Samani sözü azərbaycan dilində

Samani

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Samani • 76.4706%
  • samani • 23.5294%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Samani
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
II Əbdülməlik (Samani)
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. == Həyatı == II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar. Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. == Ədəbiyyat == C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs.
II Əbdülməlik Samani

I Nəsr (Samani)
I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar. == Həyatı == I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi. == I Nəsr və Rudəki == Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…" Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi.
I İsmayıl Samani
Əbu İbrahim İsmayıl ibn Əhməd Samani (fars. ابو ابراهیم اسماعیل بن احمد سامانی‎, tac. Абу Иброҳим Исмоил ибни Аҳмади Сомонӣ, aprel 849, Fərqanə — 24 noyabr, 907) — Samanilərdən tanınmış əmir. == Həyatı == Abbasi xəlifəsi Məmun (hökmdarlığı 813-833) dönəmində Fərqanə valilisi olan Əhməd bin Əsədin kiçik oğluydu. Atasının yerinə keçən böyük qardaşı Nəsr bin Əhməd tərəfindən Buxara valiliyinə gətirildi. Bölgədəki qarışıqlıqları aradan götürdükdən sonra, bağlı olduqları Tahirilərin zəifliyindən yararlanaraq müstəqil bir hökmdar kimi davranmağa başladı. Bir yandan da böyük qardaşı Nəsr bin Əhmədə qarşı mübarizəyə girişərək ona üstünlüyünü qəbul etdirməyə çalışdı. İki qardaş arasındaki mücadilənin səbəbini qaynaqlar aradaki fəsadçılara və Nəsrə ödənməsi gərəkən verginin verilməməsinə bağlasalar da, gerçək nədən böyük ehtimalla İsmayılin Buxara çəkisini artımağa çalışması və Nəsrin onu özünə rəqib olaraq görməsindən qaynaqlanmaqdadır. Nəsrin ölümündən (892) sonra da bütün Mavəraünnəhrə hökmdar oldu.
İsmayıl Samani türbəsi
İsmayıl Samani türbəsi — Orta Asiyada inşa edilən ilk türbə. Samanilər dövlətinin hökmdarı İsmayıl ibn Əhməd Samaninin türbəsidir. IX-XI əsrlərdə tikilmiş türbə dövrünün üstün memarlıq xüsusiyyətlərinə sahibdir və arxitekturasına görə bütün dünyada məşhurlaşmışdır. Burada I İsmayıl Samaninin atasıyla yanaşı, nəvəsinin də məzarının olduğu deyilsə də, 1927-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində bu ehtimal özünü doğrultmamış və burada iki qəbrin olduğu aşkara çıxmışdır. Türbə monqol hücumları zamanı çöldə meydana gələn fırtınalar nəticəsində qumun altında qalmış və beləcə, əsrlər boyu dağılmaqdan mühafizə olunmuşdur. İslam dünyasında inşa edilmiş ilk türbələrdən biri hesab olunan tikili bu günə qədər hər hansısa dəyişikliyə məruz qalmamışdır. İçərisində kərpicdən beşik formasında hörülmüş böyük məzar olan türbənin özü də dördbucaqlı formada, kərpicdən tikilmişdir. Tikilinin üstü kərpiclərlə hörülmüş qübbəylə örtülmüşdür. Qübbənin təpə nöqtəsindəki işıqlandırma fənərləri erkən Osmanlı dövrü məscidlərinin qübbələrindəki fənərlərə bənzəyir. Türbənin dörd tərəfində şiş tağları olan qapılar var.
Samanilər
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Samanilər dövləti
Samanilər dövləti, Samanilər İmperiyası, Samani əmirliyi və ya sadəcə olaraq Samanilər — 875–999-cu illərdə mövcud olmuş sünni Fars (Tacik) imperiyası. İmperatorluğun mərkəzi Xorasan və Transoxiana idi; ən böyük ölçüdə müasir Əfqanıstanı, İranın böyük hissələrini, Türkmənistanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Qazaxıstan və Pakistanın bir hissəsini əhatə edirdi. Mərkəzi Asiyada Ərəb xilafətinin hakimiyyətinə qarşı xalqların azadlıq mübarizəsi onu zəiflədirdi. Xilafətin ayrı-ayrı yerlərində müstəqil feodal dövlətlər yaranırdı. Bu dövlətlərdən biri də IX əsrin sonlarına yaxın Mərkəzi Asiyada yaranmış Samanilər dövləti idi. Paytaxtı Buxara şəhəri olan Samanilər dövlətinin əsasını iri feodal sülaləsi olan samanilər qoymuşdur. Bu sülalənin banisi iri torpaq sahibi olan Saman Xudat idi. O, İslam dinini qəbul etmişdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar. İlk vaxtlarda Samanilər Xorasan valiləri Tahirilərin vassalları idilər.
Samanilər sülaləsi
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Samanizadə Ömər Hulusi Əfəndi
Samanizadə Ömər Hulusi Əfəndi (1727, Konstantinopol – oktyabr 1812, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Kürəkəni Məkkəyizadə Asım Əfəndi də şeyxülislamlığa gətirilmişdir. 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. İstanbul qazısı Samanizadə Həsən Əfəndinin oğludur. Atasından və dövrün digər alimlərindən dərslər aldı, qabiliyyəti sayəsində təhsilini qısa zamanda tamamladı və 1749-cu ildə şeyxülislam Əbuishaqzadə Əsad Əfəndidən icazət alaraq müdərris olaraq fəaliyyətə başladı. Qısa müdərrislik xidmətinin ardından qazı olaraq təyin olundu. 1777-ci ildə təyin edildiyi İzmir qazılığında bir il xidmət etdi. 1783-cü ildə Misir qazısı, 1785-ci ilin sentyabrında Məkkə qazısı təyin olundu. 30 dekabr 1786-cı ildə mərasimlə İstanbula qayıtdı. 1790-cı ildə İstanbul qazılığına, 1794-cü ilin iyulunda Anadolu başqazılığına gətirildi.

samani sözünün leksik mənası və izahı

"samani" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#samani nədir? #samani sözünün mənası #samani nə deməkdir? #samani sözünün izahı #samani sözünün yazılışı #samani necə yazılır? #samani sözünün düzgün yazılışı #samani leksik mənası #samani sözünün sinonimi #samani sözünün yaxın mənalı sözlər #samani sözünün əks mənası #samani sözünün etimologiyası #samani sözünün orfoqrafiyası #samani rusca #samani inglisça #samani fransızca #samani sözünün istifadəsi #sözlük