Süleymanı sözü azərbaycan dilində

Süleymanı

Yazılış

  • Süleymanı • 97.9592%
  • süleymanı • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mehrimah Sultan (I Süleymanın qızı)
Mehrimah Sultan (təq. 1522, Konstantinopol, Osmanlı imperiyası – 25 yanvar 1578, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleymanın qızı. == Həyatı == Doğum tarixi tam olaraq bilinməsə də, 21 mart 1522-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Anasının nəzarətində mükəmməl saray təlim-tərbiyəsi alan Mehrimah Sultan, Qanuni Sultan Süleymanın yetkinlik yaşına çatan yeganə qızı olması səbəbilə atası tərəfindən çox sevilirdi. Səlis nitq qabiliyyəti və gözəl əl yazısı vardı. Bu səbəblə, həddi-büluğa çatar-çatmaz saraya yaxınlığı ilə tanınan Diyarbəkir bəylərbəyi Rüstəm Paşayla nikahlandı. 26 noyabr 1539-cu ildə başlayan və bir neçə həftə davam edən Şahzadə Bəyazid və Şahzadə Cahangirin sünnət mərasimi əsnasında, 4 dekabr günü cütlük Atmeydanındakı İbrahim Paşa sarayında nikahlandı. Bundan sonrakı illərdə anası Xürrəm Sultanla birlikdə ərinin siyasi yüksəlişi uğrunda çalışan Mehrimah Sultan dövlət məsələləriylə yaxından maraqlandı. Rüstəm Paşanın 2 dekabr 1544-cü ildə sədarətə yüksəlişiylə bu ittifaq daha da gücləndi və Şahzadə Bəyazidin taxt varisi olması yolunda fəaliyyətə başladı.
Mihrimah Sultan (I Süleymanın qızı)
Mehrimah Sultan (təq. 1522, Konstantinopol, Osmanlı imperiyası – 25 yanvar 1578, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleymanın qızı. Doğum tarixi tam olaraq bilinməsə də, 21 mart 1522-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Anasının nəzarətində mükəmməl saray təlim-tərbiyəsi alan Mehrimah Sultan, Qanuni Sultan Süleymanın yetkinlik yaşına çatan yeganə qızı olması səbəbilə atası tərəfindən çox sevilirdi. Səlis nitq qabiliyyəti və gözəl əl yazısı vardı. Bu səbəblə, həddi-büluğa çatar-çatmaz saraya yaxınlığı ilə tanınan Diyarbəkir bəylərbəyi Rüstəm Paşayla nikahlandı. 26 noyabr 1539-cu ildə başlayan və bir neçə həftə davam edən Şahzadə Bəyazid və Şahzadə Cahangirin sünnət mərasimi əsnasında, 4 dekabr günü cütlük Atmeydanındakı İbrahim Paşa sarayında nikahlandı. Bundan sonrakı illərdə anası Xürrəm Sultanla birlikdə ərinin siyasi yüksəlişi uğrunda çalışan Mehrimah Sultan dövlət məsələləriylə yaxından maraqlandı. Rüstəm Paşanın 2 dekabr 1544-cü ildə sədarətə yüksəlişiylə bu ittifaq daha da gücləndi və Şahzadə Bəyazidin taxt varisi olması yolunda fəaliyyətə başladı.
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü (1554–1555)
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü — əsası hələ Sultan Səlimlə Şah İsmayıl dövründə qoyulan müharibənin ardı mahiyyətində olan yürüşdür. 1532-ci ildən yenidən aktiv şəkildə başlayan müharibədə son mərhələni təşkil etməklə, 1554-cü ilin iyun ayında başlamış və 1555-ci ilin may ayına qədər davam etmişdir. Yürüş Səfəvi ordusunun 1550–1552-ci illəri əhatə edən Anadolu yürüşünə cavab mahiyyətində olmuşdur. 1550–1552-ci illə yürüşü zamanı qələbə qazanan Səfəvi ordusu Van və Ərzurumu ələ keçirib dağıtmışdı. 1554-cü ilin iyul ayının sonlarında Osmanlı imperiyası Səfəvi imperiyasını döyüşə çağırdı və bunun ardınca İbn Kamalın fətvası yayımlandı. Yürüş müharibədəki Scherbergerə görə III, Oqtay Əfəndiyevə görə isə IV yürüş idi və şəxsən Sultan Süleyman özü komandanlıq edirdi. Onun köməkçisi Rumelinin canişini Sokollu Mehmed paşa idi. Süleymanın ordusuna Balkanlardan olan qüvvələr də daxil idi. Balkandan olan qüvvələr 1553–1554-cü ilin qışını Tokatda keçirdikdən sonra 1554-cü ilin iyununda Hələbdəki Suşehrində sultanın ordusuna qatıldı. Balkandan gəlmiş qüvvələr yürüşdə axıra qədər iştirak etdilər.
Şahzadə Bəyazid (I Süleymanın oğlu)
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nikahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur. Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür. 1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.
Şahzadə Cahangir (I Süleymanın oğlu)
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Şahzadə Mehmed (31 oktyabr 1521, Osmanlı imperiyası, Konstantinopol və ya Konstantinopol – 7 noyabr 1543 və ya 6 noyabr 1543, Konstantinopol) — I Süleymanın Xürrəm Sultandan doğulan və Manisa sancaqbəyi olan oğlu. Şahzadə Mehmed 1521-ci ildə Köhnə Sarayda dünyaya gəlmiş, uşaqlıq illərinin bir hissəsini məhz burada keçirmişdir. Elmə və incəsənətə meyilli, fiziki olaraq cılız bir şahzadə olan Mehmedin təhsilinə istər saray əhli, istərsə də atası I Süleyman diqqət yetirmişdir. Atası Sultan Süleymanın Avstriya səfərinin ardından qardaşları Şahzadə Mustafa və Şahzadə Səlimlə birlikdə mğhtəşəm bir mərasimlə sünnət edilmişdir. 27 iyun 1530 tarixində başlayan mərasim 3 həftə boyunca davam etmişdir. 1540-cı ildə böyük qardaşı Şahzadə Mustafanın Manisadan alınaraq Amasiyaya göndərilməsinin ardından Şahzadə Mehmed Manisa sancaqbəyi olaraq təyin olundu. İki il boyunca bu vəzifədə qalan Şahzadə Mehmedin bu vəzifəyə gəlməsində anası Xürrəm Sultanın da təsiri olmuşdur. Şahzadə Mehmedin 6 noyabr 1543 tarixində baş verən ölümü haqqında müxtəlif fərziyyələr var. Bəzi tarixçilər onun o illərdə epidemiya olaraq yayılan çiçək xəstəliyindən vəfat etdiyini yazsalar da, bir qrup tədqiqatçı onun öz əcəliylə vəfat etdiyini qeyd edir. Şahzadə Mehmedin məzarı İstanbulda atasının əmrilə 1543–1548 tarixlərində inşa olunan Şahzadəbaşı məscidində yer alır.
Şahzadə Mustafa (I Süleymanın oğlu)
Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 1515 – 6 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir. Manisa, Amasya və Konya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur. Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir. Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir. Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır.
Şəhzadə Bəyazid (I Süleymanın oğlu)
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nikahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur. Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür. 1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.

"süleymanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#süleymanı nədir? #süleymanı sözünün mənası #süleymanı nə deməkdir? #süleymanı sözünün izahı #süleymanı sözünün yazılışı #süleymanı necə yazılır? #süleymanı sözünün düzgün yazılışı #süleymanı leksik mənası #süleymanı sözünün sinonimi #süleymanı sözünün yaxın mənalı sözlər #süleymanı sözünün əks mənası #süleymanı sözünün etimologiyası #süleymanı sözünün orfoqrafiyası #süleymanı rusca #süleymanı inglisça #süleymanı fransızca #süleymanı sözünün istifadəsi #sözlük