Səlimi sözü azərbaycan dilində

Səlimi

Yazılış

  • Səlimi • 98.4127%
  • SƏLİMİ • 1.5873%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əli Səlimi
Əli Səlimi (علي سليمي) - azərbaycanlı bəstəkar, "Ayrılıq" və "Sizə salam gətirmişəm" kimi məşhur mahnıların bəstəçisi, Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü. == Həyatı == Əli Səlimi 1922-ci ildə Bakı şəhərində Kubinka məhləsində dünyaya göz açıb.Bakinin Pirşagi kəndindəndir.Atasi Ərdəbil şəhərindən Bakıya köçmüşlər - atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən idi, anası Məşədi Cəvahir isə bakılı Pirşagili idi. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. 1930-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən Adil Axundzadə – Tehran radiosunun solisti və tanınmış xanəndə Mustafa Payan – Tehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında Ərdəbilə köçməli oldular. == "Sizə salam gətirmişəm" və "Ayrılıq" == 1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir.
Beyhan Sultan (I Səlimin qızı)
Beyhan Sultan (d. 1497 - ö. 1559) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Beyhan Sultan 1497-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Beyhan Sultan 1509-cu ildə anası və digər azyaşlı bacılarıyla birlikdə, Kəfə sancaqbəyi təyin edilən qardaşı Şahzadə Süleymanın yanına - Krıma yollandı. Atasının taxta çıxmasının ardından İstanbula çağırıldılar və 1513-cü ilin aprelində atası digər bütün rəqiblərini aradan qaldıraraq İstanbula qayıtdı. Gəldikdən dərhal sonra Şahzadə Süleyman Manisa sancaqbəyliyi ilə paytaxtdan göndərildi. Beyhan Sultan isə atasının istəyilə yeniçəri ağası Fərhad ağayla nigahlanaraq İstanbulda qaldı. Toy mərasiminin ardından Fərhad Paşa 1516-cı ildə Rumeli bəylərbəyi təyin edildi və bu ünvanla Yavuz Sultan Səlimin bir çox səfərlərinə qatıldı.
Fatma Sultan (II Səlimin qızı)
Fatma Sultan (1559, Manisa – oktyabr 1580, İstanbul) (Osmanlı türkcəsi: فاطمة سلطان) - II. Səlimin və Nurbanu Sultandan doğulan qızıdır. Manisada atası II. Səlimin şahzadəliyi dönəmində dünyaya gəlmişdir. 1574-cü ildə Osmanlı Sədrəzəmi Kanijalı Siyavuş Paşa ilə evlənmişdir. 1580-ci ildə bir qız uşağı dünyaya gətirmiş, ancaq çox keçmədən əvvəlcə qız uşağı, daha sonra isə Fatma Sultan özü vəfat etmişdir. Məzarı atası Sultan Səlimin türbəsindədir. == Övladları == Sultanzadə Sinan bəy (d. 1575 - ö. 1599) Sultanzadə Mustafa Paşa (ö. 1623) bir qız uşağı (d.
Fatma Sultan (I Səlimin qızı)
Fatma Sultan (d. 1499 - ö. 1573) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Fatma Sultan 1499-cu ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. 10 yaşınadək ailəsiylə birlikdə Trabzon sarayında qalan Fatma Sultan, daha sonra qardaşının təyin olunduğu Kəfə və Manisa sancaqbəyliyində anası və digər azyaşlı bacılarıyla birlikdə yaşamağa başladı. Bu əsnada atası Şahzadə Səlim qardaşlarıyla olan mübarizədə qalib gələrək taxtı ələ keçirmişdi. Fatma Sultan 1516-cı ildə atasının istəyilə keçmiş Bosniya bəylərbəyi İsgəndər Paşanın oğlu Antakya sancaqbəyi Mustafa Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan Sultanzadə Osmanşah bəy adlı oğlu olduğu bilinir. Ancaq cütlüyün evliliyi xoşbəxt deyildi.
Gövhərxan Sultan (II Səlimin qızı)
Gövhərxan Sultan (d. 1544, Bursa - ö. 1622, İstanbul) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Gövhərxan Sultan 1544-cü ildə Bursada dünyaya gəlmişdir. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Əsməhan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi: Sultanzadə Mustafa bəy (ö.
Səlimiyyə məscidi
Səlimiyyə məscidi — Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Sinanın 90 yaşında inşa etdiyi və "ustalıq əsərim" adlandırdığı Səlimiyə Məscidi istər Memar Sinanın, istərsə də Osmanlı memarlığının ən əhəmiyyətli əsərlərindən biridir. Məscidin qapısındakı kitabəyə görə inşasına hicri təqvimlə 976-cı ildə (miladi təqvimlə 1568-ci) başlanmışdır. Məscidin 27 noyabr 1574-cü il cümə günü açılması planlaşdırılsa da, ancaq II Səlimin ölümündən sonra 14 mart 1575-ci ildə ibadətə açılmışdır. Bu gün şəhərin mərkəzində yerləşən məscidin olduğu yerdə inşasına Sultan I Muradın dövründə başlanan, sonradan İldırım Bəyazidin davam etdirdiyi Ədirnənin ilk sarayı (Saray-i Cəld) və Baltacı Gözətçiləri Qışlası yerləşirdi. Övliya Çələbi bu yerdən Qovaq Meydanı deyə bəhs etmişdir. Məscid açıq havalarda Rodop dağlarından və Uzunkörpünün Süleymaniyə kəndindən görünür. 2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi müvəqqəti namizəd siyahısına daxil edilən Səlimiyyə məscidi və kompleksi 2011-ci ildə Ümumdünya irsinə salındı. == Tarixi == === Ədirnə seçilməsinin səbəbi === Səlimin məscidin inşa edilməsi üçün niyə Ədirnəni seçdiyi qəti olaraq bilinmir. Övliya Çələbi "Səyahətnamə" adlı əsərində padşahın yuxusunda Məhəmməd peyğəmbəri gördüyünü və onun özündən Kiprin fəthi xatirəsinə bir məscid tikdirməsini istədiyini yazmışdır.
Səlimiyyə məscidi (Leja)
Səlimiyyə məscidi (alb. Xhamia e Selimijës) və yaxud Müqəddəs Nikolay kilsəsi (alb. Kisha e Shën Kollit) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili. Osmanlılar tərəfindən məscid kimi yenidən qurulmuş keçmiş kilsədir. Onun xarabalıqları tavanla qapadılmış və yenidən milli qəhrəmanı İskəndər bəy memorialı kimi bərpa edilmişdir. == Tarixi == 1459-cu ildə XIV əsrə aid əvvəlki binanın yerində Müqəddəs Nikolay kilsəsi inşa edilmişdi. Həmin kilsə Leja şəhərinin əsas kilsəsi hesab olunur və qala təpəsinin altında, Drin çayının yaxınlığında yerləşirdi. Tikilinin ölçüsü təxminən 18-in 8 metrə təşkil edirdi. Birnefli qotik üslubda olan tikili şərq tərəfdən yarımqövs çıxıntıya malik idi. Şimal və cənub divarlarında kiçik pəncərələr, qərb fasadında isə qapı və bir dairəvi pəncərə var idi.
Səlimiyyə təkyəsi
Səlimiyyə təkyəsi (ərəb. التكيّة السليميّة‎ ət-təkiyyə s-səlimiyyə) — I Səlimin tərəfindən 1518-ci ildə Dəməşqdə inşa etdirilən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Səlimiyyə təkyəsi məscid və imarətdən ibarətdir. Məscid İbn Ərəbi türbəsinin yerində inşa edilmişdir. Səlimiyyə təkyəsi Süleymaniyyə təkyəsindən daha qədimdir.
Səlimiyə
Səlimiyə — Muğla ilinin Marmaris ilçəsində məhəllə. Dəniz kənarında, Marmaris şəhər mərkəzindən təxminən 35 km məsafədədir. Əhalisi balıqçılıqla dolanır. Türkiyənin aparıcı marinalarından biri olan Sığlıman körfəzi də Səlimiyədə yerləşir.
Səlimiyə məscidi
Səlimiyə məscidi (yun. Τέμενος Σελιμιγιέ Témenos Selimigié; türk. Selimiye Camii), tarixən Müqəddəs Sofiya kafedralı və ya Aya Sofya məscidi (türk. Ayasofya Camii) ― Şimali Nikosiyada yerləşən məscidə çevrilmiş keçmiş xristian kafedralı. Tarixən şəhərin əsas məscidi olmuşdur. Səlimiyə məscidi Bizans dövrünə aid olduğu ehtimal edilən və əvvəllər Kiprdə mövcud olan ən böyük və ən qədim qotik kilsəsinin yerində inşa edilmişdir. Məscid ümumilikdə 2500 nəfərin ibadəti üçün nəzərdə tutulmuş 1750 m²-lik sahəyə malikdir. Tikili Lefkoşada mövcud olan ən böyük tarixi binadır və mənbələrə görə "İslamın yüksəlişi ilə Osmanlı dövrünün sonları arasındakı minillikdə Şərqi Aralıq dənizində inşa edilmiş ən böyük kilsə ola bilər". Bura həm də Kipr kralları üçün tacqoyma kilsəsi idi. == Tarix == === Əvvəllər Bizans kilsəsi === Kafedralın adı Yunan dilində "müqəddəs müdriklik" mənasını verən Aya Sofiya ifadəsindən götürülmüşdür.
Xədicə Sultan (I Səlimin qızı)
Xədicə Sultan (1495, Trabzon — 1543-dən sonra, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Xədicə Sultan 1495-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Xədicə Sultan atasının istəyilə 1509-cu ildə Əyriboz sancaqbəyi İsgəndər Paşayla nikahlandı. Ancaq Amasiyadakı yeniçəri ayaqlanmasında rolu olduğunu düşündüyü İsgəndər Paşanı 18 avqust 1516-cı ildə edam etdirdi. Beləcə, Xədicə Sultan hələ 21 yaşında ikən dul qaldı. İlk evliliyindən Mehmed, Süleyman, Əli, Qara Osmanşah və Nəfisə xanım Sultan adlı 5 övladı dünyaya gəlsə də, bunlardan yalnız osmanşah bəy haqqında məlumat var. Belə ki, dayısı Sultan Süleymanın taxta çıxmasının ardından Moreya, İnəbaxdı və Tesseliya sancaqbəylikləri ona verilmiş və ölümünədək bu bölgələrini idarə etmişdir. 1520-ci ildə atasının vəfatının ardından yeganə qardaşı Şahzadə Süleyman taxta çıxdı. 1 iyun 1524-cü ildə qardaşının yaxın adamlarından sədrəzəm Parqalı İbrahim Paşayla nikahlandı.
Şah Sultan (II Səlimin qızı)
Şahıhuban Sultan və ya Şah Sultan (d. 1544 - ö. sentyabr 1580) — Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Şah Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Əsməhan və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı. Mərasimin ardından bacıları kimi İstanbulda qalan Şah Sultana İbrahim Paşa sarayı təsis edildi. 1566-cı ildə babasının vəfatıyla atası və digər ailə üzvləri İstanbula gəldi.
Şah Sultan (I Səlimin qızı)
Şah Sultan və ya Şahı-Huban (1507, Manisa – 1572, İstanbul) — I Səlim və Ayşə Hafsa Sultan qızı, Qanuni Sultan Süleymanın bacısıdır. Uşaqlığını böyük qardaşı Süleyman ilə birlikdə Manisada keçirmişdir. == Həyatı == Şah Sultan sonradan 1539-cu ildə sədrəzəmlik vəzifəsinə gələn Lütfi Paşa ilə 1523-cü ildə evlənmişdir. Əri Lütfi Paşanın çox sərt və qatı ürəkli bir adam olduğu ifadə edilməkdədir. Yola getmədikləri üçün 1541-ci ildə boşanmış nəticədə əri sədrəzəmlik vəzifəsini itirmişdir. 19 il davam edən bu evlilikdən Əsməhan Baharnaz Sultan və Nəslihan Sultan adında iki qız uşaqları dünyaya gəlmişdir. == Dinə bağlılığı və vəfatı == Şah Sultanın Sümbüli təriqətinə mənsub olduğu və Qoca Mustafa Paşa Sümbüliyə zaviyəsinin Şeyxi Mərkəz Musa Müslihiddin Əl-Gərmiyaniyə mənsub olduğu məlumdur. Kimi qaynaqlarda da onun həm Mövləvi, həm də Mərkəz Əfəndinin müridəsi olduğu deyilməkdədir. 1572-ci ildə vəfat etmişdir. 1556-cı ildə Memar Sinan tərəfindən tikilən Şah Sultan Məscidi onun adına tikilən əhəmiyyətli əsərlərdən biridir.
Ayşə Sultan (II Səlimin qızı)
Ayşe Sultan (Osmanlı türkcəsi: عائشه سلطان ; 1548, Manisa) — II Səlimin qızı. Onun haqqında çox az məlumat var. Bir neçə mənbə onun varlığını göstərir. Bir mənbə onun Qılınc Əli Paşa ilə evliliyini qeyd edir. Öləndə Aya Sofiyada atasının yanında dəfn edildi.
Səlimiyyə
Səlimiyyə (Armudlu) — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. Səlimiyyə təkyəsi — I Səlimin tərəfindən 1518-ci ildə Dəməşqdə inşa etdirilən təkyə. Səlimiyyə məscidi — Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Səlimiyyə məscidi (Leja) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili.
Səlimiyyə (Armudlu)
Səlimiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. == Tarixi == 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Məcidiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd 1911-ci ildən eyni addadır. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında Səlimiyyə (سلیمیە) kimi qeyd olunur. 1935-ci il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndi Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 335 nəfərdən ibarət idi. 1950-ci il ümumi siyahıyaalınmasında kənd "Səlimiyyə (Soyuqsu)" olaraq qeyd edilmişdir.

"səlimi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səlimi nədir? #səlimi sözünün mənası #səlimi nə deməkdir? #səlimi sözünün izahı #səlimi sözünün yazılışı #səlimi necə yazılır? #səlimi sözünün düzgün yazılışı #səlimi leksik mənası #səlimi sözünün sinonimi #səlimi sözünün yaxın mənalı sözlər #səlimi sözünün əks mənası #səlimi sözünün etimologiyası #səlimi sözünün orfoqrafiyası #səlimi rusca #səlimi inglisça #səlimi fransızca #səlimi sözünün istifadəsi #sözlük