Sahibə sözü azərbaycan dilində

Sahibə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sahibə • 96.3320%
  • sahibə • 3.4846%
  • SAHİBƏ • 0.1834%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sahibə Qafarova
Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan Respublikasının Milli Məclisinin Sədridir (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, filologiya elmləri doktoru, professordur. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
Ay sərt sahibədir
Ay sərt sahibədir (ing. The Moon Is a Harsh Mistress) — ABŞ yazıçısı Robert Haynlaynın fantastika romanı. İlk dəfə 1965-ci ilin dekabrı və 1966-cı ilin aprelində "IF" jurnalında dərc olunmuşdur. 1967-ci ildə "Ən yaxşı romana görə Hüqo mükafatına" layiq görülmüşdür. == Süjet == "Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir. Eyni zamanda su faydalı qazıntı kimi ayrıca mədən sənayesidir. Xərclər dayanmadan artır.
Böyük evin kiçik sahibəsi
Böyük evin kiçik sahibəsi (ing. The Little Lady of the Big House) — Cek Londonun 1915-ci ildə yazdığı roman. Roman öz dövründə çoxlu tənqidə məruz qalır. ing. Clarice Stasz yazırdı ki, həqiqətə uyğun gəlməyən, 1915-ci il mənəviyyatı üçün çox erotik və açıq-saçıq görünən bu əsər viktorian təvazükarlığı və sentimentallığı qarşısında çox acizdir. Bu əsər romantik ədəbiyyatın tipik "məhəbbət üçbucağı" mövzusunda yazılmışdır. Bölüşülməmiş eşq, qısqanclıq, "poliamoriya" — eşqə, məhəbbətə olan etik nəzərlər romanın əsas qayəsini təşkil edir. Əsərdə Cek Londonun böyük nasirliyi, gözəl təsvir etmə ustalığına malik olması, yaşadığı dövrdə dünyada baş verən mühüm hadisələr, elmi-tərəqqi və təsərrüfat işləri haqqında dərin biliklərə yiyələnməsi bir daha təsdiqlənməkdədir. Beləki romanda bütün hadisələr, personajların xarakter və görkəmləri, təbi mənzərələr, təsərrüfat işləri böyük bir ustalıqla incəliklərinə qədər təsvir edilir. Tənqidçilər isə romanı "başdan ayağa qədər seks" ədəbsizlik kimi qiymətləndirərək onu "erotomaniya" adlandırırdılar.
Sahibəz-Zaman məscidi
Sahibəz-Zaman məscidi - Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi. == Tarixi == Buzovna qəsəbəsində 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum Axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə bir çox gənc tələbələr yetişdirilmişdir. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır. Hal-hazırda dini tədbirlər bu məsciddə keçirilir. Məscid "T" hərfi formasında inşa edilib. İç sahəsi 100 m²-dir. Yerden tavanadək olan hündürlüyü 3.77-3.79 metr arası dəyişir. Yerden günbəzədək hündürlüyü isə 7.65 metrdir.
İmam Sahibəzzaman
İmam Mehdi (təq. 868, Səmərra, Abbasilər – bilinmir) — On ikinci imam. == Həyatı == Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H.Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.72 dəfə / 1 mln.
2003 •• 3.94
2004 0.67
2005 1.35
2006 1.13
2007 1.27
2008 0.73
2009 0.32
2010 2.45
2011 •• 2.57
2012 •• 4.22
2013 •• 4.08
2014 •• 3.09
2015 ••• 5.61
2016 •• 3.64
2017 •••••••••••••••••••• 50.24
2018 ••• 5.99
2019 ••• 6.54
2020 ••••••••••••• 31.83

sahibə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Qadın sahib. [Qəhrəman:] Qarşımda kişi libası geymiş ev sahibəsi uzanmışdı. H.Nəzərli. Qadın içəridə ev sahibəsi əvəzinə Tahiri görəndə donub qaldı. M.Hüseyn. Gülü xanım ev sahibəsinin zəhmətə düşməyini istəməsə də, Əlikrama iştaha gəldi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / sahibə

sahibə sözünün rus dilinə tərcüməsi

sahibə sözünün inglis dilinə tərcüməsi

sahibə sözünün ləzgi dilinə tərcüməsi

sahibə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

yiyə; yoldaş, dost; qoruyan, arxa duran.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"sahibə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sahibə nədir? #sahibə sözünün mənası #sahibə nə deməkdir? #sahibə sözünün izahı #sahibə sözünün yazılışı #sahibə necə yazılır? #sahibə sözünün düzgün yazılışı #sahibə leksik mənası #sahibə sözünün sinonimi #sahibə sözünün yaxın mənalı sözlər #sahibə sözünün əks mənası #sahibə sözünün etimologiyası #sahibə sözünün orfoqrafiyası #sahibə rusca #sahibə inglisça #sahibə fransızca #sahibə sözünün istifadəsi #sözlük