qurğular sözü azərbaycan dilində

qurğular

Yazılış

  • qurğular • 91.6680%
  • Qurğular • 8.3320%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektron qurğular
Elektron qurğular— yüksək texniki-iqtisadı göstəricilərinə nail olmaq üçün onlarda tətbiq olunan sxem həllərinin və element bazasının düzgün seçilməsi məsələlərinə xüsusi diqqət vermək lazımdır. Elektronikanının inkişafı bir istiqamət kimi tibbi elektronikanın yaranmasına da səbəb oldu. Bu sahələrdən biri optiki spektroskopiya üsulları biokimyada, kimyada, tibb elmində və s. istifadə edilməyə başladı. Spektroqrafın köməyi ilə diabetdə, miokard infarktında, böyrəklər xəstələndikdə diaqnozun qoyulması əhəmiyyətli dərəcədə yüngülləşdi. Digər mövzu isə lyumenessent analizlə əlaqədardır. Onun çevikliyi, sadəliyi və həssaslığı hesabına tibb dioqnostikaının bir sıra məsələlirini həll etmək olur. Lyumenessensiya sahəsində aparılan işlər rentgen şəkillərinin elektron-optiki gücləndiricilərinin yaradılmasında mühüm rol oynadılar. Rentgen şüalanmasını lyumenessent detektorları yarımkeçirici işıq mənbələri ilə birlikdə radioizotop diaqnostikasında – kompüter tomoqraflarında orqanizmdə ptoloji əmələgəlmələrin aşkar edilməsində uğurla tətbiq edilir. O ki, qaldı ultrasəs üsullarının diaqnostikası və terapiyasına onların istifadə diapazonu olduqca genişdir.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.
Radioverici qurğular
Cihazlar və qurğular
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Daxili qurğular (kompüter)
Kompüterin daxili qurğuları — kompüterin əsas işini təmin edən qurğulardır: Ana plata (prosessor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları); Prosessorları qurmaq üçün adapterlər; Daimi yaddaş qurğusu (Winchester, ROM); Səs platası; Qida bloku. Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs. Yaddaş qurğuları Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar: Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb. Əməli yaddaş qurğusu (Random Access Memory – RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
Avtomatika və telemexanika qurğuları
Avtomatik fəaliyyət göstərən qurğu və sistemləri öyrənən elm və texnika sahəsi avtomatika adlanır. Əgər obyektlərin idarəsi və onların iş fəaliyyətinə nəzarət müəyyən məsafədən yerinə yetirilirsə, bu halda telemexaniki qurğular adlanan xüsusi vasitələrdən istifadə edilir. Telemexanika – rabitə kanalının səmərəli istifadəsində siqnalları xüsusi qayda ilə çevirməklə, obyektlərin müəyyən məsafədən idarəsi və nəzarəti üçün nəzəri və texniki vasitələri öyrənən elm və texnika sahəsidir == Dəmir yolunda istifadə oluunan avtomatik və telemexanik qurğular == Azərbaycan dəmir yolu müasir avtomatik, telemexaniki idarəetmə sistem və qurğuları ilə təchiz edilmişdir. Bu nəqliyyatda böyük bir təsərrüfat sahələri idarə olunur. Buraya müxtəlif istehsal sahələrinin, təsərrüfatlarının, su nəqliyyatı məntəqələrinin, vaqon və lokomotiv təmiri müəssisələrinin, hərəkət tərkibinin və s. mikroprosessorlu avtomatik idarəetmə sistemləri daxildir. Bu gün dəmir yolu kompüter texnikası, teleidarə, telenəzarət, teleölçmə sistemləri, sərnişinlərə avtomatlaşdırılmış xidmət sahələri ilə təmin olunmuşdur. Dəmiryol avtomatlaşdırılmış idarəetmə sistemi bir neçə altisistemləri özündə birləşdirir ki, buraya da çeşidləyici stansiya, daşımanın operativ idarə olunması, elektrik təchizatı və s. aiddir. Bu fəsildə qatarların hərəkətinin tənzimlənməsi, onların stansiya və mənzillərdə təhlükəsizliyini təmin edən avtomatika-telemexanika qurğuları haqqında ümumi məlumat veriləcəkdir.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Kompüter Qurğuları
Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. == İnkişaf tarixi == EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir: I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.
Periferiya qurğuları
Periferiya və ya periferiya qurğuları ― kompüterə qoşulan və onun mikroprosessoru tərəfindən idarə olunan qurğu. Periferiya qurğuları məlumatı kompüterə daxil etmək və ondan məlumat almaq üçün istifadə olunan köməkçi cihazlardır. Başqa bu termin komputer sisteminə asanlıqla qoşula və sistemdən çıxarıla bilən cihazlar üçün istifadə olunur. Kompüterlə əlaqəsinə əsasən periferiya qurğuları bir neçə kateqoriyaya bölünür: Giriş qurğuları: siçan, klaviatura, qrafik planşet, təsvir skaneri, barkod oxuyucusu, oyun nəzarətçisi, işıq qələmi, işıq silahı, mikrofon və veb- kamera kimi cihazlar məlumatları və ya təlimatları kompüterə daxil edir; Çıxış qurğuları: kompüter monitoru, proyektor, printer, qulaqlıq və kompüter dinamiki kimi cihazlar məlumatın kompüterdən çıxışını təmin edir; Giriş/çıxış qurğuları: kompüterdə məlumatın saxlanılması üçün istifadə olunan qurğuları, modem, şəbəkə adapteri və çoxfunksiyalı printer kimi qurğular həm giriş, həm də çıxış funksiyalarını yerinə yetirir.
Qazma qurğuları
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. == Qazma qurğularına qoyulan tələblər == Hər bir layihə olunmuş quyu üçün qazıma avadanlığı komplekti və qurğusu seçildikdə geoloji və iqlim şəraiti, yer səthinin relyefi, qazmanın növü və s. amillər nəzərə alınır. Seçilmiş komplekt və qazma qurğusu bu göstərilən mümkün qədər müvfiq olmalıdır. Bundan başqa hər bir qazma qurğusu aşağıdakı tələbləri ödəməlidir: Qazma qurğusu çox sadə olmaqla qazma prosesini tamamilə təmin etməlidir; Qurğunun qurulması və sökülməsi mümkün qədər az vaxt tələb etməlidir; Qurğuda qazma prosesi və endirmə qaldırma əməliyyatı mexanikləşdirilməlidir; Qazma qurğusu təhlükəsizlik tələblərini tam təmin etməlidir; Qurğu bir nöqtədən başqa nöqtəyə olduqca rahat və sökülmədən aparılmalıdır; Qurğu iqtisadi cəhətdən mümkün qədər ucuz başa gəlməlidir. və s. == Qazma qurğularının növləri == Ümumi halda qazma qurğuları stasionar və səyyar olur. Səyyar qazma qurğuları tırtıllı traktor, avtomaşın və sürüngəclər üzərində quraşdırılmış dayaz və nisbətən dayaz quyuların qazılmasında tətbiq edilir. Güc intiqallarına görə qazma qurğuları fərdi və qrup ilə işləyən olur. Enerjinin növünə görə isə qazma qurğuları: elektrik intiqallı, dizel intiqallı və elektrik-dizel intiqallı ola bilər.
Rele mühafizəsi qurğularına qoyulan tələblər
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. == Tarixi == 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. == Rele mühafizəsi == Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: === Selektivlik === Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Şəbəkə qurğuları
Birdən çox kompüterin məlumat mübadiləsi, proqram təminatı və avadanlıq mübadiləsi, mərkəzi idarəetmə və dəstək asanlığı kimi çox müxtəlif səbəblərdən ötəri bir-birinə bağlandığı quruluşa şəbəkə (network) deyilir. Şəbəkə strukturlarını yaratmaq üçün çox müxtəlif şəbəkə cihazları istifadə edilə bilər. Ağ yapılarında kullanılan başlıca cihazlar: 1).Hab 2).Açar (Switch) 3).Təkrarlayıcı (Repeater) 4).Bridge 5).Yönləndirici (Router) 6).Firewall 7).Access point 8).NİC-Şəbəkə interfeys kartı 9).Modem 1).Hablar-Ən sadə şəbəkə cihazlarından biridir. Özünə aid bir güc qaynağından qidalanaraq çalışır. Şəbəkə sistemlərində siqnalların yenidən meydana gətirməsini və yenidən zamanlanmasını təmin edər. Özünə bağlı olan kompüterlərə paylaşılan bir yol təqdim edir. (Özünə gələn datayı bütün portlara göndərirlər.) Buna görə eyni anda xəbərləşmək istəyən şəbəkəyə bağlı cihazların, xəttin boşalmasını gözləmələri lazımdır. 8 ilə 24 arasında dəyişən port sayına sahib cihazlardır. Bu cihazlar şəbəkə strukturlarında ümumiyyətlə mərkəzi bir nöqtə yaratmaq və ya şəbəkənin təhlükəsizliyini artırmaq kimi məqsədlərlə istifadə edilir və yalnız bit səviyyəsində əməliyyat etmələrindən ötəri OSI modelində 1. lay cihazlarıdır.
Azərbaycanda idman qurğuları
İdman qurğuları — İdman qurğuları deyəndə ölkədə tikilən idman stadionları, komplekslər nəzərdə tutulur. Azərbaycanda idman inkişaf etdikcə, böyük miqyaslı yarışlar keçirildikcə, böyük tamaşaçı tutumlu stadionlar da tikilir. İdman qurğuları üstü açıq və örtülü olur. Azərbaycanda tikilən açıq idman qurğularına Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Olimpiya Stadionu, İdman Tennis kompleksi, Respublika Velotreki, Velopark buraya aiddir. Qapalı idman qurğularına Respublika Olimpiya mərkəzi, Bakı Su İdman Sarayı, Heydər Əliyev adına İdman Konsert kompleksi, Paralimpiya İdman Kompleksi, Bakı İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Kristal Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyasını aid etmək olar. Elə idman qurğuları var ki orada bir növ idman yarışı deyil, bir neçə idman yarışları, konsert də keçirmək olar. Belə qurğular fərdi yox universal adlanır. Məsələn, Tofiq Bəhrəmov adına Respublika Stadionu, Bakı Olimpiya Stadionunda sadəcə futbol oyunu deyil, atletika da keçirilə bilər. Orada qaçış zolaqları, tullanma sektoru mövcuddur. == Tofiq Bəhramov adına Respublika Stadionu == Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə adlandırılan yeganə futbol arenasıdır.
Kompüter qurğuları
Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. == İnkişaf tarixi == EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir: I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.

"qurğular" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurğular nədir? #qurğular sözünün mənası #qurğular nə deməkdir? #qurğular sözünün izahı #qurğular sözünün yazılışı #qurğular necə yazılır? #qurğular sözünün düzgün yazılışı #qurğular leksik mənası #qurğular sözünün sinonimi #qurğular sözünün yaxın mənalı sözlər #qurğular sözünün əks mənası #qurğular sözünün etimologiyası #qurğular sözünün orfoqrafiyası #qurğular rusca #qurğular inglisça #qurğular fransızca #qurğular sözünün istifadəsi #sözlük