sorğu-çağırış sözü azərbaycan dilində

sorğu-çağırış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sorğu-çağırış • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir.
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
AVK Çağırış Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və "otboy" verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çağırış (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Çağırış-əlsıxma autentifikasiya protokolu
Çağırış-əlsıxma autentifikasiya protokolu — aşağıdakı kimi işləyir: Məsafədən giriş serveri kliyentə təsadüfi simvollar ardıcıllığından və öz adından ibarət sorğu (challenge) göndərir. Məsafədən giriş kliyenti MD5 alqoritmi ilə sorğu və istifadəçinin parolundan hesablanmış heşin əsasında yeni heş hesablayır. Kliyent hesablanmış MD5 heşini öz adı ilə birlikdə məsafədən giriş serverinə göndərir. Məsafədən giriş serveri istifadəçinin parolu əsasında heşi hesablayır və istifadəçidən alınmış heşlə müqayisə edir. Üst-üstə düşmə halında məsafədən giriş kliyentinin uçot verilələri həqiqi hesab olunur. Beləliklə, parol açıq şəkildə göndərilmir, lakin məsafədəki tərəf istifadəçinin parolunu açıq şəkildə saxlayır. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
İqtisadi hərbi xidmətə çağırış
İqtisadi hərbi xidmətə çağırış — iqtisadi şəraitlərdən istifadə etmək vasitəsilə silahlı qüvvələrə şəxsi heyətin cəlb edilməsi mexanizmləri. Bu, xüsusilə ölkə daxilindəki coğrafi ərazilərin iqtisadi inkişafı baxımından diqqətdən kənarda qalması halında gənclərin böyük bir hissəsinin silahlı qüvvələrdə karyeranı cəlbedici seçim kimi qiymətləndirdiyi vəziyyətə gətirib çıxarır. Termin hələ 1915-ci ildə istifadə olunurdu. Birləşmiş Krallıqda bu silahlı qüvvələrin hərbi xidmətə çağırış bölmələri tez-tez işsizliyin yüksək olduğu ərazilərdə "karyera yarmarkaları"ndan istifadə etməklə işə qəbul prosesini həyata keçirirlər. "Pleyd Kamri"nin iddiasına görə, Uelsdə "ordu yeni işə götürülənlər tapmaq üçün Uelsin ən yoxsul vilayətlərində yerləşən məktəbləri hədəfə alır".
Azərbaycanda hərbi xidmətə çağırış
Azərbaycanda bütün əmək qabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir. Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaşın vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə, hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. Silahlı qüvvələrə könüllülük əsasında 19–40 yaş arası qadınlar da qəbul edilir. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti 18 aydan 12 aya endirilmişdir. == Vətəndaşların ilkin hərbi qeydiyyatı == Hər il komissiyanın sədri (müvafiq icra hakimiyyəti orqanının rəhbəri) və komissiya üzvlərindən (tibb mütəxəssislərindən) ibarət hərbi qeydiyyat komissiyaları yaradılır. Yanvar-mart aylarında 16 yaşına çatmış kişi cinsli vətəndaşlar müvafiq hərbi orqanlarda qeydiyyatda olmalı və tibbi müayinədən keçməlidirlər. Qısamüddətli səhhətində problem olan vətəndaşlar dövlət büdcəsinin vəsaiti hesabına müalicə üçün tibb müəssisələrinə göndərilməlidir. == Vətəndaşların hərbi xidmətə hazırlanması == === Hərbi xidmətə çağırışaqədərki hazırlıq === Azərbaycanda hərbi xidmətə çağırışaqədərki hazırlıq təhsil müəssisələrində keçirilir.
Avropa Kişilər CEV Çağırış Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Avropa Qadınlar CEV Çağırış Kuboku
Avropa Qadınlar CEV Çağırış Kuboku (ing. Women's Challenge Cup) — Avropa voleybolunun klublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == "CEV Kuboku" adı altında 1980-ci ildən etibarən keçirilməyə başlamış, 2007-ci ildən sonra "Avropa Qadınlar Çağırış Kuboku" adını almışdır. Həmçinin, turnir "GM Capital Challenge Cup" da adlandırılır.
Azərbaycan Milli Məclisinin III çağırış deputatları
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi. == Milli Məclisdə təmsil olunan partiyalar == == Milli Məclisin III çağırış deputatları == == Qeydlər == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səfa Mirzəyev. Azərbaycan Respublikasının Milli Məclisi: üçüncü çağırış. Bakı: Azərbaycan Respublikası Milli Məclisinin nəşri. 2009.
Azərbaycan Milli Məclisinin II çağırış deputatları
Azərbaycan Milli Məclisin II çağırış deputatları — 2000-ci il noyabrın 5-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 77 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. II çağırış Milli Məclisdə AXCP 7 nəfərlə, VHP 3 nəfərlə, AMİP, AVP, MÜSAVAT və AzKP 2 nəfərlə, ANAP, ASRP və AYP isə 1 nəfərlə təmsil olundu. 26 nəfər bitərəf idi. II çağırış Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, sədrin müavinləri isə Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva idi. Milli Məclisin II çağırış deputatları sırasında ən yaşlısı 1925-ci il təvəllüdlü Bəxtiyar Vahabzadə, ən gənci isə 1974-cü il təvəllüdlü Gültəkin Hacıbəyli idi.
Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırılmış Milli Məclisə seçilmiş üzvlər. Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. IV çağırış Milli Məclisdə Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası və Azərbaycan Ümid Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi.
Azərbaycan Milli Məclisinin I çağırış deputatları
Azərbaycan Milli Məclisinin I çağırışı — 1995–1996-cı illərdə baş tutan seçkilər əsasında formalaşdırılan Azərbaycan Milli Məclisi. == Haqqında == Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı. 11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir. Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər. Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir. 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.
Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
Azərbaycan Milli Məclisinin VI çağırış deputatları — 2020-ci il fevralın 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. VI çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası (keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaqdı. Lakin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 28 iyun 2024-cü il tarixli sərəncamla Azərbaycan Milli Məclisinın VI çağırışı buraxıldı və Azərbaycan Milli Məclisinə növbədənkənar seçkiləri günü 1 sentyabr 2024-cü il olaraq təyin olundu. VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini YAP üzvü Əli Hüseynli, sədrin müavinləri isə bitərəf Adil Əliyev və VHP üzvü Fəzail İbrahimli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin ilk qadın sədri oldu. Milli Məclisin VI çağırış deputatları sırasında ən yaşlısı 1938-ci il təvəllüdlü Fəttah Heydərov, ən gənci isə 1993-cü il təvəllüdlü Səbinə Xasayeva idi.
Naxçıvan Ali Məclisinin III çağırış deputatları
Naxçıvan Ali Məclisinin III çağırışı — 2005-ci il 7 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 39-u Yeni Azərbaycan Partiyasının , 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. 2005-ci ilin 28 noyabr tarixində Ali Məclisin III çağırışının birinci sessiyası baş tutdu. III çağırışın birinci sessiyasında Ali Məclisin sədri YAP üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. III çağırışın 2-ci sessiyasında isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov Ali Məclisin sədr müavini seçilib. Ali Məclisin ən yaşlı üzvü 1941 təvəllüdlü Qürbət Rzayev, ən cavan üzvləri isə 1976 təvəllüdlü Elman Cəfərli və Anar İbrahimov olmuşdur. Naxçıvan Muxtar Respyblikası Mərkəzi Seçki Komissiyası:"Naxçıvanda Parlament seçkiləri: 6 noyabr 2005"; Naxçıvan-2006.
Naxçıvan Ali Məclisinin II çağırış deputatları
Naxçıvan Ali Məclisinin II çağırışı — 2000-ci il 5 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 40-ı Yeni Azərbaycan Partiyasının , 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. II çağırışın birinci sessiyasında Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Vahid Ağahəsənov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Zahid Əzimov seçilib. Ali Məclisin ən yaşlı üzvü 1919 təvəllüdlü Hüseyn İbrahimov, ən cavan üzvü isə 1969 təvəllüdlü Elçin Pənahov olmuşdur. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Bülleteni; Naxçıvan-2000.
Naxçıvan Ali Məclisinin IV çağırış deputatları
Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2-i isə bitərəf idi. Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur. 2010-cü ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu. IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.
Naxçıvan Ali Məclisinin VI çağırış deputatları
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci il tarixində baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament. Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, 2-si isə bitərəf idi. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü və 1 nəfər bitərəf. Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın. 2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.
Naxçıvan Ali Məclisinin V çağırış deputatları
Naxçıvan Ali Məclisinin V çağırışı — 2015-ci il noyabr ayında baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının üzvü, 2-si bitərəf, 1-i isə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü idi. Ali Məclisin 45 deputatından 8-i qadın, 37-i isə kişi olmuşdur. 2015-ci ilin 17 noyabr tarixində Ali Məclisin V çağırışının birinci sessiyası baş tutdu. V çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 noyabr 2017 tarixli sərəncamıyla Ali Məclisin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilmişdir.
SSRİ Ali Sovetinin I çağırış deputatları
Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
Azərbaycan Milli Məclisinin VII çağırış deputatları — Azərbaycan Milli Məclisinin 1 sentyabr 2024-cü ildə növbədənkar keçirilmiş seçki ilə formalaşmış VII çağırış deputatlarının siyahısı. Seçki nəticələri Konstitusiya Məhkəməsi tərəfindən 21 sentyabr 2024-cü ildə təsdiqlənib. Parlamentin ilk iclası 23 sentyabr 2024-cü ildə keçirilib və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Parlamentin sədri yenidən Sahibə Qafarova seçilib. İlk iclasda Milli Məclis sədrinin müavinləri də seçki yolu ilə təyin olunub. MM sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib. Sahibə Qafarovanın təklifi ilə Ziyafət Əsgərovun MM sədrinin müavini namizədliyi yekdilliklə qarşılanıb. Sonra müstəqil deputatların namizədi Musa Cəfər oğlu Qasımlı, parlamentdə azlıq təşkil edən siyasi partiyalar arasında ən çox deputat mandatı qazanmış Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi deputat Rafael Baba oğlu Hüseynov sədrin müavinləri seçilib. İlk iclasda Milli Məclisin İntizam Komissiyası da yaradılıb. O, İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədlikləri irəli sürülüb.
Naxçıvan Ali Məclisinin VII çağırış deputatları
Naxçıvan Ali Məclisinin VII çağırışı — 1 sentyabr 2024-cü ildə baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament.

Oxşar sözlər

#sorğu-çağırış nədir? #sorğu-çağırış sözünün mənası #sorğu-çağırış nə deməkdir? #sorğu-çağırış sözünün izahı #sorğu-çağırış sözünün yazılışı #sorğu-çağırış necə yazılır? #sorğu-çağırış sözünün düzgün yazılışı #sorğu-çağırış leksik mənası #sorğu-çağırış sözünün sinonimi #sorğu-çağırış sözünün yaxın mənalı sözlər #sorğu-çağırış sözünün əks mənası #sorğu-çağırış sözünün etimologiyası #sorğu-çağırış sözünün orfoqrafiyası #sorğu-çağırış rusca #sorğu-çağırış inglisça #sorğu-çağırış fransızca #sorğu-çağırış sözünün istifadəsi #sözlük