romanı sözü azərbaycan dilində

romanı

Yazılış

  • romanı • 95.0383%
  • Romanı • 4.8714%
  • ROMANI • 0.0902%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diplomat romanı
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. == Diplomat romanının yazılma tarixi == Diplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. == Romanın qısa məzmunu == Roman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda, o cümlədən, Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür.
Cizgi romanı
Komiks (ing. comic — gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. == Tarix == Komikslərin erkən nümunələri Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla getmişlər. == Formatların növləri == Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı və əsasən rəngli şəkildə çıxırlar. Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar; Yaponiyada bunlar adətən ağ-qara olurlar. Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər. == Həmçinin bax == Veb-komiks == İstinadlar == === Kitablar === Collins, Rachel. Weiner, Robert G. (redaktor).
Kəffarə romanı (Atonement)
Ədən (Lemin romanı)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
“Minboğalar əfsanəsi” romanı
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri "Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur. Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.
Cəlladlar (Makdonaldın romanı)
Cəlladlar (ing. The Executioners) — Con Dann Makdonald tərəfindən yazılmış və 1957-ci ildə nəşr olunmuş psixoloji triller saspens romanı. Əsərin məzmunu vəkilin həbs edilməsində töhfəsi olduğu cinayətkar tərəfindən təqib edilməsi və işgəncələrə məruz qalması ilə bağlıdır. "Cəlladlar" əsəri 1962-ci ildə və yenidən 1991-ci ildə iki dəfə "Qorxu burunu" adı ilə ekranlaşdırılmışdır. Birinci film adaptasiyası romanın məzmununa daha sadiqdir, 1991-ci ildəki adaptasiya isə xeyli dərəcədə daha qəddar və zorakı xarakter daşıyır. == Məzmun == Romanın əsas süjeti savadsız, qəddar təcavüzçü Maks Kedini cinayət başında yaxalayan Sem Bouden adlı vəkil ilə bağlıdır. Bouden daha sonra onun əleyhinə ifadə verir. Münsiflər heyəti Kedini günahkar hesab edir və Kedi on dörd il müddətinə həbsxanaya göndərilirş O, burada Boudenin onu bilərəkdən həbsxanaya göndərdiyinə görə ona qarşı qəzəb və nifrət ilə alovlanan obsessiv bir kin inkişaf etdirir və ona qulluq edir. Kedi şərti azadlığa buraxıldıqdan sonra Bouden və ailəsini təqib etməyə başlayır. O, nəinki qisas almaq, həm də Boudenin sahib olduqları şeylərə, xüsusən də Boudenin yeniyetmə qızına həsəd aparmağa başlayır.
Fosforlu Cevriyə (Türk romanı)
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman == Haqqında == Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. === Məzmun === Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.
Od (Bir Yunus romanı)
Od (Bir Yunus romanı) — İskəndər Palanın Yunus Əmrədən bəhs edən romanı. 2014-cü ilin may ayında kitabın cib ölçüsündə olan forması satışa çıxmışdır. Kitab türkülərdən ibarət olan musiqi CD-i ilə birlikdə satışa buraxılmışdır. CD-dəki musiqi parçaları: Arayıp bulsam izini Aşk bezirgânı Aşkın aldı benden beni Ben yürürüm yane yane Bir kez gönül yıktın Dağlar ile taşlar ile Dolap neden inlersin Fenada bir garipsin Geldi geçti ömrüm benim Hak bir gönül verdi bana Ben bu yolumu bilmez idim Severim ben seni Şeyhimin illeri Yar yüreğim yar Kitab türk dilində 380 000 tirajı çapdan çıxmışdır. Kitab 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. İskəndər Pala Yunus Əmrə "Od — Bir "Yunus" Romanı / CD İlaveli" ( (türk.)). iskenderpala.net. 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06. Tarih TV. "İskender Pala-Od,Bir Yunus Romanı Söyleşisi-17 Kasım 2011" (türk).
Sevgi Romanı (film, 2020)
Sevgi romanı — rejissor Vüsal Hacıqədir tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı melodram janrlı filmi. Cəmilə (Oksana Rəsulova) varlı bir iş adamının qızıdır. O yanlış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlara (Azər Aydəmir) ərə gedir. Böyük sevgi məhəbbət əks etdirən Xanlar, Cəmilənin atasının ölümündən sonra sərt üzünü göstərir və Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmaqa qərar verir. Lakin Xanlar bununla faydalanmır və Cəmilənin təqibinə başlayır. Çünki Cəmilənin var-dövlətinin Xanların adına keçməsi üçün onun könüllü razılıqı lazımdır. Dünyada tək qaldıqını sanan Cəmilənin köməyinə, təsadüfən rastlaşdıqı Eldar(Şəhriyar Əbilov) çatır. Cəmilə onun bu fədakarlıqı qarşısında ona bir könüldən min könülə aşiq olur. Lakin ortada həll olunmamış böyük problem var.
Tarakanlar (Yu Nesbö romanı)
Tarakanlar (norv. Kakkerlakken) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ikinci əsəridir. Yarasa romanının nəşrindən əldə etdiyi uğurdan sonra Nesbö işdən çıxır və Taylanda növbəti kitab üçün ilham axtarmağa gedir. Burda qaldığı müddətdə o növbəti "Tarakanlar" əsərini yazır. Bu dəfə də əsərdə Harri Hole adlı polis əməkdaşının başına gələn macəralardan bəhs olunur, lakin bu dəfə hadisələr Taylandda cərəyan edir. Norveç səfiri Taylandda Banqkok ətrafı ərazidə yerləşən fahişəxanaların birində ölü vəziyyətdə tapılır. Taylanddakı səfirin ölüm işinin təhqiqatını Norveç polisi olan Harri Hole aparır. Oslo polisinin Kriminalistika şöbəsinin əməkdaşı olaraq, Harri Hole Banqkokun qaranlıq rayonlarının cinayətkarları ilə qarışır və nəhayətində bu işdə vacib adamların əli olduğunu başa düşür. Harri həm də öz ailəsi - dul qalmış atası və Harrinin Taylanda getməsindən bir neçə ay əvvəl zorlanmaya məruz qalan bacısı üçün narahat olur.
Yaponiya Fentezi Romanı Mükafatı
Yaponiya Fentezi Romanı Mükafatı (yap. 日本ファンタジーノベル大賞 Nihon Fantashī Noberu Taishō) — 1989-cu ildə Yomiuri Shimbun və Shimizu Cəmiyyətinin təşkilatçılığı və Shinchosha Publishing Co, Ltd. nin nəşriyyat dəstəyi ilə yaradılmış illik mükafat. Qaliblər müqavilə bağlayırlar. Bu müqaviləyə əsasən, qalib, 5 milyon ¥ əldə etməli və Shinchōsha'nın tərəfindən yayınlanmamış işini dərc etdirilmək imkanı əldə edir. Əsərin yazıçı tərəfindən nəşr olunub, olunmamasından asılı olmayaraq, müsabiqə hər kəsə açıq olmuşdur. Müsabiqə 2013-cü ildə 25 illiyində dayandırıldı. Mitsuo Anno Hiroshi Aramata Hisashi Inoue Genichirō Takahashi Sumiko Yagawa Mitsuo Anno Hiroshi Aramata Hisashi Inoue Makoto Shiina Sumiko Yagawa Hiroshi Aramata Hisashi Inoue Makoto Shiina Kōji Suzuki Sumiko Yagawa Hiroshi Aramata Hisashi Inoue Mari Kotani Makoto Shiina Kōji Suzuki Hiroshi Aramata Moto Hagio Mari Kotani Makoto Shiina Kōji Suzuki Böyük mükafat: Ken'ichi Sakemi tərəfindən Kōkyū Shōsetsu Üstünlük mükafatı: Izumi Yamaguchi tərəfindən Uchū no Minamoto Xüsusi mükafatlar: Hiroaki Okazaki tərəfindən Tsuki no Shizuku 100% Juice; Takao Iwamoto tərəfindən Cosmic Beetle; Tatsuhiko Takeyoshi tərəfindən Īhatōbo no Bōkenhen Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Kōji Suzuki tərəfindən Rakuen (İngilis tərcüməsi: Paradise); Hiroaki Okazaki tərəfindən Eiyū Rafashiden Xüsusi mükafatlar: Tetsuya Murakami tərəfindən Last Magic; Ayame Hara tərəfindən Nichirin'ō Densetsu; Masakazu Katō tərəfindən Nenjutsu Kozō Böyük mükafat: Aki Satō tərəfindən Balthasar no Henreki Üstünlük mükafatı: Gakuto Hara tərəfindən Nanka Tōkaitakushi Xüsusi mükafatlar: Rin Sawamura tərəfindən Refrain; Yasuko Kawai tərəfindən Tenmei Dōji; Riku Onda tərəfindən Rokubanmei no Sayoko Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Yūsaku Kitano, Mukashi, Kasei no Atta Basho Xüsusi mükafatlar:Kyō Fujiwara tərəfindən Fantasia; Satoshi Utsugi tərəfindən Aoi Eriru no Hana; Komoriten tərəfindən Yasha ga Ike Densetsu Ibun; Satoko Tatsuki tərəfindən Gāda no Hoshi Böyük mükafat: Tetsuya Satō tərəfindən Irahai Üstünlük mükafatı: Takenori Nanjō tərəfindən Shusen Xüsusi mükafatlar: Fuyumi Ono tərəfindən Tōkei Ibun; Riku Onda tərəfindən Kyūkei no Kisetsu Böyük mükafat:Eiichi Ikegami tərəfindən Bagājimanupanasu; Minoru Ginbayashi tərəfindən Tettō Musashinosen Üstünlük mükafatı: yoxdur Xüsusi mükafatlar: Fumio Takano tərəfindən Mujika Makīna; Rin Sawamura tərəfindən Sekai no Hate ni Umarete; Min Ishidate tərəfindən Tobichi no Jimu Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Masaya Fujita tərəfindən Funtai; Tatsushi Shimamoto tərəfindən Bus Stop no Shōsoku Xüsusi mükafatlar: Tetsuya Ueno tərəfindən Yōsorō 1983 ; Noboru Kihara tərəfindən Gakidō Sugoroku Soba Itohiki Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Ken Hazuki tərəfindən Island; Mitsuko Kido tərəfindən Aonekoya Xüsusi mükafatlar: Mitsufumi Asagure tərəfindən Dabusuton Kaidō ; Shunichi Hashimoto tərəfindən Kaiyū Opera Fune kara no Dasshutsu ; Masayuki Yagi tərəfindən Uchū Bōeigun Böyük mükafat: Kyōichi Imura tərəfindən Baisuboiru Book Üstünlük mükafatı: Shigeru Satō tərəfindən Kyōsō Kaiiki Xüsusi mükafatlar: Rin Sawamura tərəfindən Gonin Kazoku ; Ryōji Yokoyama tərəfindən Junkai no Senritsu ; Fumiko Hagiwara tərəfindən Nendaiki "Anoekumene Mercury" Böyük mükafat: Yō Yamanoguchi tərəfindən Organist Üstünlük mükafatı: Rin Sawamura tərəfindən Yan no Ita Shima ; Yūichi Suzumoto tərəfindən Aoneko no Machi Xüsusi mükafatlar: Toshiro Kuwabara tərəfindən Gizō Shuki Böyük mükafat: Haruaki Utsukibara tərəfindən Nobunaga Aruiha Taikanseru Androgynous Üstünlük mükafatı: Mori Seika tərəfindən BH85 Xüsusi mükafatlar: Tomomichi Nishiogi tərəfindən Crystal Memory ; Aoi Hitomi tərəfindən Jacob no Hashigo wo Kudari Kitaru Mono Böyük mükafat:yoxdur Üstünlük mükafatı: Naoko Saitō tərəfindən Kasō no Kishi Xüsusi mükafatlar: Michimichi Okuno tərəfindən Namida Hime ; Yui Matsunomiya a.k.a. Hiroshi Matsumiya tərəfindən Koiwarai ; Matsui Ōhama tərəfindən Bachigaina Kōgeihin Böyük mükafat: Chise Kasuya tərəfindən Taiyō to Shisha no Kiroku Üstünlük mükafatı: Megumi Hatakenaka tərəfindən Shabake Xüsusi mükafatlar: Jin Satō tərəfindən Undead Returners ; Osamu Koshigaya tərəfindən Apāto to Oni to Kisekae Ningyō Böyük mükafat: Ken Nishizaki tərəfindən Short Stories a.k.a. Sekai no Hate no Niwa Üstünlük mükafatı: Ayumi Oyama tərəfindən Kai Xüsusi mükafatlar: Keiichi Izumi tərəfindən Kigeki no Naka no Kigeki: Minami no Kuni no Shakespeare ; Humika Nakajima tərəfindən Amanouzume no Yūutsu Böyük mükafat: Tomihiko Morimi tərəfindən Taiyō no Tou / Pyrenees no Shiro a.k.a.
Yarasa (Yu Nesbö romanı)
Yarasa (norv. Flaggermusmannen) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ilk əsəridir. Başqa bir adı " Yarasanın uçuşu" adlanır. Norveç kral polis idarəsi zorlanmış, sonradan isə öldürülmüş keçmiş Norveç aktrisası İnqer Holterin təhqiqat işində Norveçi təmsil etmək üçün Harri Holeni Avstraliyaya ezam edir. Harri Avstraliyaya çatanda ilk tanış olduğu şəxs, Avstraliya aborigeni olan, Sidney polis idarəsindən ölüm işinin təhqiqatı tapşırılan və onun nominal tərəfdaşı olacaq Endryu Kensinqton olur. Holterin cəsədinin sahildə qayaya çırpılıb dağılmış şəkildə tapıldığını və bütün izlərin və sübutların yuyulduğunu Harriyə xəbər verirlər. İlk olaraq onun heyranı olan Evans Uaytdan şüpələnildi. Evans 1970-ci ildə boşanmış anası ilə Avstraliyaya imiqrant olaraq gəlib, indi isə Nimbin şəhərində narkotik alveri ilə məşğul olur. Harri Evans ilə tanış olan kimi onun cinayətdə əlinin olduğuna əmin olur. Harri və Endryu əvvəllər İnqer Holterin barmen işlədiyi paba baş çəkirlər.
Cəhənnəm (Den Braun romanı)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Şimal və cənub (Qaskell romanı)
Şimal Və Cənub (North and South) — Məşhur ingilis yazıçı Elizabet Qaskell tərəfindən qələmə alınmış roman. 'Şimal Və Cənub' əsəri, ilk dəfə 1854-cü ildə, Household Words adlı ədəbiyyat jurnalında hissə-hissə olaraq yayımlanmışdır. Müəllif, romanı 22 hissə olaraq yazmağı planlasa da, nəşriyyatın həftəlik tələbindən dolayı, sadəcə 20-ci hissədə yekunlaşdırmağa məcbur qalmışdır. Mrs. Qaskellin istəyindən fərqli olaraq, vaxt məhdudiyyəti səbəbilə, əsərdə hadisələr ixtisarla və tezləşdirilərək nəql edilmişdir. Daha sonra, məşhur yazıçı Çarlz Dikkens, müəllifin də icazəsi ilə əsər üzərində bəzi düzəlişlər etmiş və 1855-ci ildə, şəxsi nəşriyyatında iki cild olaraq yayımlatmışdır. Kitabın ön səhifəsində bu düzəlişlə bağlı açıqlama verilib. Roman, bəzi hissələrin əlavə olunub, redekte edilməsilə daha normal bir axara qovuşsa da, buna baxmayaraq, hələ də kitabda bu tələsgənliyin izlərini görmək mümkündür. Belə ki, müəllif, daha təfərruatlı bir final yazmağı qərarlaşdırdığı üçün, əvvəlki hissələrdə mövzular uzadılıb. Lakin məhz bitiş hissəsində ani bir kəsilməni müşahidə etmək olur.
Hərb və Sülh romanındakı obrazların siyahısı
Aşağıdakı siyahıda Lev Tolstoyun «Hərb və Sülh» romanındakı obrazların siyahısı təqdim edilmişdir. Siyahı əsas, ikinci dərəəli və epizodik obrazların ayrıca qeyd edilməsi şəklində hazırlanmışdır. Rahat olması üçün siyahı kateqoriyalara bölünmüş, kateqoriyalar tərkibində isə adla əlifba sırası ilə düzülmüşdür. Kateqoriyalar tarixilik əsasında yox, obrazların romandakı mövqeyinə görə müəyyən edilmişdir. Hər obrazın qarşısında, onun romanda ilk dəfə göründüyü səhifə qeyd edilmişdir. İlk rəqəm (rum rəqəmi) kitabın cildini (E həri isə Epiloqu), ikinci rəqəm (ərəb rəqəmi) cilddəki hissəni, üçüncü rəqəm (rum rəqəmi) isə fəsli bildirir. Adların bəzisinin qarşısında olan Y işarəsi isə həmin obrazın tarixi şəxsiyyət olduğunu bildirir. == Əsas obrazlar — rus zadəgan ailələrinin təmsilçiləri == === Rostovlar === Rostov Andrey (Andryuşa) Nikolayeviç , Nikolay Rostovun oğlu. E, 1, IX Rostov İlya Andreyeviç, qraf. I, 1, X Rostov Nikolay İliç.
Romanın yağmalanması (846)
Romanın yağmalanması — 846-cı ildə saratinlərin Roma şəhərinə hücum etməsi və onu yağmalaması. 820-ci illərdə orta əsr italyanları tərəfindən saratinlər kimi tanınan ərəblər Siciliyanı fəth etməyə başlamışdılar. 842-ci ildə ərəb qoşunları Ponsanı tutmağa çalışmışdılar, lakin Neapol və Qaetanın birləşmiş donanması tərəfindən məğlub edilmişdir. Buna baxmayaraq, həmin il ərəblər Siciliyada Messinanı ələ keçirmişdilər. Təxminən eyni vaxtda vətəndaş müharibəsində düşmən olan I Beneventolu Radelxiz və Salernolu Sikonulf Kampaniyada döyüşmək üçün saratin muzdlularını cəlb etmişdilər. Kampaniyadan ərəblərin böyük bir dəstəsi gəmi ilə Porto və Ostiaya getmiş, 846-cı ildə orada quruya enmişdilər. Roma milisləri Roma divarlarının təhlükəsizliyinin arxasına sürətlə geri çəkilərkən saratinlər ilə vurmuşdular. Saratin basqınçıları şəhərdə nəhəng xəzinələrin varlığından xəbərdar idilər. Müqəddəs Pyotr kimi bəzi böyük bazilikalar Avrelian divarlarından kənarda idi və beləliklə, onlar üçün asan hədəf olmuşdu. Onlar zəngin liturgiya qabları və yeni toplanmış relikviyadan ibarət daş-qaşlı relikvari ilə dolu idi.

"romanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#romanı nədir? #romanı sözünün mənası #romanı nə deməkdir? #romanı sözünün izahı #romanı sözünün yazılışı #romanı necə yazılır? #romanı sözünün düzgün yazılışı #romanı leksik mənası #romanı sözünün sinonimi #romanı sözünün yaxın mənalı sözlər #romanı sözünün əks mənası #romanı sözünün etimologiyası #romanı sözünün orfoqrafiyası #romanı rusca #romanı inglisça #romanı fransızca #romanı sözünün istifadəsi #sözlük