qumuqları sözü azərbaycan dilində

qumuqları

Yazılış

  • qumuqları • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Terek qumuqları
Terek qumuqları — Çeçenistan, Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar (Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar). Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb: Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu. XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər.
Qumuqların siyahısı
Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı. Endireyli Sultan Mahmud — Rusiyanın Şərqi Qafqaz kompaniyası zamanı onları Qaraman döyüşündə məğlub edərək işğalı bir neçə onillik gecikdirən görkəmli hökmdar və şamxal. İmam Şamil — qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Taşev-Hacı Endireyevski — İmam Şamildən sonra qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Uçar Hacı Yaqub — XIX əsrdə yaşamış din xadimi və ağsaqqal. Bir dəfəyə iki rus generalını öldürmüşdür. Abdulhakim İsmayılov — Sovet İttifaqının II Dünya müharibəsində döyüşmüş hərbçisi. O, Yevgeni Xaldey tərəfindən Reyxstaq üzərindən Sovet bayrağını asarkən fotosu çəkilmişdir. Bu hadisə Nasist Almaniyasının təslim olmasından bir neçə gün əvvəl - 2 may 1945-ci ildə Berlin şəhərində baş vermişdir. Nəcməddin Bammat — qumuq əsilli görkəmli fransız-əfqan yazıçısı, dilçisi və islam alimi İzzət Qandəmir — qumuq əsilli görkəmli türk yazıçısı, tərcüməçisi, ictimai xadimi və tibb professoru Fəxrəddin Kırzıoğlu — qumuq əsilli türk tarixçisi və yazıçısı Murad Qaplanov — radio kommunikasiya mühəndisi, Sergey Korolevin dizayn mərkəzində inkişaf etdirilmiş Molniya kommunikasiya peyk sistemlərinin baş konstruktoru.

"qumuqları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qumuqları nədir? #qumuqları sözünün mənası #qumuqları nə deməkdir? #qumuqları sözünün izahı #qumuqları sözünün yazılışı #qumuqları necə yazılır? #qumuqları sözünün düzgün yazılışı #qumuqları leksik mənası #qumuqları sözünün sinonimi #qumuqları sözünün yaxın mənalı sözlər #qumuqları sözünün əks mənası #qumuqları sözünün etimologiyası #qumuqları sözünün orfoqrafiyası #qumuqları rusca #qumuqları inglisça #qumuqları fransızca #qumuqları sözünün istifadəsi #sözlük