Sadıqcan sözü azərbaycan dilində

Sadıqcan

Yazılış

  • Sadıqcan • 98.8235%
  • sadıqcan • 1.1765%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sadıqcan
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Sadıqcanın evi
Sadıqcanın evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Sadıqcan təxəllüslü — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqın yaşadığı ev. İmarət tarzən Sadıqcanın nəvəsi Sadıqov Rəhim adına qeydiyyatdadır. Mirzə Əsəd oğlu Sadıqın evi Şuşa şəhərində Merdinli məhəlləsində, hal-hazırda onun adını daşıyan Sadıqcan, 40 ünvanında yerləşir. Bina XIX əsrin memarlıq abidəsidir. Sadıqcan təxəllüslü Mirzə Əsəd oğlu Sadıq musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkardır. Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Musiqiçinin doğulduğu ev bir mərtəbəli idi və iki otaqdan ibarət idi.

sadıqcan sözünün leksik mənası və izahı

Oxşar sözlər

#sadıqcan nədir? #sadıqcan sözünün mənası #sadıqcan nə deməkdir? #sadıqcan sözünün izahı #sadıqcan sözünün yazılışı #sadıqcan necə yazılır? #sadıqcan sözünün düzgün yazılışı #sadıqcan leksik mənası #sadıqcan sözünün sinonimi #sadıqcan sözünün yaxın mənalı sözlər #sadıqcan sözünün əks mənası #sadıqcan sözünün etimologiyası #sadıqcan sözünün orfoqrafiyası #sadıqcan rusca #sadıqcan inglisça #sadıqcan fransızca #sadıqcan sözünün istifadəsi #sözlük