serveri sözü azərbaycan dilində

serveri

Yazılış

  • serveri • 91.3978%
  • Serveri • 8.6022%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ad serveri
Ad serveri (name server) - İnternetdə başqa kompüterlərin istifadə edə bilməsi üçün domen adlarını IP-ünvanlara çevirən kompüter. Ad serverlərində başqa serverlərin göstəricilərindən ibarət verilənlər bazası olur. Onlar bütün dünyaya səpələnib və mürəkkəb iyerarxik struktura malikdir. Ad serverləri üç qrupa bölünür: lokal, kök və səlahiyyətli ad serverləri. Lokal ad serverləri hər bir İnternet provayderində var. Sayı onlarca olan kök ad serverləri lokal ad serverlərinin emal edə bilmədiyi sorğuları emal edir. Səlahiyyətli ad serverində verilmiş host qeydiyyata alınıb. Etibarlılığı yüksəltmək üçün host təkcə lokal serverdə deyil, bir neçə səlahiyyətli serverdə də qeydiyyatdan keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi “görünən” disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Cirona – bilinmir) — katalan trubadur. == Həyatı == Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.34 dəfə / 1 mln.
2008 •••••• 0.24
2009 ••••••••••••••• 0.64
2010 ••••••••••••• 0.54
2011 •••••••••• 0.43
2012 •••••••••••••• 0.60
2013 •••••••••••••••••••• 0.88
2015 •••• 0.17
2017 •••••••••••• 0.49
2018 •••• 0.15
2020 ••••••••••••• 0.53

Oxşar sözlər

#serveri nədir? #serveri sözünün mənası #serveri nə deməkdir? #serveri sözünün izahı #serveri sözünün yazılışı #serveri necə yazılır? #serveri sözünün düzgün yazılışı #serveri leksik mənası #serveri sözünün sinonimi #serveri sözünün yaxın mənalı sözlər #serveri sözünün əks mənası #serveri sözünün etimologiyası #serveri sözünün orfoqrafiyası #serveri rusca #serveri inglisça #serveri fransızca #serveri sözünün istifadəsi #sözlük