Sarılar yaşayış yeri
Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 12400 metrdir. Araşdırmalar göstərir ki, yaşayış yerinin bir qismi indiki Şahbulaq kəndinin altında qalmışdır. Yaşayış binalarının yalnız dağılmış qalıntıları saxlanmışdır. Onların bünövrəsi daşdan, yuxarı qismi isə möhrədən tikilmişdir. Bəzi binaların yerində dördkünc formalı çalalar vardır. Araşdırmalar zamanı toplanan yerüstü materiallar əsasən çəhrayı, bəzən isə boz rəng- də bişirilmiş keramika məmulatından ibarətdir. Çəhrayı rəngdə bişirilmiş keramika məmulatının bir qismi cilalanmışdır. Onlar küpə, kasa, çölmək tipli qabların parçalarından ibarətdir. Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən demək olar ki, yaşayış yerində həyat uzun müddət davam etmişdir.