* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Savadı olmayan, yazıboxumaq bilməyən. İndi ölkəmizdə savadsız adam çətin tapılar. – [İkinci qadın:] …Savadsız qadınlar üçün savad kursları açıb tamam savadsız qadınları savadlandırarıq. Ə.Haqverdiyev. Xədicə savadsız bir qız idi. S.Hüseyn. 2. məc. Bacarıqsız, qabiliyyətsiz, biliksiz; naşı. [Hüsaməddin:] Mən qadınların ruhunu … öyrənmək işində çox savadsızam. M.S.Ordubadi. // Avam, cahil.
Azərbaycan dilinin izahlı lüğəti / savadsız3 SAVADSIZ Hər arvad evdarlığı bacarmaz, ələlxüsus savadsız və avam arvad (Çəmənzəminli); BİSAVAD Üçü də cavab verdilər ki, dəst-xətləri yoxdur, yəni bisavad adamdır (C.Məmmədquluzadə); ELMSİZ Elmsiz arvadın həmişə evi səliqəsiz olar, balaları tərbiyə tanımazlar.. (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / savadsız1 SAVADSIZ – BİLİKLİ Mən isə savadsız bir adamam (C.Əmirov); Şəxsən mən Əzizi təşəbbüskar, bilikli bir işçi kimi, yaxşı bir mütəxəssis kimi müdafiə edirəm (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / savadsız2 I прил. 1. неграмотный, безграмотный: 1) не умеющий читать и писать. Savadsız adam неграмотный человек 2) не знающий правил письма, делающий грубые ошибки. Savadsız şagird безграмотный ученик 3) не обладающий нужными знаниями, сведениями в какой-л. области. Savadsız işçi безграмотный работник 4) содержащий много грамматических и стилистических ошибок. Savadsız yazı işi безграмотная письменная работа 2. необразованный, невежественный, несведущий, темный II нареч. неграмотно, безграмотно. Savadsız yazmaq писать неграмотно III в знач. сущ. 1. неграмотный, неграмотная. Savadsızlar ölkəsi страна неграмотных 2. невежда, неуч
Azərbaycanca-rusca lüğət / savadsız1 I. s. illiterate; ungrammatical; (yazıda) full of gross spelling mistakes; ~ adam illiterate person II. z. illiterately; ungrammatically; (yazıda) with gross spelling mistakes; O savadsız yazır He writes ungrammatically, His spelling is bad
Azərbaycanca-ingiliscə lüğət / savadsız1 прил. 1. савадсуз, савадлу тушир, савад авачир, кӀелиз-кхьиз течир, кӀел-кхьин тийижир; 2. пер. алакьун авачир, билигсуз; наши; авам, буьндуьгуьр.
Azərbaycanca-ləzgicə lüğəti / savadsız