rəsin sözü azərbaycan dilində

rəsin

Yazılış

  • rəsin • 75.0000%
  • Rəsin • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İbrahim Rəsinin ölümü
Vərziqanda helikopter qəzası — İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və digər dövlət rəsmilərinin içində olduğu helikopterin 2024-cü ilin 19 may tarixində yerli vaxtla günorta saat 13:30 radələrində qəzaya uğradığı hadisə. Hadisə Vərziqan yaxınlığında baş verib. Bell 212 markalı helikopterin Xudafərin körpüsündən Təbriz şəhərinə doğru hərəkətdə olarkən baş verib. Qəza enişi etmiş helikopterdə İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs olub. İran Qızıl Aypara Cəmiyyətinin 20 may tarixində yerli vaxtla səhər saatlarında yaydığı məlumata görə helikopterdə olan 9 nəfər o cümlədən İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı briqada generalı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs həlak olublar. İran televiziya kanallarının verdiyi məlumata görə xilasetmə əməliyyatları güclü yağış, duman və güclü külək kimi əlverişsiz hava şəraiti səbəbindən çətinliklə aparılır. Ərazinin sıx meşə və dağlıq relyefli olması da axtarış-xilas etmə işlərini çətinləşdirən amillərdən hesab olunur. İranlı dövlət rəsmilərini daşıyan helikopterin axtarış işlərinə pilotsuz təyyarələr, axtarış-xilasetmə qrupları, xüsusi təlim keçmiş itlər və Kopernik peyk sistemi cəlb edilib. Helikopterin qəza enişi etməsindən sonra axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən bölgəyə göndərilən Bayraktar Akıncı pilotsuz uçuş aparatı hadisə yerini müəyyən etmişdir. 2024-cü ilin 19 may tarixində İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qız Qalası su elektrik kompleksinin açılışında iştirak etmək üçün Azərbaycana rəsmi səfər edib.

rəsin sözünün leksik mənası və izahı

Oxşar sözlər

#rəsin nədir? #rəsin sözünün mənası #rəsin nə deməkdir? #rəsin sözünün izahı #rəsin sözünün yazılışı #rəsin necə yazılır? #rəsin sözünün düzgün yazılışı #rəsin leksik mənası #rəsin sözünün sinonimi #rəsin sözünün yaxın mənalı sözlər #rəsin sözünün əks mənası #rəsin sözünün etimologiyası #rəsin sözünün orfoqrafiyası #rəsin rusca #rəsin inglisça #rəsin fransızca #rəsin sözünün istifadəsi #sözlük