Qönçə sözü azərbaycan dilində

Qönçə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qönçə • 65.3061%
  • qönçə • 33.4694%
  • QÖNÇƏ • 1.2245%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kolxida stafulası (qönçəlisi)
== Ümumi yayılması: == Gürcüstаnda və Türkiyədə təbii şəraitdə yаyılmışdır. == Azərbaycanda yаyılmаsı: == Bаlаkən rаyоnu ərаzisində, Quruçаy hövzəsində, Cüncüllü tахtа аdlı yеrdə rаs gəlinir. == Stаtusu: == Аzərbаycаnın nаdir bitkisidir. CR B2b(i,ii,iii). == Bitdiyi yеr: == Aşağı və orta dağ qurşağında, meşəliklərdə, kölgəli yerlərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Kоlхidа qönçəlisi (stаfulаsı) təbiətdə 4 m-ə qədər hündürlükdə olan kоl və yа аğаcdır. Yаrpаqlаrı qаrşı-qаrşıyа düzülərək təklələkvаrıdır. Yаrpаqlаrın kənаrlаrı mişаrdişlidir. Çiçəkləri uzunsоv süpürgə çiçək qrupundа tоplаnmışdır.
Qönçəbəyim
Qönçəbəyim və ya Qönçəbəyim Naxçıvanski (təqr. 1827, Naxçıvan, Naxçıvan xanlığı -?) — Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsi. Naxçıvanın sonuncu xanı olan Ehsan xanın qızıdır. "Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1827 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şeir həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü.
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.

qönçə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Açılmamış qızılgül və ya başqa çiçək; gül və ya başqa çiçəyin tumurcuğu. Qızılgül qönçə açmışdır. – Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb. Aşıq Əli. // Sif. mənasında. Açılmamış, qönçə halında olan. Qönçə gül. – Ətir saç aləmə, sən, ey qönçə gül! S.Vurğun. // Obrazlı təşbehlərdə. Qaydasıdır qönçə yatar xar ilə; Bülbül kimi zimistanə gözlərin. Aşıq Pəri. Mürur ilə gül qönçəsi açılar; O, zor ilə açılsa, bərbad olar. M.Möcüz. Sən sevgili vətənciyimin gül fidanısan! Sən bir gözəlcə qönçəsən, amma yabanısan! A.Səhhət. // Al, qızılgül rəngi. Bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. M.İbrahimov. // klas. Gözəlin ağzı, dodaqları, yaxud özü qönçəyə oxşadılır. Ey qönçə ağızlı, bəni yandırdı hicrin dikəni; Gəl, gəl ki, sənsiz qönçə tək doldu içim qan, qandasan? Nəsimi. Könlüm açılır zülfipərişanını görcək; Nitqim tutulur qönçeyi-xəndanını görcək. Füzuli. Qamətin tək heç bir qamət biçilməz; Dodaqların tər qönçədən seçilməz. M.P.Vaqif. Çiçəklər açarkən gülüşlərindən; Xəlq olmuş o qönçə dodağın sənin! A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / qönçə
  • 2 açılmamış qızılgül, tumurcuq; təravətli.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / qönçə

qönçə sözünün sinonimləri (yaxın mənalı sözlər)

qönçə sözünün rus dilinə tərcüməsi

qönçə sözünün inglis dilinə tərcüməsi

qönçə sözünün fransız dilinə tərcüməsi

qönçə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. ахъа тахьанвай къизилцуьк ва я маса цуьк; цуькведин кӀурук (тӀур); // прил. ахъа тахьанвай (мес. цуьк); 2. прил. яру, ал, къизил цуькведин ранг алай; 3. тешпигьра: гуьзелдин пӀузарриз, сивиз ва я жегьил гуьзелдиз ишара.

    Azərbaycanca-ləzgicə lüğəti / qönçə

qönçə sözünün türk dilinə tərcüməsi

"qönçə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qönçə nədir? #qönçə sözünün mənası #qönçə nə deməkdir? #qönçə sözünün izahı #qönçə sözünün yazılışı #qönçə necə yazılır? #qönçə sözünün düzgün yazılışı #qönçə leksik mənası #qönçə sözünün sinonimi #qönçə sözünün yaxın mənalı sözlər #qönçə sözünün əks mənası #qönçə sözünün etimologiyası #qönçə sözünün orfoqrafiyası #qönçə rusca #qönçə inglisça #qönçə fransızca #qönçə sözünün istifadəsi #sözlük