Qalvani sözü azərbaycan dilində

Qalvani

Yazılış

  • Qalvani • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. == Tarix == Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Qalvaniz
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.

"qalvani" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qalvani nədir? #qalvani sözünün mənası #qalvani nə deməkdir? #qalvani sözünün izahı #qalvani sözünün yazılışı #qalvani necə yazılır? #qalvani sözünün düzgün yazılışı #qalvani leksik mənası #qalvani sözünün sinonimi #qalvani sözünün yaxın mənalı sözlər #qalvani sözünün əks mənası #qalvani sözünün etimologiyası #qalvani sözünün orfoqrafiyası #qalvani rusca #qalvani inglisça #qalvani fransızca #qalvani sözünün istifadəsi #sözlük