Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur.
Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.