Polşanın işğalı (1939–1945)
Polşanın işğalı İkinci dünya müharibəsi dövründə (1939-1945) nasist Almaniyası və Sovet İttifaqı tərəfindən 1939-cu ilin sentyabrında Polşaya alman-sovet hücumu ilə başlamış və 1945-ci ilin mayında Almaniyanın müttəfiqlərə məğlub olması ilə rəsmən başa çatmışdır. İşğal dövründə Polşa mədəniyyətini məhv etmək, Polşa xalqını işğalçı alman və sovet qüvvələrinə tabe etmək üçün Polşa ərazisi nasist Almaniyası və Sovet İttifaqı (SSRİ) arasında bölündü.1939-cu ildə sovetlər tərəfindən işğal edilmiş Polşa torpaqları 1941-ci ilin yay-payız mövsümündə Almaniyanın SSRİ-yə müvəffəqiyyətli hücumu zamanı faşist Almaniyası tərəfindən ələ keçirildi. Bir neçə ilik mübarizədən sonra Qızıl Ordu alman işğalçılarını dayandıra və nasist ordusunu SSRİ-dən, Polşadan və Mərkəzi və Şərqi Avropanın yerdə qalan hissəsində qova bildi.
Hər iki işğalçı tərəf Polşanın suverinliyinin, Polşa mədəniyyətinin, polyak xalqının mövcudluğu üçün eyni düşmən idi, bunları məhv etməyə çalışmışdı. Barbarossdan əvvəl nasist Almaniyası ilə Sovet İttifaqı öz aralarında Polşaya qarşı siyasi münasibətlərini müəyyənləşdirmişdilər. Daha çox diqqəti cəlb edən isə dörd Gestapo-NKVD konfransı idi. Hansı ki işğalçılar Polşa müqavimət hərakatı ilə necə mübarizə edilməsi və gələcəkdə Polşanın necə məhv edilməsi planlarını müzakirə etmişlər.
Demək olar ki 6 milyon nəfər vətəndaş – Polşa əhalisinin 21,4 %-i, 1939-1945-ci illər arasında – Polşanın işğalı nəticəsəndə, həlak olmuşdur. Həlak olanların yarısını Polşa yəhudiləri təşkil edirdi. Həlak olanların 90 %-dən şoxu qeyri-hərbi itki idi.