Sirlər sözü azərbaycan dilində

Sirlər

Yazılış

  • Sirlər • 70.5234%
  • sirlər • 28.9256%
  • SİRLƏR • 0.5510%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sirlər xəzinəsi
"Sirlər xəzinəsi" (fars. مخزن‌الاسرار‎ Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174–1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, Peyğəmbərdən söhbət açır, İslam dini ehkamları çərçivəsində onları tərifləyir.
Sirlər Xəzinəsi (1979)
Sənədli televiziya filmi Azərbaycanın əlyazmaları fondunda toplanılıb saxlanılan nadir əlyazmalardan danışır.
Sirlər Xəzinəsi (poema)

Sirlər xəzinəsi (dəqiqləşdirmə)
Sirlər xəzinəsi — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən yazılmış poema. Sirlər xəzinəsi — 1979-cu ildə çəkilmiş Azərbaycan filmi. Sirlər xəzinəsi — 2016-cı ildən ANS TVdə yayımlanan veriliş.
Sirlər xəzinəsi (film, 1979)
Sənədli televiziya filmi Azərbaycanın əlyazmaları fondunda toplanılıb saxlanılan nadir əlyazmalardan danışır.
Harri Potter və Sirlər Otağı
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) - Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” yarımqan və maql ("Slizerin"lilərin və Ölüm Yeyənlərin çirkliqan adlandırdığı insanlar) olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron Uizli və Hermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar. Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-də isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər. Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər.
Harri Potter və Sirlər Otağı (roman)

Harri Potter və Sirlər Otağı (film)
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) — 2002-ci ildə “Warner Bros. Pictures”in distribütorluğu, Kris Kolumbusun rejissorluğu ilə istehsal edilmiş fentezi filmidir. Film, Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından ikinci film olan “Sirlər Otağı”nın ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda keçirdiyi ikinci il, Salazar Slizerinin varisinin Sirlər otağının qapısını açmasından sonra qorxunc bədheybətin ortaya çıxması təsvir edilir. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uatson isə müvafiq olaraq Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandırmışlar. “Harri Potter və Fəlsəfə Daşı” filminin davamı olan “Sirlər Otağı” filmindəki hadisələr “Harri Potter və Azkaban Məhbusu” filmində davam etdirilmişdir. Film 15 noyabr 2002-ci ildə Birləşmiş Krallıq və Şimali Amerikada çıxarılmışdır. Tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış film, böyük maddi oğur da qazanaraq bütün dünyadan $879 milyon gəlir əldə etmiş, bütün zamanların ən çox gəlir gətirmiş filmləri sırasında 34-cü yerdə qərarlaşmış, Harri Potter filmlər seriyasında isə yeddinci ən çox gəlir gətirmiş film olmuşdur.
Harri Potter və Sirlər Otağı (film, 2002)

Harri Potter və Sirlər Otağı (film musiqisi)
"Harry Potter and the Chamber of Secrets original motion picture soundtrack" albomu 12 noyabr 2002-ci ildə satışa çıxarılmışdır. Baxmayaraq ki, film musiqisinin Con Vilyams tərəfindən yazılması və drijorluq ediləsi nəzərdə tutulmuşdur, Stiven Spilberqin "Tut məni, əgər bacarsan" filminin cədvəli ilə toqquşma yarandığından bəstəkar Uilyam Ross, Con Vilyamsın film musiqisini uyğunlaşdırmağı və musiqini ifa edən London Simfonik Orkestrına drijorluq etməyi öhdəsinə götürmüşdür. Film musiqisinə altı yeni musiqi mövzusu daxildir: "Feniks Favkis", "Sirlər otağı", "Zlatapust Lokans", Ev elfi Dobbi", "Hörümçəklər" və "Zırıltılı Mirtl". Çıxış dövründən etibarən albom kolleksiyaçılar üçün beş fərqli üz qabığı ilə təqdim edilmişdir. Hər bir üz qabığında fərqli obraz və ya Harri, Ron və Hermiona birlikdə müxtəlif pozalarda təqdim edilirdi. Film musiqisi 2003-cü ildə "Vizual media üçün ən yaxşı musiqi" nominasiyasında "Qremmi mükafatı"na namizəd göstərilmişdir. Albom "Billboard 200" hit-paradında 81-ci, "Top Soundtracks Chart"da isə 5-ci yerdə debüt etmişdir. Yaponiya ərazisindəki dükanlarda 100,000 nüsxədən çox satış göstəricisinə görə albom RIAJ tərəfindən qızıl sertifikata layiq görülmüşdür. Baxmayaraq ki, albomda yer almayıb, həmin il Con Vilyams tərəfindən yazılmış və "Sirlər Otağı" film musiqisi albomundan bir müddət əvvəl çıxarılmış "Ulduz müharibələri. Epizod II. Klonların hücumu" film musiqisindən "Zam the Assassin and the Chase Through Coruscant" adlı musiqi "Sirlər Otağı" filmində Qviddiç səhnəsində istifadə olunub.
300-lər Komitəsi: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
Ali-Muhəmmədin sirləri
Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab. == Haqqında == Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir. == Tərcümə və nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur. Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur.
Ayasofya sirləri (film, 2013)
Dəniz sirlərini açır (film, 1968)
== Məzmun == Bu Azərbaycan EA Zoologiya İnstitutu əməkdaşlarının — planktonun həyatını öyrənən hidrobioloqların, ixtioloqların xeyirxah əməyi haqqında hekayədir. Filmdə əsas diqqət nərə balığının artırılmasına yönəldilmişdir. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə Riqada "İnsan və dəniz" devizi altında keçirilən kinofestival. Film diplom almışdır.
Komitet 300: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
Dövlət sirləri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. === Dövlət sirri təşkil edən məlumatların siyahısı === Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Bizim sirlərimiz (film)
Bizim sirlərimiz və ya Hörmətlə (ing. Faithfully Yours) — rejissor Andre van Duren tərəfindən çəkilmiş 2022-ci il istehsalı olan Hollandiya triller filmidir. Film 100.000 bilet satdıqdan sonra Qızıl Film mükafatına layiq görülmüşdür. Filmdə baş rolları Braxa van Dozburq və Elis Şap ifa etmişdir. == Süjet xətti == Bir-birindən alib kimi istifadə edən iki rəfiqə qadın gizli işlərlə məşğul olmaq üçün qaçırlar — lakin onlardan biri itəndən sonra onların mürəkkəb yalan şəbəkələri üzə çıxır. == Rollarda == == Çəkilişlər == Filmin əsas çəkilişləri 2022-ci ilin aprel ayından etibarən başlamışdır. == Nümayiş == Film 22 dekabr 2022-ci ildə Hollandiya kinoteatrlarında, 17 may 2023-cü ildə isə Netflix platformasında nümayiş olunmuşdur. == Qəbulu == === Kassa gəliri === Bizim sirlərimiz filmi Hollandiyada 1,8 milyon dollar gəlir əldə etmişdir.

"sirlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sirlər nədir? #sirlər sözünün mənası #sirlər nə deməkdir? #sirlər sözünün izahı #sirlər sözünün yazılışı #sirlər necə yazılır? #sirlər sözünün düzgün yazılışı #sirlər leksik mənası #sirlər sözünün sinonimi #sirlər sözünün yaxın mənalı sözlər #sirlər sözünün əks mənası #sirlər sözünün etimologiyası #sirlər sözünün orfoqrafiyası #sirlər rusca #sirlər inglisça #sirlər fransızca #sirlər sözünün istifadəsi #sözlük