Raziyə sözü azərbaycan dilində

Raziyə

Yazılış

  • Raziyə • 96.5278%
  • raziyə • 2.0833%
  • RAZİYƏ • 1.3889%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Sultan
Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.) Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir. Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz - 28 yanvar 2013,Köln Almaniya) - Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. == Həyatı və fəaliyyəti == Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökümətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.
Sultan Raziyə bəyim
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Sultan (film, 1983)
Raziyə Sultan— 1983-cü ildə Hindistanda rejissor Kamal Əmrahinin, aktyorlar Dərməndər və Hema Malininin oynadığı film. == Film haqqında == Film (1205–1240)-cı illərdə yaşamış, (1236–1240)-cı illərdə Müəzzilər dövlətinin sultanı olmuş, şairə-hökmdar Sultan Raziyə bəyimin həyatından bəhs edir. Raziyə xatunun rolunda məşhur hind aktrisası Hema Malini oynayır. Onun hind qulamı rolunu isə aktrisanın əri Dərməndər ifa edir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Raziyə Sultan — Internet Movie Database saytında.
Şahbanu Raziyə Sultan Səfəvi
Şahbanu Raziyə sultan Səfəvi və ya Aləmiyan Raziyə bəyim Səfəvi (1700, İsfahan – 1775) — Səfəvilər xanədanlığının nümayəndəsi. IX Səfəvi hökümdarı Sultan Hüseynin Fərda sultandan olan qızı. 1729-cu ildə Nadir xan Əfşarla etdiyi izdivacla Əfşar-Səfəvi blokunun yaranmasına səbəb olmuşdur. Nadir xan 1736-cı ildə Suqovuşanda "şah" elan edildikdən sonra Raziyə bəyim "şahbanu" tituluna yiyələnərək Nadir şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. 1736–1749-cu illərdə şahbanu, 1773–1775-ci illərdə isə naibə olan Raziyə sultan Nadir şahın Osmanlılarla müharibəsi zamanında külli maliyyə yardımı etmişdir. == Həyatı == Raziya Sultan 1700-ci ildə İsfahanda doğulmuşdur. Saray təlim-tərbiyyəsi götürmüş, xüsusi müəllimlərdən dərs almışdır. Hər zaman olduğu kimi onun da dövründə iğtişaşlı saray intriqaları mövcud idi. Lakin uşaqlıq illəri dövlət üçün bəzi üsyanlar olsa da, yenə də "sabit dövr"ə təsadüf edirdi. Raziya Sultan hər zaman xalqının və dövlətinin qeydinə qalan bir xanım idi.
Raziyələr
Raziyələr — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Rəzələr oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Çiçi kəndindən çıxmış ailələr eyniadlı ərazidə salmışlar. Oykonim Razi- yələr variantında da qeydə alınmışdır. Kəndin adı “üzümlük, tənəklik” kimi izah edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 340 nəfər əhali yaşayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.53 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2005 ••••••••••••• 0.67
2006 ••••••••••••••••• 0.90
2007 •••••••••••• 0.63
2008 ••••• 0.24
2009 ••••••••••••••• 0.80
2010 •••••••••••••• 0.73
2011 ••••• 0.26
2012 •••••••••••••••••• 0.95
2013 •••••• 0.29
2015 ••••••••••••• 0.68
2016 ••••••• 0.35
2017 ••••••••••••••• 0.81
2018 •••••• 0.30
2019 •••••••••••••••••••• 1.11

raziyə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bir şeydən razı olan, məmnun, sirli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#raziyə nədir? #raziyə sözünün mənası #raziyə nə deməkdir? #raziyə sözünün izahı #raziyə sözünün yazılışı #raziyə necə yazılır? #raziyə sözünün düzgün yazılışı #raziyə leksik mənası #raziyə sözünün sinonimi #raziyə sözünün yaxın mənalı sözlər #raziyə sözünün əks mənası #raziyə sözünün etimologiyası #raziyə sözünün orfoqrafiyası #raziyə rusca #raziyə inglisça #raziyə fransızca #raziyə sözünün istifadəsi #sözlük