spell (ing. Magica De Spell) — 1961-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. == Xarakteristika == Magika De Spell İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Vezuvi dağının yamacında yaşayan təhlükəli cadugərdir. Bir sıra sehrlərini sehrli taxta ilə həyata keçirir. Tüstülü yanğın yarada bilir, müxtəlif yerlərə uça bilir, məxluqları bir növdən digərinə çevirə bilir, müxtəlif cildlərə çevrilə bilir. Həmçinin, bir sıra sehrli gücləri ilə bərabər şəxsləri hipnoz etmək qabiliyyətinə sahibdir.
Maqneto (personaj)
Maqneto (ing. Magneto) — Sten Li və Cek Körbi tərəfindən yaradılmış Marvel Comicsin xəyali antiqəhramanı. Daha çox İks-adamlarla adı halanır, həm də onların düşməni olur. Maqnetonun əsas gücü maqnit sahələrinin manipulasiyasından ibarətdi. == Bioqrafiya == Maqneto Marvel Comicsin ən güclü muutantlardan hesab olunur. O, yəhudi olduğuna görə holokost keçirən nadir personajlardandı. Buna görədə o mutantları bunlardan qorumaq istiyir. Maqneto zaman-zaman həm düşmən, həm İks-adamlara dost olur. Professor İks birlikdə insanların, mutantlarla birqə yaşaması uğrunda çalışır. Maqneto — Civənin, Qırmızı cadugərin, Polyaris kimi superqəhramnların atasıdı.
Mario (oyun personajı)
Mario (yap. マリオ, ing. Mario) - Yaponiya şirkəti "Nintendo" tərəfindən yaradılmış oyun personajı. Personajın yaradıcısı Şiqeru Miyemotudur. O, eyniadlı video oyun franşizasının baş personajı və Yapon video oyun şirkəti Nintendo-nun maskotu və talismanı sayılır. == Haqqında == Mario italyan-amerikan əsilli olan su kəməri işçisidir. "Göbələk krallığı"nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir.
Mart pişiyi (personaj)
Mart pişiyi – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Həmkarı Papaqçı ilə birgə çay içməyi xoşlayır.
Mikki Maus (personaj)
Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir. == Tarix == === Osvald əvəzinə === 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır.
Minni Maus (personaj)
Minerva "Minni" Maus (ing. Minerva "Minnie" Mouse ) — 1928-ci ildə "Walt Disney Animation Studios" kampaniyası tərəfindən yaradılan cizgi filmi personajıdır. Əsası Volt Disney və Ab Ayvarks tərəfindən qoyulmuşdur. Onlar Mikki Mausu "Dovşan Osvald" adlı personajı əvəz etməsi üçün yaratdıqdan sonra Mikki personajının tək personaj kimi qalmamasına görə yeni siçan personajı "Minni Maus"u yaradırlar. Minni Maus personajı Mikki Maus kimi məşhurluq qazana bilir. Onun tam adı Minerva Minni Maus kimi səslənir. Adının yazılışındakı "Minerva" sözü Qədim Roma mifologiyasında müdriklik ilahəsi olan Minervanın şərəfinə adlandırılmışdır.
Monik (personaj)
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.
Mortal Kombat personajlarının siyahısı
Mortal Kombat personajlarının siyahısı - Mortal Kombat oyun seriyalarının personajlarını ehtiva edir. == Xarakteristika == Dünyalar arasında mübarizənin azalması üçün "Ölümcül döyüş" adlı döyüş turniri yaradılmışdır. Bu turnir 10 mərhələdən ibarətdir. Məşhur cadugərlərdən hesab olunan döyüşçü Şanq Tsunq imperator Şao Kanna tabe idi. Şanq Tsunqu ilk dəfə turnirdə Yer dünyasının sakini Kunq Lao məğlub etmişdir. 500 ildən sonra onun bu titulunu Şanq Tsunqun döyüşçüsü Qoro alır. Turnirin ilk mərhələlərində Yer dünyası böyük təhlükəyə düçar olmuşdu. Lakin bir müddət sonra bu dünya tərəfindən məğlub edilən Şanq Tsunq və Qoro Yer dünyasını məğlub etmək üçün digər vasitələrə əl atır. Beləcə, hər "Mortal Kombat" seriyasında yeni düşmən personajları yaranır. "Mortal Kombat: Deception" seriyasında personajların əksəriyyəti Şanq Tsunq və Kuan Çi tərəfindən öldürülür.

persona sözünün leksik mənası və izahı

persona sözünün ləzgi dilinə tərcüməsi

"persona" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#persona nədir? #persona sözünün mənası #persona nə deməkdir? #persona sözünün izahı #persona sözünün yazılışı #persona necə yazılır? #persona sözünün düzgün yazılışı #persona leksik mənası #persona sözünün sinonimi #persona sözünün yaxın mənalı sözlər #persona sözünün əks mənası #persona sözünün etimologiyası #persona sözünün orfoqrafiyası #persona rusca #persona inglisça #persona fransızca #persona sözünün istifadəsi #sözlük