* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [pol. poczta, əsli ital.] 1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası. – Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım… C.Məmmədquluzadə. 2. Həmin idarə vasitəsilə alınan məktub, bağlama və s. Poçtu nəzərdən keçirmək. – Qız, bu nədir, bu nə poçtadır belə? – deyə Zahidoğlu təəccüblə soruşdu. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / poçt1 İtalyan sözüdür. Qədim mənası “at üstündə xəbər aparanlar” deməkdir. Bir atlı müəyyən məsafəni qət edəndə oradakı ikinci atlı onun işini davam etdirirmiş. Post sözü ilə eyni kökə malikdir. Semantik baxımdan bizdə işlədilmiş “ağac” (6-7 km məsafə ölçüsü) anlamı ilə yaxınlıq təşkil edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / poçt2 I сущ. связь. почта: 1. государственное учреждение, осуществляющее пересылку и доставку адресатам писем, денег, лёгких грузов и т.п. Mərkəzi poçt центральная почта, poçt işçiləri работники почты 2. здание, в котором помещается почта 3. пересылка, доставка чего-л. средствами такого учреждения. Məktubu poçt vasitəsilə göndərmək отправить письмо по почте, poçt ilə xəbərdarlıq уведомление по почте, poçt ilə pul göndərmək перевести деньги по почте, hava poçtu воздушная почта, təcili poçt спешная почта 4. то, что доставлено этим учреждением (письма, посылки). Səhər poçtu утренняя почта, bugunkü poçt сегодняшняя почта II прил. почтовый: 1. относящийся к почте, связанный с почтой. Poçt müəssisələri почтовые предприятия, poçt korrespondensiyası почтовая корреспонденция, poçt rabitəsi почтовая связь, poçt vərəqəsi почтовая карточка, poçt göndərişi почтовое отправление, poçt kontoru почтовая контора 2. предназначенный для отправления по почте писем, посылок и т.п. Poçt markası почтовая марка, poçt baratı почтовый перевод 3. предназначенный для перевозки почты. Poçt avtomaşını почтовая автомашина, poçt vaqonu почтовый вагон, почт мотороллери почтовый мотороллер, poçt təyyarəsi почтовый самолёт;4. обслуживающий почту. Poçt xidmətçisi почтовый служащий, poçt operatoru почтовый оператор
Azərbaycanca-rusca lüğət / poçt1 i. post; ~ ilə by post; məktubu ~ ilə yollamaq to send* a letter by post; hava ~u airmail; elektron ~ u E-mail; hava ~u ilə by airmail; xüsusi ~la by special / express delivery; səhər ~u ilə by the morning post; axşam ~u ilə by the evening post
Azərbaycanca-ingiliscə lüğət / poçt1 is. 1) poste f (bureau de) ; ~ ilə par la poste ; hava ~u poste aérienne ; pnevmatik ~ poste pneumatique ; hava ~u ilə par avion ; səhər ~u ilə avec le courrier du matin ; axşam ~u ilə avec le courrier du soir ; diplomatik ~ valise f diplomatique ; elektron ~ E-mail m ; 2) correspondance f ; courrier m ; məktubu ~a salmaq mettre une lettre à la poste ; xüsusi ~ poste spéciale/express
Azərbaycanca-fransızca lüğət / poçt