Qolod sözü azərbaycan dilində

Qolod

Yazılış

  • Qolod • 86.6667%
  • qolod • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). == Həyatı == 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904—1975) və qardaşları Varlen (1925—2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906—1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Qolodomor
Qolodomor (ukr. Голодомо́р, ukrayn dilindən tərcümədə "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlmişdir.) – 1932–1933-cü illərdə dönəmin Sovet Ukraynasında indiki, Ukrayna və Rusyanın Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktı. Tarixşünaslıqda bu hadisə Qıtlıq-soyqrımı, Böyük qıtlıq və ya Ukrayna soyqırımı adları ilə də tanınan 1932–1933-cü il hadisələri ölkənin başlıca taxıl ehtiyatlarına da təsir edən qıtlığın bir hissəsi idi. Bu zaman əksəriyyəti etnik cəhətdən ukraynalı olan ölkənin böyük bir nüfusu aclıqdan ölmüşdür. 2006-cı ildən Qolodomor Ukrayna və başqa 15 dövlət tərəfindən Sovet hökumətinin ukrayn xalqına qarşı törətdiyi soyqrım hadisəsi olaraq tanınmaqdadır. Soyqrım zamanı nə qədər insanın öldüyü haqqında fikirlər müxtəlifdir. Bəzi qaynaqlara görə 12 milyon etnik ukraynalının həyatını itirdiyi haqqında məlumatlar mövcuddur. Lakin 2003-cü ildə BMT tərəfindən qəbul edilmiş və 25 ölkənin imzaladığı qətnamədə ölü sayısı 7–10 milyon aralığında göstərilmişdir. 2010-cu ildə Kiyev Apelyasiya Məhkəməsinin qərarına əsasən isə aclıqdan qaynaqlanan demoqrafik itki 10 milyona yaxın idi.Bəzi tarixçilərin fikirlərinə görə qıtlıq Stalin tərəfindən Ukraynada müstəqillik hərakatına son qoymaq məqsədilə həyata keçirilmişdi, lakin hərəkatın ən qaynar nöqtəsi sayılan Ukraynanın qərbi Polşanın tərkibində olduğu üçün soyqrıma məruz qalmamışdı. Soyqrımın əsas səbəbləri günümüzdə də tarixçilər arasında müzakirə mövzusu olaraq qalmaqdadır.
Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə (Mariupol)
Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə — Ukraynanın Mariupol şəhərində qoyulmuş, totalitar sovet rejimində baş vermiş, qolodomor və siyasi repressiyaların qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Abidənin açılışı Mariupolda fəaliyyət göstərən "Memorial" cəmiyyəti tərəfindən 26 noyabr 2004-cü ildə Qolodomor və repressiya qurbanlarının anım günündə baş tutmuşdur. Abidə şəhər büdcəsi ilə yanaşı Mariupolda yerləşən "SU-112", "Stalkonstruksiya", "DPU-128", "Donbasstalkonstruksiya", "Azovmaş" ASC, "Markoxim" ASC, "İraklis", "Azovinteks" sənaye müəssisələrinin maaliyyə dəstəyi ilə açılmışdır. Abidənin müəllifləri memarlar, V.Zemlyanoy, S.Rudenko, K.Akulenko və A.Pinçukovdur.Abidəni təşkil edən qara və qırmızı qranit plitələr Ukrayna torpağını və günahsız axıdılan qanı simvolizə edir. Qara plitədə kiminsə həyatını qurtara biləcək 3 buğda dəstəsi, qırmızı plitədə isə QULAQ-ı simvolizə edən tikanlı məftil var. Qara plitənin üzərindəki yazı isə ukrukrayn dilindədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.32
2012 •••••• 0.09
2013 •••••••••• 0.15

Oxşar sözlər

#qolod nədir? #qolod sözünün mənası #qolod nə deməkdir? #qolod sözünün izahı #qolod sözünün yazılışı #qolod necə yazılır? #qolod sözünün düzgün yazılışı #qolod leksik mənası #qolod sözünün sinonimi #qolod sözünün yaxın mənalı sözlər #qolod sözünün əks mənası #qolod sözünün etimologiyası #qolod sözünün orfoqrafiyası #qolod rusca #qolod inglisça #qolod fransızca #qolod sözünün istifadəsi #sözlük