Petros sözü azərbaycan dilində

Petros

Yazılış

  • Petros • 99.0323%
  • petros • 0.9677%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Katolikos Petros
Katolikos Petros — Albanların XXXXIV katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir.
Petros Adamyan
Petros İeronimoviç Adamyan (erm. Պետրոս Հերոնիմոսի Ադամեան; 21 dekabr 1849, Karaköy[d], Konstantinopol, Osmanlı imperiyası – 4 iyun 1891, Konstantinopol) — erməni aktyoru. Petros İeronimoviç Adamyan 21 dekabr 1849-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1866-cı ildən İstanbul erməni teatrında başlamışdır. 1879-cu ildən Tiflisdə, Bakıda, Şuşada, həmçinin Rusiya və Ukrayna şəhərlərində çıxış etmişdir. 1888-ci ildə Adamyan İstanbula qayıtmışdır. 200-dən çox rol oynamışdır. Adamyanın yaradıcılığı üçün intellektuallıq, emosionallıq və yüksək sənətkarlıq xarakterik idi. Əsas rolları: Arbenin ("Maskarad", Lermontov), Hamlet, Otello ("Hamlet", "Otello", Şekspir), Karl Moor ("Qaçaqlar", Şiller), Masistan ("Xatabala", Sundukyan). "Şekspir və onun "Hamlet" faciəsinin tənqidi" kitabının müəllifidir.
Petros Psukas
Petros Psixas (yun. Πέτρος Ψυχάς; 28 avqust 1998, Limasol, Limasol rayonu[d]) — Kipr Birinci Diviziya təmsilçilərindən olan Apollon Limassol klubunda hücumçu kimi çıxış edən peşəkar Kipr futbolçusudur. Psixas öz peşəkar karyerasında debütünü 14 may 2016-cı ildə Omoniya klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 2-1 hesabı ilə qalib gəlmişdir. Uzun müddətli zədədən sonra Psixas 2017-ci ilin aprel ayında yenidən U-21 komandasına geri dönmüşdür.
Ağa Petros
Ağa Petros və ya Bazlı Petros Eliya (süry. ܐܝܠܝܐ ܦܹܛܪܘܼܣ; 4 aprel 1880 – 2 fevral 1932, Tuluza) — aysor hərbi lideri. O, Birinci Dünya müharibəsindəki fəaliyyətləri ilə tanınır. == Həyatı == Petros Eliya 1880-ci ildə Osmanlı imperiyasının Aşağı Baz kəndindən idi. İbtidai təhsilini orada almış, sonra İranın Urmiya şəhərində Avropa missioner məktəbinə getmişdir. Təhsilini başa vurduqdan sonra yenidən yaşadığı Baz kəndinə getmiş və orada müəllimlik etmişdir. Süryanicə, türkcə, ərəbcə, fransızca, farsca, kürdcə, ingiliscə və rus dilləri də daxil olmaqla bir çox dilləri bildiyi üçün Osmanlılar tərəfindən katib, 1909-cu ildə isə qısa müddətə Urmiya konsulluğu vəzifəsinə təyin edilmişdir. Bəzi tarixçilər hesab edirlər ki, Petros Eliya sadəcə öz ambisiyaları ilə maraqlanırdı. Müttəfiqlərin hərbi məsləhətçiləri onun Mar Şimuna qarşı hiylə qurduğunu, Müttəfiqləri ona etibar etməkdən çəkindirməyə çalışdığını bildirmişdilər. Müttəfiqlər tərəfindən də ona etimad göstərilmədiyi bildirilir.
Petros Duryan
Petros Abraamyan Duryan (erm. Պետրոս Աբրահամի Դուրեան, əsl soyadı Zmbayan, erm. Զըմպայեան; 20 may (1 iyun) 1851, Üsküdar, Konstantinopol, Osmanlı imperiyası – 21 yanvar (2 fevral) 1872, Konstantinopol, Osmanlı imperiyası) — erməniəsilli Osmanlı şairi. Petros Duryan 1851-ci ildə Konstantinopolda, Üsküdar ərazisində kasıb bir dəmirçi ailəsində anadan olmuşdur. 1867-ci ildə bitirdiyi Üsküdar məktəbini bitirmişdir. Həmin il kasıb ailəsinə kömək etmək üçün işə düzəlməyə çalışmışdır. Petros əvvəlcə əczaçı şagirdi, sonra katib və ev müəllimi olmuşdur. Buna baxmayaraq, o, şeiriyyata yönəlməyə başlamışdır. Hələ məktəbdə oxuyan zaman ədəbiyyatla yaxından maraqlanmışdır. Sonradan teatrla məşğul olmağa başlamışdır.
Petros Gevondyan
Petros/Peto Gevondyan (erm. Պետրոս Ղևոնդյան; 30 yanvar 1964, Proşyan, Əştərək rayonu – 14 fevral 1994, Ömər aşırımı, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak etmiş Erməni İnqilabi Federasiyası partiyasına mənsub terrorçu, 77-ci özünümüdafiə batalyonun komandiri. Gevondyan, 1994-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində baş vermiş Kəlbəcər əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən öldürülmüşdür. O, erməni mənbələrində Kəlbəcər əməliyyatının əsas səhra komandirlərindən biri kimi təqdim edilir. Gevondyan 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi Çaykənd əməliyyatından sonra Dağlıq Qarabağa gəlmişdir. 1993-cü ilin 15 yanvar tarixində MiQ-25 qırıcı təyyarəsini 9K38 İqla — daşına bilən zenit-raket kompleksi ilə vurduqdan sonra şöhrət qazanmışdır. Ölümündən sonra adı Ermənistanda bir necə küçə və təhsil müəssisələrinin otaq və dinləmə zallarına verilmişdir. Petros Gevondyan 1964-cü ilin 30 yanvar tarixində Ermənistan Sovet Sosialist Respublikasının Kotayk mərzinə daxil olan Proşyan kəndində anadan olub. İrəvan Dövlət Universitetinin Radiofizika faklütəsində təhsil alıb. 1991-ci ildə baş vermiş Çaykənd əməliyyatından sonra Birinci Qarabağ müharibəsində iştirak etməyə qərar vermişdir.
Katolikos III Petros
Katolikos III Petros - Albanların LXXVII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Petros
Katolikos II Petros - Albanların LIX katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikosluğunun son dönəmi II Həsən Cəlalın dövrünə düşür.
Katolikos IV Petros
Katolikos IV Petros Xançketsi - Albanların LXXXVI katolikosu. == Katolikosluğu == Katolikos V Qriqorisin oğulluğu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1663-cü ildə Şah II Abbas tərəfindən təsdiqlənmişdi. Şah Süleyman Səfəvinin əmrinə görə isə bundan sonra Alban kilsəsi vergidən azad edilirdi. 2 dekabr, 1672-ci ildə Çar I Alekseyə məktub yazaraq ondan Səfəvilər dövlətindəki xristianların qorunması üçün bir iş görməsini xahiş etmişdi. Petrosdan sonra katolikosluqda ikitirəlik yarandı. Katolikos IV Petrosun sifarişi ilə Zavadıq kəndində Müqəddəs Qriqoris kilsəsi inşa edilmişdir.
Petros Ter-Matosyan
Petros Ter-Matosyan (ing. Bedross Der Matossian; 1978, Şərqi Qüds) — erməniəsilli ABŞ tarixçisi. O, Nebraska-Linkoln Universitetində Müasir Yaxın Şərq tarixinin professoru və Himen Rozenberq adına yəhudişünaslıq professorudur. O, həm də Tarix kafedrasının müdir müavinidir. Ter-Matosyan Qüds Yəhudi Universitetinin məzunudur, burada İslam və Yaxın Şərq Araşdırmaları Departamentində aspiranturaya başlamışdır. O, 2008-ci ildə Kolumbiya Universitetində Yaxın Şərq, Cənubi Asiya və Afrika Araşdırmaları Departamentində Yaxın Şərq Tarixi üzrə namizədlik dissertasiyasını bitirmişdir. 2008–2010-cu illərdə Massaçusets Texnologiya İnstitutunun Tarix fakültəsində Yaxın Şərq tarixinin müəllimi olmuşdur. 2014-cü ilin yaz rübü üçün Çikaqo Universitetində qonaq professor vəzifəsinə təyin edilmişdir. Onun maraq dairəsinə Yaxın Şərqdə etnik siyasət, Osmanlı imperiyasında etnik qruplar arasında zorakılıq, Fələstin tarixi və Erməni soyqırımı tarixi daxildir. Ter-Matosyan Erməni Araşdırmaları Cəmiyyətinin keçmiş prezidenti idi.
Avak Petrosyan
Avak Qeqamoviç Petrosyan (16 (29) mart 1912, Kəmrəz, İrəvan qəzası – 5 noyabr 2000, İrəvan) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). == Həyatı == 29 mart 1912-ci ildə Ermənistanın Abovyan rayonunun Kəmrəz kəndidə anadan olmuşdur. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olmuşdur. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ən yaxşı ifaçısı iddia edirlər.
Erodium petroselinum
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Geranium petroselinum
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Leonard Petrosyan
Leonard Petrosyan (erm. Լեոնարդ Պետրոսյան, 13 oktyabr 1953, Xocavənd, DQMV, SSRİ – 27 oktyabr 1999, İrəvan) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 1999-cu ildə Ermənistan parlamentinə silahlı hücum zamanı həlak olmuşdur.
Levon Ter-Petrosyan
Levon Hakobi Ter-Petrosyan (erm. Լևոն Տեր-Պետրոսյան; 9 yanvar 1945 və ya 1945, Hələb) — Ermənistan Respublikasının 1-ci Prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). == Həyatı == Levon Ter-Petrosyan 9 yanvar 1945-ci ildə Suriyanın Hələb şəhərində dünyaya gəlmişdir. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri olmuşdur. Anası milliyətcə assuriyalı olub. Ter-Petrosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra təhsilini M. Abeqyan adına ədəbiyyat institutunun və Leninqrad şərqşünaslıq institutunun aspiranturasında davam etdirib. 1970–1980-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olur. 1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham edirdilər. Lakin 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılır.
Petrosaşen
Petrosaşen (əvvəlki adı Beduruskənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində mövcud olmuş kənd. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Amma Azərbaycan Milli Ensiklopediyasında bu kəndin adı çəkilir. Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Beduruskənd adı ilə Qubadlı qəzasının tərkibində göstərilir. Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə yaşayış məntəqəsinin adı Petrovaşen kimi o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində qeyd olunur. Amma Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci illər üzrə inzibati ərazi bölgülərində kəndin adı Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində qeyd olunmur. Azərbaycan SSR-nin Ali Sovetinin Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli fərmanı ilə o vaxtkı Dağlıq Qarabağ Muxat Vilayətinin Hadrut raronunun Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində əslində mövcud olan Petrosaşen kəndi yaşayış məntəqələri siyahısına daxil edilmiəsinə dair Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq olunması qərara alınmışdı. Bununla, Petrosaşen kəndi 1982-ci il üçün Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində kənd oldu. Həmçinin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Martuni rayonunun Xocavənd rayonu adlandırılmasını, Hadrut rayonunun ləğvini, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsini qərara aldı. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırıdı.
Petroselinum
Cəfəri (lat. Petroselinum) və ya Bağdanus — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cəfəri xalq arasında rus dilindəki qarşılığı olan petruşka kimi də bilinən, Azərbaycan mətbəxində geniş istifadə olunan göyərtidir. Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır.
Petroselinum crispum
Dirrik cəfərisi (lat. Petroselinum crispum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cəfəri cinsinə aid bitki növü.
Petrosilene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Tiqran Petrosyan
Tiqran Petrosyan (17 iyun 1929[…], Tiflis – 13 avqust 1984, Moskva) — Sovet və Ermənistan Qrosmeysteri və 1963-dən 1969-a kimi Dünya Çempionu. Keçilməz müdafiə üslubu olduğu üçün onun ləqəbi "Dəmir Tiqran" idi. Bu üslubda təhlükəsizlik hər şeydən üstündür. Petrosyan 8 dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1959, 1962, 1971, 1974, 1977 və 1980). O, 1963-cü ildə Mixail Botvinniki udaraq Dünya Çempionu olmuşdur. 1966-cı ildə tac uğrunda mübarizədə Boris Spasskiyə qalib gələrək ikinci dəfə çempionun dəfnə çələngini alır. 1969-çu ildə isə Spasski ilə görüşdə dünya çempionunun tacını müdafiə edə bilməyərək, məğlubiyyətə uğrayır. Beləliklə, o 3 il ərzində 10 dəfə ardıcıl olaraq Dünya Çempionluğunu müdafiə etdi. Tiqran 4 dəfə Sovet çempionu olub (1959, 1961, 1969, və 1975). Petrosyan şahmatı Ermənistanda populyarlaşdıran şəxs kimi də tanınır.
Vardges Petrosyan
Vardges Hamazaspoviç Petrosyan (erm. Վարդգես Պետրոսյան; 9 avqust 1932, Əştərək – 15 aprel 1994, İrəvan) — erməni sovet yazıçısı, dramaturq. Ermənistan Yazıçılar İttifaqınin sədri (1975–?), Sov.İKP-nın üzvü (1952–?), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1976–?), Yaradıcılığa şeirlə başlamışdır: "İnsan haqqında ballada" (1958) kitabı. "Son gecə" (1959), "Yarımçıq portretlər" (1963), "Şəhərin yarıaçıq pəncərələri" (1964), "Ani apteki" (1973), "Yaşadığımız və yaşamadığımız illər" (1975) və s. hekayə və povest kitablarının, pyeslərin, publisistik əsərlərin müəllifidir. "Hippokrat andı" pyesi Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. "İnsan haqqında ballada" (1958) "Son gecə" (1959), "Yarımçıq portretlər" (1963), "Şəhərin yarıaçıq pəncərələri" (1964), "Ani apteki" (1973), "Yaşadığımız və yaşamadığımız illər" (1975) "Yaşadığımız və yaşamadığımız illər", Bakı, 1980. "Oktyabr inqilabı" ordeni "Lenin" ordeni Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.518 "Mübarizə bu gün də var", 525-ci qəzet.
Yevgeni Petrosyan
Yevgeni Petrosyan (rus. Евге́ний Вага́нович Петрося́н)) - SSRİ dönəmindən etibarən fəaliyyətə başlamış erməni və yəhudi əsilli komediya ustası. Yevgeni Petrosyan 1945-ci ilin 16 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur.

Oxşar sözlər

#petros nədir? #petros sözünün mənası #petros nə deməkdir? #petros sözünün izahı #petros sözünün yazılışı #petros necə yazılır? #petros sözünün düzgün yazılışı #petros leksik mənası #petros sözünün sinonimi #petros sözünün yaxın mənalı sözlər #petros sözünün əks mənası #petros sözünün etimologiyası #petros sözünün orfoqrafiyası #petros rusca #petros inglisça #petros fransızca #petros sözünün istifadəsi #sözlük