qruplar sözü azərbaycan dilində

qruplar

Yazılış

  • qruplar • 98.0276%
  • Qruplar • 1.7979%
  • QRUPLAR • 0.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Etnik qruplar
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup - etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. == Azərbaycanda etnik qruplar == Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir.
Sosial qruplar
Sosial qrup — tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan insanların nisbətən sabit məcmusudur. == Qrup anlayışı == Qrup anlayışını kəmiyyət və keyfiyyət baxımından səciyyələndirmək olar. Kəmiyyət baxımından qrup üzvlərinin sayı 2-3 nəfərdən 20-30 nəfərə qədər olur. Qrup müəyyən adamlar çoxluğudur. Lakin eyni bir sosial şəraitdə iki və ya üç nəfərin sadəcə olaraq iştirak etməsi onların sosial-psixoloji cəhətdən qrup yaratması hesab olunmur. == Kəmiyyətə görə qrup təsnifi == Qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. == Böyük qrup == 30-40 – dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilərlər. Məsələn: çoxsaylı tələbə və müəllim kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. Ən böyük insan birliyi bəşəriyyətdir.
Azərbaycanlı etnik qruplar
Azərbaycanlı etnik qruplar — İqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda hər biri özünəməxsus xüsusiyyətləri olan bir neçə azərbaycanlı etnik qrup var. Bəzi azərbaycanlı etnik qruplar XIX əsrin son rübündə də mövcud olmağa davam ediblər. Əsas azərbaycanlı etnik qruplar: Ayrımlar.
Azərbaycan rok-qrupları
Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə Azərbaycanda rokunun yaranmasında "Üç alov" qrupu ilə rəqabət aparan iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb. == Tarixi == === 1960-cı illər === Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan "Qızıl Payız” festivalı idi.Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 1970-ci illərin əvvəllərinədək əsasən soft-rok, ritm və blyuz (R&B) çalan "Eskulap”, "Xürrəmilər”, "Ekspress-118”, "Pəzəvəng”, "Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.1968-ci ildə Azərbaycanda ilk rok festivalı Bakının Əl Oyunları sarayında, 1970-ci ildə isə Bakı Dövlət Universitetində keçirilmişdi. === 1970-ci illər === 1970-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən uzaqlaşıb öz musiqi stilini yaradan qruplar meydana çıxır. Bu qruplar daha xarici mahnılarla kifayətlənmir, yeni fikir və hisslər ifadə edən əsərlər yaratmağa başlayır. Daha çox caz-roka üstünlük verən "Cürbəcür”, "Brevis”, "Üç alov” bu qruplara aid edilə bilər.
Dum metal qruplarının siyahısı
Dum metal (ing. Doom metal) — olduqca ağır riflər və melodik vokal Heavy metalın 1980-cı ildə yaranan növü olan janr. Bu janr eyni ildə yaranan Speed metal-a qarşı cavab kimi yaranıb da demək olar. Mövzusu əsasən eşqə, hüznə, ölümə, din, duyğular, melanxoliya və həyata yönəlməkdədir.
Hidrobiontların ekoloji qrupları
Hidrobiontların aşağıdakı ekoloji qrupları vardır: Plankton -Plankton sözü yunan kəlməsi olub, azərbaycan dilində azmış, su qatlarında üzən mənasındadır. Termin ilk dəfə alman alimi V. Genzen tərəfindən 1887-ci ildə irəli sürülmüşdür. Planktonun mahiyyətini isə V. Rilov və A. Skabiçevski açmışlar. Onlar planktona belə tərif vermişlər: Plankton su qatlarında yaşayan, suyun hərəkətinə müqavimət göstərə bilməyən, zəif hərəkətli canlılar qrupudur. Bu qruplaşmaya bir hüceyrəli yosunlar, infuzorlar, rototorlar, ibtidai xərçənglər, inkişaf mərhələlərində olan molyusk və bığayaq xərçəng süfələri aiddir. Planktonda yaşayan orqanizimlər ölçülərinə görə meqaplankton, makroplankton, mezoplankton, mikroplankton və nanoplankton qruplarına bölünürlər. Meqaplankton- ölçüləri 1 metrdən böyük olan orqanizimlərdir. Meduzalar, sifonoforlar buraya aiddir. Makroplankton- ölçüləri 1 sm-dən 100 sm-ə qədər olan orqanizimlərdir. Meduzalar bu qrupa aid orqanizimlərdir.
Meşə qrupları
Meşə qrupları - Meşələrin xalq təsərrüfatı əhəmiyyətinə uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. == Ümumi məlumat == I-qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir.II, III qrup meşələrinə Ural, Sibir meşələri daxildir. Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Nu metal qruplarının siyahısı
== Həmçinin bax ==
Qan qrupları
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Qrupların homomorfizmi
Tutaq ki, iki ⟨ G , ⋅ ⟩ {\displaystyle \left\langle G,\centerdot \right\rangle } və , ⟨ G , ∘ ⟩ {\displaystyle \left\langle G,\circ \right\rangle } qrupları və G {\displaystyle G} çoxluğunun G {\displaystyle G} -ə f : G → G ′ {\displaystyle f:G\rightarrow G'} inikası verilmişdir. Tərif 1. Əgər f {\displaystyle f} inikası ( ∀ x , y ∈ G ) ( f ( x y ) = f ( x ) ∘ f ( y ) ) , {\displaystyle (\forall x,y\in G)(f(xy)=f(x)\circ f(y)),} şərtini ödəyərsə onda belə inikas homomorfizm adlanır. Tərif 2. f {\displaystyle f} homomorfizmi biyektiv inikas olarsa, onda o, izomorfizm adlanır. Əgər f : G → G ′ {\displaystyle f:G\rightarrow G'} inikası izomorfizm olarsa, onda və , ⟨ G , ∘ ⟩ {\displaystyle \left\langle G,\circ \right\rangle } qrupları izomorf qruplar adlanır və bu belə işarə olunur ⟨ G , ⋅ ⟩ ≅ ⟨ G , ∘ ⟩ {\displaystyle \left\langle G,\centerdot \right\rangle \cong \left\langle G,\circ \right\rangle } (çox vaxt sadəcə G ≅ G ′ {\displaystyle G\cong G'} kimi də yazılır). Teorem 1. Əgər f : G → G ′ {\displaystyle f:G\rightarrow G'} homomorfizmi verilərsə, onda aşağıdakı münasibətlər doğrudur: ( ∀ x ∈ G ) ( f ( x − 1 ) = ( f ( x ) − 1 ) , f ( e ) = e ′ . {\displaystyle (\forall x\in G)(f(x^{-1})=(f(x)^{-1}),f(e)=e'.} İsbatı. Hər şeydən əvvəl qeyd edək ki, f ( e ) ∘ e ′ = f ( e ) = f ( e e ) = f ( e ) ∘ f ( e ) .
Terror təşkilatı kimi tanınmış qrupların siyahısı
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədi ilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
İran türklərinin etnik qruplarınnı siyahısı
İran türkləri ifadəsi çox zaman İran azərbaycanlıları ifadəsi ilə eyniləşdirilir. Bu İran azərbaycanlılarının İran türklərinin ən böyük qrupu olması ilə əlaqəlidir, lakin İranda ondan başqa da türk etnik qrupları yaşamaqdadır.
İran türklərinin etnik qruplarının siyahısı
İran türkləri ifadəsi çox zaman İran azərbaycanlıları ifadəsi ilə eyniləşdirilir. Bu İran azərbaycanlılarının İran türklərinin ən böyük qrupu olması ilə əlaqəlidir, lakin İranda ondan başqa da türk etnik qrupları yaşamaqdadır.
Şahdağ etnik qrupları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Qruplararası münasibətlər
Qruplararası münasibətlərin tədqiqi problemləri— Qruplararası münasibətlərin öyrənilməsi psixoloji və sosioloji tədqiqatlarla sıx əlaqədardır. Əvvəla, bu sahədə aparılan tədqiqatlar ardıcıl surətdə nəzərdən keçirdildikdə məlum olur ki, bilavasitə qruplararası münasibətlər psixologiyası ilə məşğul olmayan, lakin sosial psixologiyanın digər müxtəlif sahələrini tədqiq edən alimlərin əsərlərində qruplararası münasibətlər probleminin müxtəlif aspektləri də ayırd edilir: Q.Lebonun (1896) - Qruplararası aqresiya Mak Dauqollun (1916) - Sosial davranış instinkti nəzəriyyəsi - sosial konfliktlər Z.Freydin (1925) - “Yadlara” olan düşmənçilik münasibətləri və qorxu Dollardın (1939) Qruplararası aspektdə aqressiv davranış (frustrasiya və aqressiyanın neobiheviorist nəzəryyəsində)Bu işlər bilavasitə qruplararası münasibətlərin tədqiqinə həsr olunmasa da onlarda qruplararası münasibətlərin bəzi məsələləri öz əksini tapmışdır. == U.Sammer tədqiqatları == Qruplararası münasibətlər psixologiyasının qanunauyğunluqlarına diqqət yetirən alimlərdən biri U.Samner olmuşdur. O, 1906-cı ildə nəşr olunan “Xalq adətləri” əsərində etnosentrizm fenomenlərini təsvir etmişdir. Məlumdur ki, etnosentrizm öz etnik qruuna üstünlük vermək, digərinə münasibətdə isə ədavət hissi və qərəzli mövqe tutmaqla özünü göstərir. U.Samnerin “başqa etnoslarla münasibətdə pozitiv xarakteristikaların şişirdilmiş etnosentizm” konsepsiyasında öz etnosunun başqa etnoslardan üstünlüyü hissi, ədavət və neqativ münasibətlərin büruzə verilməsi təhlil olunur. Bu zaman öz etnik qrupunun mədəniyyəti, adət və ənənələri, dəyərləri və başqa psixoloji xüsusiyyətləri etalon kimi götürülür. U.Samner başqa etnoslarla münasibətdə yaranan ədavət və neqativ münasibətləri öz etnosu çərçivəsində qrupdaxili birliyi saxlamaqda zəruri şərt kimi qiymətləndirərək etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır. == Ziqmund Freyd tədqiqatları == Ziqmund Freydin qruplararası münasibətlər aspektində iki tezisini qeyd etmək olar: autqrup ədavətin qaçılmazlığı, qrupun stabilliyinin və identifikasiyasının saxlanması vasitəsi kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin - mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.41 dəfə / 1 mln.
2002 ••••••••••••• 20.56
2003 ••••••••••••••• 23.62
2004 ••••••••••• 16.84
2005 •••••••••• 14.85
2006 ••••••• 10.59
2007 •••••••• 11.42
2008 ••••••• 11.21
2009 ••••••••• 13.60
2010 •••••••••• 14.71
2011 •••••••••• 15.87
2012 ••••••••••• 16.26
2013 ••••••••••••••• 23.34
2014 •••••••••••••••••••• 31.58
2015 •••••••••••••••••••• 32.32
2016 •••••••••••••••• 25.51
2017 •••••••••••• 18.05
2018 •••••••••••• 18.88
2019 •••••••••••••••••• 27.82
2020 •••••••••••••• 22.41

"qruplar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qruplar nədir? #qruplar sözünün mənası #qruplar nə deməkdir? #qruplar sözünün izahı #qruplar sözünün yazılışı #qruplar necə yazılır? #qruplar sözünün düzgün yazılışı #qruplar leksik mənası #qruplar sözünün sinonimi #qruplar sözünün yaxın mənalı sözlər #qruplar sözünün əks mənası #qruplar sözünün etimologiyası #qruplar sözünün orfoqrafiyası #qruplar rusca #qruplar inglisça #qruplar fransızca #qruplar sözünün istifadəsi #sözlük