qızıla sözü azərbaycan dilində

qızıla

Yazılış

  • qızıla • 95.6522%
  • Qızıla • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qızıla bürünmüş dövr
Qızıla bürünmüş dövr (ing. Gilded Age) — vətəndaş müharibəsindən və Cənubun yenidən qurulmasından sonra ABŞ-də sürətli iqtisadi inkişaf və əhalinin yüksək artımı dövrü. Birləşmiş Ştatlar tarixində Qızıla bürünmüş dövr təxminən 1870-ci ildən 1900-cü ilə qədər uzanan bir dövrdür. Xüsusilə Şimali və Qərbi ABŞ-da sürətli iqtisadi artım dövrü idi. Amerikada maaşlar Avropadakından, xüsusən də ixtisaslı işçilər üçün maaşlardan çox artdıqca, sənayeləşmə getdikcə artan ixtisassız işçi qüvvəsini tələb etdikcə, bu dövrdə milyonlarla avropalı immiqrant axını baş verdi. Sənayeləşmənin sürətlə genişlənməsi 1860-1890-cı illər arasında real əmək haqqının 60% artmasına səbəb oldu və daim artan işçi qüvvəsinin yaranmasına gətirib çıxardı. Bir sənaye işçisinə düşən orta illik əmək haqqı (kişilər, qadınlar və uşaqlar da daxil olmaqla) 1880-ci ildəki 380 dollardan 1890-cı ildə 564 dollara yüksələrək 48% artdı. Qızıla bürünmüş dövr həm də yoxsulluq və sosial bərabərsizlik dövrü idi, çünki milyonlarla mühacir – çoxu yoxsul bölgələrdən Birləşmiş Ştatlara axışdı və sərvətin yüksək konsentrasiyası daha nəzərə çarpan oldu. Dəmir yolları fabrik sistemi, mədənçıxarma və maliyyənin əhəmiyyəti artan əsas inkişaf sənayesi idi. Avropadan və şərq əyalətlərindən immiqrasiya Qərbin əkinçilik, təsərrüfat və mədənçilik əsasında sürətli böyüməsinə səbəb oldu.
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı — 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. == Areal == Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Məhəmməd Qızılarslan
Məhəmməd Qızılarslan (23 iyul 1986) - kros qaçışı üzrə Türk olimpiya xizəkçisidir. Məhəmməd Qızılarslan 23 iyul 1986-cı ildə Türkiyənin Çorum ilində anadan olmuşdur. Ankarada xizəksürməyə başlamışdır. Qeydə alınan ilk oyunu 8 mart 2003-cü ildə Beynəlxalq Xizək Federasiyası Çempionatında, Bursa ilinin Uludağ zirvəsində baş vermişdir. Qızılarslan bu oyunda 183.53 xal almışdır. Sonrakı yarış 15 noyabr 2003-cü ildə Finlandiyanın Saariselkae ərazisində qeydə alınmışdır. 27-28 dekabr 2003-cü ildə İsveçrənin Kampra ərazisindəki BXF çempionatında iştirak edən Qızılarslan birinci yarışında 97 xal, ikinci yarışında 184.43 xal almışdır. 10 yanvar 2004-cü ildə qeydə alınan, İsveçrənin Klosters ərazisindəki Kontinental Kuboku yarışında iştirak etmişdir. 5 və 7 fevral 2004-cü ildə Norveçin Stirn ərazisində keçirilən BXF Uşaq Dünya Xizək Çempionatının birinci yarışında 99.88 xal, ikinci yarışında 198.82 xal almışdır. 20-21 mart 2004-cü ildə Bursa ilinin Uludağ zirvəsində BXF Çempionatında iştirak edən Qızılarslan birinci oyununda 153.33 xal, ikinci oyununda 150.93 xal almışdır.
Qafqaz qızılağacı
Ürəkyarpaq qızılağac (Alnus subcordata C.A. Mey.) - tozağackimilər fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2cd+3cd. Azərbaycanın nadir, relikt növüdür. 28-30 (35) m hündürlüyündə, 160 sm diametrində ağacdır. Tumurcuqları tüklü və yumurtavaridir, ucları kütdür. Yarpaqları kifayət qədər iri olub, 7-17 sm uzunluğunda və 4,5-7 sm eninədir, yumurtavari, dəyirmi-yumurtavari, oval və ya uzunsov-ovaldır, üst tərəfi çılpaq, tünd-yaşıl rəngdədir, alt tərəf damarları boyunca tüklüdür. Erkəkcik sırğaları ucdakı salxımlarda olub 3-5-i bir yerdədir. Meyverən sırğaları qoltuqlardan çıxır, tək-təkdir və ya 2-3-ü bir yerdədir. Qoza meyvələri oval-ellipsivaridir, 2,5 sm uzunluğunda və 1,3 sm enindədir. Fındıqcıqları enli-yumurtavaridir, çox ensiz qanadları vardır.
Qara qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Qırmızı qızılağac
Qırmızı qızılağac (lat. Alnus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Qızılabad (Çaroymaq)
Qızılabad (fars. قزل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 266 nəfər yaşayır (51 ailə).
Qızılarx
Qızılarx — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qızılarx kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qızılavar
Qızılavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Qızılavar kəndində 91 evdə 333 nəfəri kişilər, 272 nəfəri isə qadınlar olmaqla 605 nəfər şiə təriqətli müsəlman Talışlar yaşayırlar Qodman çayı sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. 2012-ci ilə olan məlumata əsasən Qızılavar kəndi Dəlləkoba kəndi ilə birlikdə Qızılavar kənd izibati ərazi dairəsini əmələ gətirir. Bu ərazi dairəsinin sahəsi 837 hektardır. Hazırda kənddə əhalinin sayı 2382 nəfərdir. Oykonim qızıl (“qırmızı” mənasında) və var (talış dilində tələffüzü vo) sözlərindən (-a bitişdirici saitdir) ibarətdir. Ədəbiyyatda var (vo) sözünün talış dilində “yer” mənası ifadə etdiyi bildirilir və bu coğrafi ad “qızıl yer” kimi mənalandırılır. Xalq etimologiyasına görə isə, vo talış dilində “yel, külək”, qızıl sözü isə burada “isti, quru” mənasındadır. Kənddə tez-tez isti küləklər əsdiyi üçün adını “isti yel” kimi mənalandırırlar. Kəndin dəqiq yaşı bəlli deyil, təqribi kəndin 18 - 19-cu əsrə aid olduğu bildirilir.
Qızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Qızılağac
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Qızılağac (1979)
Qızılağac (Bicar)
Qızılağac (fars. قزل آغاج‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılağac (Göyçay)
Qızılağac — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılar Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan qızılağac tayfasına əsaslanaraq kəndin adını etnotoponim hesab edirlər. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığı üçün belə adlandırılmış, sonralar meşə məhv olsa da, kəndin adı qalmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1180 nəfər əhali yaşayır.
Qızılağac (Masallı)
Qızılağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 5692 nəfərdir. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali əsasən gəmiçilik və balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu Qızılağacdan keçirdi. 1614-cü ilin dekabrında Rusiya elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr səyyah və diplomatları öz yol qeydlərində Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı Qızılağac körfəzinin adı ilə bağlıdır. XIX əsrdə Qızılağac körfəzinin kənarında böyük ticarət əhəmiyyəti daşıyan liman olmuşdur.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Qızılağac (dəqiqləşdirmə)
Qızılağac
Qızılağac (film, 1979)
Qızılağac Dövlət Təbiət Qoruğu
Qızılağac dövlət təbiət qoruğu — 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunmuşdur.Qoruğun ilkin sahəsi 180 min-ha olmuşdur. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır.Qoruqda ildə 300 növə yaxın quşlar məskunlaşır.50 növdən çox balıq növlərinə rast gəlinir. Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var.
Qızılağac Milli Parkı
Qızılağac Milli Parkı — Azərbaycanda yerləşən Milli Park. 26 sentyabr 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Milli Parkın sahəsi 99060 hektardır. Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10390,89 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309,11 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir. Şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan,gəngiz, şahsevdi, sarıbaş və s. bitkilərə rast gəlmək olar. Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır. Su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. heyvanlarına rast gəlmək olar.Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s.
Qızılağac bələdiyyəsi
Qızılağac bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə.
Qızılağac bələdiyyəsi (Göyçay)
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızılağac körfəzi
Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz. Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir. Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır. 1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılmış, 1991 ci ildə yenidən əzəli adı ona qaytarılmışdır. Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.
Qızılağac kəndində döyüş
Qızılağac kəndində döyüş — indiki Masallı rayonu ərazisində yerləşən Qızılağac kəndi ətrafında Talış xanı Mir Həsən xan ilə rus qüvvələri arasında baş vermiş döyüş. İyulun sonları-Avqustun əvvəllərində rus hərbi dəstələri Kür çayının Salyan sahilindən keçmişdi. Ərkivan mahalının kəndlərini qarət edən rus dəstələri yürüş istiqamətlərini Lənkərana doğru çevirmişdilər. Xan çaparlar vasitəsilə bu xəbəri öyrəndi və 4-5 min atlı toplayıb Muğana doğru hərəkət etdi. Yolüstü Yeddioymaq və Hüseynhacılı əhalisindən 500 nəfərlik dəstə Mir Həsən xanın dəstəsinə qoşuldu. Bu dəstə əvvəlcədən ruslarla döyüşmüş və rus bayrağını ələ keçirməyə müvəffəq olmuşdu. Döyüş Qızılağac kəndi ətrafında baş verdi. Dörd dəstəyə ayrılan rus qoşunu dəstə-dəstə önə çıxır və tüfəng atırdı. Bir dəstə tüfəng atarkən digər dəstələr tüfənglərini doldururdular. Bunun nəticəsində talış qoşunu heç bir həmlə edə bilmədi.

"qızıla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızıla nədir? #qızıla sözünün mənası #qızıla nə deməkdir? #qızıla sözünün izahı #qızıla sözünün yazılışı #qızıla necə yazılır? #qızıla sözünün düzgün yazılışı #qızıla leksik mənası #qızıla sözünün sinonimi #qızıla sözünün yaxın mənalı sözlər #qızıla sözünün əks mənası #qızıla sözünün etimologiyası #qızıla sözünün orfoqrafiyası #qızıla rusca #qızıla inglisça #qızıla fransızca #qızıla sözünün istifadəsi #sözlük