Əli Qaramanlı
Əli Qaramanlı — Osmanlı Tripolitaniyası hakimi, Əhməd Qaramanlının ikinci oğlu, paşa. 40 il hakimiyyətdə qalmışdır.
Əli Qaramanlı qardaşından sonra hakimiyyətə gəlmiş, 1754-1758-ci illərdə Manşiya və Sahil bölgələrində üsyanları yatırtmaq məcburiyyətində qalmışdır. Onun ordusunda 400 yeniçəri, 200-300 müsəlmanlaşdırılmış keçmiş-xristian, 500 alban və 600 ərəb əsgər var idi. Dənizçilərin çoxu ya alban ya da ərəb idi. 1767-ci ildə ölkədə yayılan yoluxucu xəstəlik və 1784-cü ildəki aclıq fəlakəti hakimiyyətinin sarsılmasına səbəb olmuşdu. Fransız konsulu onun haqqında yazırdı:
1790-cı ildə oğlu Həsən, digər oğlu Yusif tərəfindən güllələnərək öldürülmüşdü. Əli, Həsənin yerinə vəliəhd olaraq digər oğlu Əhmədi təyin etmişdi. Lakin yerli əhali Yusifi dəstəkləyirdi. Bəni Nüveyr qəbiləsinin köməyi ilə 1792-ci ildə üsyana başlayan Yusif tezliklə Əlcəzairdən gələn Əli Burğul paşanın gözlənilməz hücumu ilə qarşılaşdı.