qaysava sözü azərbaycan dilində

qaysava

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaysava • 66.6667%
  • Qaysava • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qaysava sözünün leksik mənası və izahı

  • 1 is. Qaysı qurusundan hazırlanan yemək; plovun xuruşlarından biri. İtin əbləhi qaysavadan pay umar. (Ata. sözü). Göyçənin qonağa çoxdu hörməti; Qaysava, qayğanaq verir ləzzəti; Plov, dolma, kabab, əmliyin əti; İnsaf elə, tək motaldan danışma! Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti / qaysava

qaysava sözünün etimologiyası

  • 1 Qaysı sözü küy (od, yandırmaq, qurutmaq) və -sa hissələrindən əmələ gəlib: istiyə verilmiş, qurumuş əriyə deyirlər. Ərik qurusunun yağda qızardılması qaysava adlanır (deyim də var: axmaq köpək qaysavadan pay umar). Bəzən ərik mürəbbəsinə də qaysava deyirlər. –va hissəsinin nə demək olduğunu aça bilmədim. Buna oxşar bir söz də qoysara kəlməsidir. İki mənası var: 1. “Səbət”. 2. “Qorda bişirilmiş qulançar”. Hər iki məna qabıq anlamı ilə bağlıdır: səbət ağac qabığından toxunur: qulançar boru kimi çıxarılmış qabağın içində qora basdırılır. “Dialektoloji lüğət”də oxuyuruq: “Höyüş budağın qabığını boru kimi çıxarıb, içinə qulançar doldurub bişiririk, ona qoysara deyirik” (Qazax). Birinci məna qabıq sözü ilə bağlıdır. 2-ci qoux (içi boş kisə) ilə əlaqədardır. Qoux –“kisə”dir, “ətə­nə”dir, qouxluq isə “ətənənin içində oda basdırılan”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qaysava

qaysava sözünün rus dilinə tərcüməsi

qaysava sözünün ləzgi dilinə tərcüməsi

qaysava sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Bərdə, Biləsuvar, Cəbrayıl, Füzuli, Qazax, Naxçıvan, Sabirabad, Salyan) xörək adı (yağda bişirilmiş qaysı və ya kişmiş). – Mən qaysavanı çox issiyirəm (Salyan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qaysava" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaysava nədir? #qaysava sözünün mənası #qaysava nə deməkdir? #qaysava sözünün izahı #qaysava sözünün yazılışı #qaysava necə yazılır? #qaysava sözünün düzgün yazılışı #qaysava leksik mənası #qaysava sözünün sinonimi #qaysava sözünün yaxın mənalı sözlər #qaysava sözünün əks mənası #qaysava sözünün etimologiyası #qaysava sözünün orfoqrafiyası #qaysava rusca #qaysava inglisça #qaysava fransızca #qaysava sözünün istifadəsi #sözlük