* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Açılmamış qızılgül və ya başqa çiçək; gül və ya başqa çiçəyin tumurcuğu. Qızılgül qönçə açmışdır. – Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb. Aşıq Əli. // Sif. mənasında. Açılmamış, qönçə halında olan. Qönçə gül. – Ətir saç aləmə, sən, ey qönçə gül! S.Vurğun. // Obrazlı təşbehlərdə. Qaydasıdır qönçə yatar xar ilə; Bülbül kimi zimistanə gözlərin. Aşıq Pəri. Mürur ilə gül qönçəsi açılar; O, zor ilə açılsa, bərbad olar. M.Möcüz. Sən sevgili vətənciyimin gül fidanısan! Sən bir gözəlcə qönçəsən, amma yabanısan! A.Səhhət. // Al, qızılgül rəngi. Bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. M.İbrahimov. // klas. Gözəlin ağzı, dodaqları, yaxud özü qönçəyə oxşadılır. Ey qönçə ağızlı, bəni yandırdı hicrin dikəni; Gəl, gəl ki, sənsiz qönçə tək doldu içim qan, qandasan? Nəsimi. Könlüm açılır zülfipərişanını görcək; Nitqim tutulur qönçeyi-xəndanını görcək. Füzuli. Qamətin tək heç bir qamət biçilməz; Dodaqların tər qönçədən seçilməz. M.P.Vaqif. Çiçəklər açarkən gülüşlərindən; Xəlq olmuş o qönçə dodağın sənin! A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / qönçə3 QÖNÇƏ Körpə dalğalarla göz gəzdirirsən; Qönçə tək açmamış söz gəzdirirsən (S.Rüstəm); BUTA Sevgimin bağçasında açılanda butalar; Bildirdi öz fikrini analarla, atalar (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / qönçə2 I сущ. бутон. Qızılgül qönçələri бутоны алых роз II прил. алый, цвета розы (о щеках, губах красивой девушки)
Azərbaycanca-rusca lüğət / qönçə1 [fars.] сущ. 1. ахъа тахьанвай къизилцуьк ва я маса цуьк; цуькведин кӀурук (тӀур); // прил. ахъа тахьанвай (мес. цуьк); 2. прил. яру, ал, къизил цуькведин ранг алай; 3. тешпигьра: гуьзелдин пӀузарриз, сивиз ва я жегьил гуьзелдиз ишара.
Azərbaycanca-ləzgicə lüğəti / qönçə