silisium-karbid sözü azərbaycan dilində

silisium-karbid

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • silisium-karbid • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Silisium
Silisium — Kimyəvi elementlərin dövri cədvəlində 14-cü element. Yer kürəsində oksigendən sonra ən çox yayılmış ikinci elementdir (28%). Silisium tozu tez alışma xüsusiyyətinə malikdir. Elektronik cihazlar və şüşə istehsalında istifadə olunur. Bitkilərdə silisiumun miqdarı kütlə ilə 0,15% miqdarındadır. Bitkilərin gövdəsi nə qədər çox olur. Bitkilər silisiumu sudan götürür. İçməli və duzlu suda silikat turşusu və onun duzları şəklində 3mq/l-ə qədər silisium həll olur. Silisium birləşdirici toxumaların ümumi möhkəmliyinə kömək edir. Bitkilərin toxumalarına düşərək və orada çökərək silisium birləşmələri onların sərtliyini artırır və yuxarı böyümək qabiliyyətini yüksəldir.
Silisium Vadisi
Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar. Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo! İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 779 s.
Silisium karbidi
Karborund — süni silisium karbidi (SiC). Tərkibinə görə meteoritlərdəki muassanitə müvafiqdir. Kristalları rəngsiz, almaz parıltılı. İki modifikasiyada olur: 20000 C-yə qədər sabit olan kubik və daha yüksək temperaturda sabit olan heksaqonal. Sərtliyi 9,5, ərimə temperaturu 28300 C. Döyülmüş kvars və neft qazı koksundan və ya antrasitdən alınır. Qiymətli abrazivdir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Silisium turşusunun efirləri
Silisium turşusunun efirləri — sürtkü yağları və mayelər kimi işlədilən silisium üzvi birləşmələr içərisində o-silisium turşusu efirlərinin böyük əhəmiyyəti vardır. Bu birləşmələr silisium turşusu ilə müxtəlif spirtlərin təsirindən alınınr: Efir molekulunda bir və bir neçə alkoksiqrup üzvi radikallarla əvəz oluna bilər. Bu zaman silisium turşusunun R-mono-, R-Si-(ORı)3, di-R2-Si-(OR)2 və üçalkil törəməli R3-Si-ORı efirləri əmələ gəlir. Silisium turşusunun efirləri də polisiloksanlar kimi yaxşı temperatur — özlülük xassələri, aşağı donma temperaturu, zəif uçuculuq, oksidləşməyə qarşı yüksək davamlığı(2000C-yə qədər) ilə fərqlənir. Bu efirlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də alışmağa qarşı davamlı olmalarıdır. o-silisium turşusunun efirləri metalların əksəriyyətini korroziyadan qoruyur və orta yağlama xassəsinə malikdir. Yağlama xassəsini yaxşılaşdırmaq üçün onlara xlor, kükürd və fosfor aşqarları qatmaq lazımdır. Silisium turşusunun efirləri və onların əsasında alınmış yağlar suyun təsirinə qarşı o qədər də davamlı deyildir. Ortasilisium turşusunun efirləri geniş temperatur hədlərində işləyən yüksək konsistent yağların hazırlanmasında, hidrosistemlərdə yüksək temperaturlu mayelər və istilikdaşıyıcılar kimi tətbiq oluna bilər. Yağlar, sürtkülər və texniki mayelər.

Oxşar sözlər

#silisium-karbid nədir? #silisium-karbid sözünün mənası #silisium-karbid nə deməkdir? #silisium-karbid sözünün izahı #silisium-karbid sözünün yazılışı #silisium-karbid necə yazılır? #silisium-karbid sözünün düzgün yazılışı #silisium-karbid leksik mənası #silisium-karbid sözünün sinonimi #silisium-karbid sözünün yaxın mənalı sözlər #silisium-karbid sözünün əks mənası #silisium-karbid sözünün etimologiyası #silisium-karbid sözünün orfoqrafiyası #silisium-karbid rusca #silisium-karbid inglisça #silisium-karbid fransızca #silisium-karbid sözünün istifadəsi #sözlük