rezin-texniki sözü azərbaycan dilində

rezin-texniki

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rezin-texniki • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. == Sənətçi == Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. == Heykəl == === Dizayn === Rezin ördəklərin ölçüləri fərqlidir.
Texniki
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Rezin çəkmə atma festivalı
Rezin çəkmə atma festivalı — iştirakçıların rezin çəkməni mümkün qədər uzağa atmasını tələb edən yarış. Yeni Zelandiyanın Taihape qəsəbəsi sakinləri və ziyarətçiləri rezin çəkmə ataraq hər il dünya rekordunu qırmaq üçün çalışır.
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. == Tarixi == Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Texniki bitkilər
Texniki bitkilər-məhsulu sənayedə xammal kimi istifadə olunmaq üçün becərilən bitkilərdir. texniki bitkilərə adətən əyirmə, kauçuklu, efir-yağlı, yağlı, şəkərli və dərman bitkiləri aid edilir.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Gürcüstan Texniki Universiteti
Gürcüstan Dövlət Texniki Universiteti (gürc. საქართველოს ტექნიკური უნივერსიტეტი, ing. Georgian Technical University) Gürcüstanın Tbilisi şəhərində yerləşən ölkənin ən aparıcı universitetlərindən biridir. Burada texniki fakültələrdən yana digər fakültələr üzrədə təhsil olduğu üçün bəzən Gürcüstan Dövlət Politexniki Universiteti (qısaca: GPU) deyilir. == Yaranma Tarixi == 1922-ci ildə Tbilisi Dövlət Universitetinin nəzdnində politexnik fakültəsi kimi yaradılıb. 1928-ci ildə Tbilisi Dövlət Universitetin'dən ayrılaraq Vladimir İliç Lenin adına Gürcüstan Dövlət Politexnik İnstitutu kimi yaradıldı. 1930 və 1932-ci illərdə universitetə daha çox fakültələr əlavə edilərək birazda genişləndirildi. 1972-ci ildə 50 illik yubileyində SSSR'in ən yüksək mükafatı Lenin ordeni ilə mükafatlandırıldı. 1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etdikdən sonra birazda böyüyərək önəmli yerini tutdu və hal hazırda həmin adı daşıyır. == Struktura == Universitet əsasən təhsil və elmi fəaliyyətə yardım edən əsas struktur bölmələrindən ibarətdir: fakültələr, kitabxanalar və köməkçi struktur bölmələri.
Gəncə Texniki Kolleci
Gəncə Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Mühasibat uçotu; Elektrik təchizatı; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili; Rabitə qovşaqları və kommunikasiya sistemləri; Baytarlıq; Nəqliyyat vasitələrinin təmiri və servisi. == Ləğvi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci Gəncə Humanitar Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Karlsrue Texniki İnstitutu
Karlsrue Texniki İnstitutu (alm. Karlsruher Institut für Technologie‎) — Almaniyada universitet; Almaniyada texniki sahə üzrə ixtisaslaşan ən qədim ali təhsil müəssisəsi hesab olunur. Avropada isə Praqa, Paris və Vyana texniki universitetlərindən sonra yaranma tarixinə görə 4-cü ali təhsil ocağıdır. Hazırda institut Almaniyanın elit universitetləri doqquzluğuna rəsmən daxil edilib. == Tarixi == Böyük Hersoq Lüdviq Baden tərəfindən 1825-ci il, 7 oktyabr tarixində Paris Politexnik Məktəbinin nümunəsində Karlsrue Politexnikumu yaradılır. Karlsrue şəhərinin mərkəzində yerləşən politexnikum 1865-ci ildən hersoq I Fridrixin təşəbbüsü ilə Ali Texniki Məktəb kimi fəaliyyət göstərməyə başlayır, həmin dövrdə "Friderisian" onun ikinci adı olur. Məktəb 1900-cü ildə elmlər doktoru elmi dərəcəsinin verilməsi hüququnu əldə edir. Karlsruedə 1904-cü ildə ilk dəfə Ali Texniki Məktəbə Almaniyada ilk dəfə olaraq qızlar qəbul olunur. 1967-ci ildən "Friderisian" məktəbi Karlsrue Universiteti adı ilə fəaliyyətini davam etdirir. 1969-ci ildə Universitet Almaniyada ilk olaraq proqramçı təliminə başlayır, informatika fakültəsi isə 1972-ci ildə yaradılır.
Kompüterə texniki yardım
Moldova Texniki Universiteti
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi. Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes. Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir. Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.
Münhen Texniki Universiteti
Münxen Texniki Universiteti (alm. Technische Universitat München‎) — Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münxen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik ali məktəb Bavariyanın texniki sahə üzrə yeganə universitetidir. == Tarixi == Münxen Texniki Universitetinin əsası 1868-ci ildə qoyulub. Həmin vaxt Bavariya kralı II Lüdviqin Politexnik Məktəbi adlı təhsil müəssisəsinin yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə adı rəsmi şəkildə dəyişdirilərək Bavariya Kral Texniki Ali Məktəbi, 1970-ci ildə isə universitet statusu qazanaraq Münxen Texniki Universiteti adlandırılıb. Burada 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin İkinci dünya müharibəsi onun planlarını yarıda qoyur.
Qabrovo Texniki Universiteti
Qabrovo Texniki Universiteti (bolq. Технически университет Габрово) — Bolqarıstanda universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. == Tarixi == Qabrovo Texniki Universitetinin əsası 1964-cü ildə Bolqarıstanın sənayenin inkişafında zəngin təcrübə və ənənələrə malik iqtisadi mərkəzi kimi tanınan Qabrovo şəhərində qoyulub. Bu gün Qabrovo Texniki Universiteti təhsil və elm sahəsində müasir imkanlarla keçmiş ənənələri uğurla uyğunlaşdırır. Hazırda özünü nüfuzlu təhsil və elmi mərkəz kimi təsdiqləyən universitet əmək bazarının tələblərinə uyğun olaraq texnika və texnologiyalar, iqtisadiyyat və sosial elmlər sahəsində geniş profilli bakalavr, magistr və doktorantura ixtisaslarını təklif edir. Universitetdə maarifləndirici və elmi fəaliyyət 240 yüksək ixtisaslı müəllim tərəfindən həyata keçirilir. Müasir tədris metodlarını tətbiq edən müəllimlər, zəngin maddi-texniki baza və müxtəlif sosial güzəştlərin tələbələrin təhsili və inkişafı üçün münbit şərait yaradır. Ali təhsil müəssisəsi Avropa maarifləndirici və tədqiqat proqramlarında fəal iştirak edir, yerli və xarici universitetlərlə faydalı və effektiv əməkdaşlıq həyata keçirir. 1999-cu ildə Qabrovo Texniki Universitetində ilk regional Cisco Akademiyası fəaliyyətinə başlayıb. Cisco Networking Academy Program bütün şirkətlərinin tələblərinə cavab verir.
Qəbzə Texniki Universiteti
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Riqa Texniki Universiteti
Riqa Texniki Universiteti — Latviyada universitet; iqtisadiyyatın bir sıra istiqamətləri üzrə keyfiyyətli elmi araşdırmaların həyata keçirilməsini təmin edir və yüksək əmək keyfiyyətinə malik, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı mütəxəssislər hazırlayır. Universitet Avropa tədris, elmi-tədqiqat və innovasiya mərkəzi olaraq beynəlxalq səviyyəli, müasir və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınır. == Tarixi və fəaliyyəti == Riqa Texniki Univeriteti 14 oktyabr 1862-ci il tarixində Riqa Politexnik Məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb yalnız Latviyada deyil, ümumilikdə Rusiya imperiyasında ilk çoxsahəli texniki təhsil müəssisəsi idi. Riqa Politexnik Məktəbi əsasən, İsveçrə və Almaniya ali təhsil müəssisələrinin təhsil sistemi əsasında formalaşdırılmışdı. Məktəbin müəllimləri arasında çox sayda alman, isveçrəli və avstriyalı alimlər var idi. Belə ki, fizik-kimyaçı, Nobel mükafatı laureatı V. Ostvald, Sürix Politexnik İnstitutunun rektoru olmuş V. Riter, məşhur iqtisadçı alim E. Laspeyres, elektrik maşınlarını yaradanlardan biri olan E. Arnold və Qərbi Avropanın bir sıra məşhur alimləri pedaqoji fəaliyyətlə məşğul olmaq üçün bu məktəbə cəlb olunmuşdu. Riqa Texniki Universiteti Latviya Respublikasının paytaxtında – Riqa şəhərində yerləşir. Ali təhsil ocağının həmçinin Latviyanın başqa şəhərlərində — Dauqavpils, Liepae, Ventspils və Çesisdə filialları mövcuddur. Hazırda Riqanın mərkəzində, universitetin tələbə şəhərciyi Baltiyada mühəndislik elmlərinin ən müasir tədris mərkəzi inşa olunur.
Səhənd Texniki Universiteti
Səhənd Texniki Universiteti (fars. دانشگاه صنعتی سهند‎) — İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində yerləşən tədqiqat mərkəzi və ali təhsil ocağı.
Tallin Texniki Universiteti
Tallin Texniki Universiteti (est. Tallinna Tehnikaülikool - TTÜ) — Estoniyanın paytaxtı Tallində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. == Tarixi == Texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texniki Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ilin 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Estoniya Texniki Cəmiyyəti tərəfindən yaradılan məktəb maşınqayırma, elektrotexnika, gəmi inşaatı, hidrotexnika, tikinti və memarlıq sahələri üzrə ixtisaslaşmışdı. 1919-cu ilin payızından etibarən məktəb Tallin Texnikumu adlandırılmağa başlanır. Texnikumun təhsil strukturuna aqromeliorasiya, yer ölçmə və texniki kimya bölmələri əlavə olunur. 1920-ci ildə məktəb kursu ən aşağı və ən yüksək pillələr üzrə hazırlığa bölünür. 3 il təhsil müddətini əhatə edən hazırlıq kursu gələcəkdə tələb edilən təhsil səviyyəsinin alınmasına hesablanmışdı. Texnikumun ən aşağı pilləsi texniklər, ən yüksək pillə mühəndislər və memarlar hazırlayırdı.
Texniki xidmət proqramları
Texniki xidmət proqramları — kompüterlərin işləmə vəziyyətini yoxlamaq üçündür. Bu proqramlar (Norton Utilities, PC Tool Deluxe, Icecream Screen Recorder və s.) kompüterin ayrı-ayrı qurğularının normal fəaliyyətinin yoxlanmasını həyata keçirir. kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat-proqram vasitələri ilə, bəziləri isə proqram vasitələri ilə həyata keçirilir. proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. testlə yoxlama (testləşdirmə) kompüterin və onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir. ilkin test proqramları (testləşdirmə), adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür. xüsusi nəzarət proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. bütün hallarda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana məlumat çıxır. == Ədəbiyyat == Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
Ulduz Texniki Universiteti
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
Yıldız Texniki Universiteti
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
İlmenau Texniki Universiteti
İlmenau Texniki Universiteti (alm. Technische Universität Ilmenau, TU Ilmenau‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == İnformasiya texnologiyaları üzrə ixtisasların üstünlük təşkil etdiyi bu universitetdə texniki təhsil çoxillik və zəngin ənənələrə söykənir. Almaniyanın nüfuzlu ali məktəbi 1894-cü ildə texnikum olaraq fəaliyyətə başlayıb. Təhsil müəssisəsində 1953-cü ildən akademik təhsil sistemi tətbiq olunur. Təhsil ocağı 1963-cü ildə İlmenaunun ən yüksək texniki məktəbi statusunu əldə edir, 1992-ci ildən isə universitet statusu qazanaraq Almaniyanın ən gənc universitetlərindən biri olur. == Tələbə həyatı == Hazırda ali məktəbdə 6500-dən artıq tələbə təhsil alır. Təhsil haqqı ilk semestr üçün 13740, sonrakı semestrlər üçün 12240 avro təşkil edir. Universitetdə tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Erenberq ərazisində bir neçə yataqxana inşa edilib.
İstanbul Texniki Universiteti
İstanbul Texniki Universiteti (türk. İstanbul Teknik Üniversitesi, İTÜ) — Türkiyənin dövlət universitetlərindən biri. Dünyanın mühəndis hazırlayan ilk universitetlərdən biri hesab olunur. Zəngin tarixə malik İstanbul Texniki Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda qərar tutub. Osmanlı imperiyası dövründə yenilikçilik funksiyasını öz üzərinə götürən universitet cümhuriyyət zamanında da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr vermişdir. Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyi danılmazdır. İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir. == Tarixi == İstanbul Texniki Universiteti 1773-cü ildə Sultan III Mustafanın hakimiyyəti dövründə Mühəndishane-i Bahr-i Hümayun adı ilə fəaliyyətə başlayıb. İlk olaraq ali təhsil müəssisəsi gəmi inşaatı və dəniz xəritələri üzrə mütəxissis hazırlamaq üçün nəzərdə tutulmuşdu. Haliç Tersanesində yerləşən ali məktəbin qurucusu macar əsilli Baron de Tott olub.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Ərzurum Texniki Universiteti
Ərzurum Texniki Universiteti (türk. Erzurum Teknik Üniversitesi, ETÜ) — Türkiyənin Ərzurum şəhərində yerləşən dövlət universiteti. Universitet Türkiyə Böyük Millət Məclisinin 2010-cu ildə qəbul etdiyi qanuna əsasən yaradılıb. Universitetdə bakalavr və magistratura təhsili 2012-ci ildə başlamışdır. Az müddətdə Ərzurum Texniki Universiteti regionda tədqiqat mərkəzinə çevrilməyi bacarmışdır. == Strukturu == === Fakültələri === Universitetdə ümumilikdə 6 fakültə fəaliyyət göstərir: Ədəbiyyat fakültəsi Elmlər fakültəsi İqtisadiyyat və Biznesin İdarə Edilməsi fakültəsi Mühəndislik və Memarlıq fakültəsi Sağlamlıq Elmləri fakültəsi İdman Elmləri fakültəsi === İnstitutları === Universitetdə 3 institut fəaliyyət göstərir: Elm və Texnologiya İnstitutu Sosial Elmləri İnstitutu Səhiyyə Elmləri İnstitutu == Kollecləri == Xarici Dillər Kolleci == İxtisasları == === Mühəndislik və Memarlıq Fakültəsi === Maşınqayırma İnşaat Mühəndisliyi Elektrik-Elektronika mühəndisliyi Kompüter mühəndisliyi Sənaye mühəndisliyi Kimya mühəndisliyi Memarlıq Şəhər və Regional Planlaşdırma Daxili Memarlıq Fakültədə kompüter laboratoriyaları, iş otaqları və şöbə elmi-tədqiqat laboratoriyaları var. == Yüksək Texnologiyalar Tətbiqi və Araşdırma Mərkəzi (YTTAM) == YTTAM qapalı sahəsi olan bölgənin ən böyük tədqiqat mərkəzlərindən biridir. Burada 1000 nəfər üçün nəzərdə tutulmuş xüsusi təmiz havası olan(Cleanroom) otağı, 2 sinif otağı, 22 müxtəlif ölçülü tədqiqat laboratoriyaları, 1 məşq zalı, 1 iclas zalı, 4 işçi otağı, 4 iş ofisi və 1 istirahət otağı xidmət göstərir. == Mərkəzi kitabxanası == Universitetin Mərkəzi kitabxanası hər gün 08.00–22.00, şənbə günləri 10.00–20.00 saatları arasında açıqdır. Kitabxana ilə yanaşı, hər bir fakültədə tədris zalları fəaliyyət göstərir.

Oxşar sözlər

#rezin-texniki nədir? #rezin-texniki sözünün mənası #rezin-texniki nə deməkdir? #rezin-texniki sözünün izahı #rezin-texniki sözünün yazılışı #rezin-texniki necə yazılır? #rezin-texniki sözünün düzgün yazılışı #rezin-texniki leksik mənası #rezin-texniki sözünün sinonimi #rezin-texniki sözünün yaxın mənalı sözlər #rezin-texniki sözünün əks mənası #rezin-texniki sözünün etimologiyası #rezin-texniki sözünün orfoqrafiyası #rezin-texniki rusca #rezin-texniki inglisça #rezin-texniki fransızca #rezin-texniki sözünün istifadəsi #sözlük