stəkan sözü azərbaycan dilində

stəkan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • stəkan • 98.6399%
  • Stəkan • 1.3601%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Pifaqor stəkanı
Pifaqor stəkanı – Samos adasından olan qədim yunan filosofu Pifaqorun ixtirası. Bu stəkan hədiyyəlik əşya, zarafat vasitəsi kimi istifadə olunurdu. Şərabı stəkanın içində şaquli vəziyyətdə durmuş dirəyin başına qədər doldurduqda qeyri-adi heç nə baş vermir, lakin maye çubuğu keçdikdə son damlasına qədər stəkandan boşalır. Bunu dirəyin içindəki boru təmin edir. Pifaqor stəkanı məşhur atalar sözünə-"çox istəyən azdan da olar" ifadəsinə allüziyadır və, adətən, tamahkar şəxslərə dərs vermək məqsədilə istifadə olunurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.28 dəfə / 1 mln.
2004 0.67
2006 0.68
2007 ••• 1.90
2008 •• 1.22
2009 ••••••••••••••• 12.00
2010 •••••••••••••••••••• 16.70
2011 ••••••••• 7.46
2012 ••••••• 5.16
2013 ••••••••••••••• 11.82
2014 •••••• 4.98
2015 •• 1.19
2016 0.69
2017 •• 0.98
2018 0.75
2019 •• 1.39
2020 ••••• 3.85

stəkan sözünün etimologiyası

  • 1 Bəzi türk dillərində tustakan, tostakan kimi işlədilir və “piyalə”, “badə” an­lam­larını əks etdirir. Deməli, həm tost, həm də stəkan türk mənşəlidir. Qabaq­lar ağacdan düzəldilmiş kasaya stəkan deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / stəkan

stəkan sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. стакан: 1. стеклянный сосуд для питья. Armudu stəkan stakan armudi, çapma stəkan гранёный стакан, stəkanı doldurmaq наполнить стакан, stəkanı yaxalamaq сполоснуть стакан, stəkanı yumaq вымыть стакан, stəkanı aşırmaq (döndərmək) опрокинуть стакан, stəkan çatladı стакан треснул 2. количество вещества, которое может вместиться в такой сосуд. Bir stəkan süd стакан молока, stəkanı başına çəkmək выпить залпом стакан чего-л.

    Azərbaycanca-rusca lüğət / stəkan

stəkan sözünün türk dilinə tərcüməsi

"stəkan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#stəkan nədir? #stəkan sözünün mənası #stəkan nə deməkdir? #stəkan sözünün izahı #stəkan sözünün yazılışı #stəkan necə yazılır? #stəkan sözünün düzgün yazılışı #stəkan leksik mənası #stəkan sözünün sinonimi #stəkan sözünün yaxın mənalı sözlər #stəkan sözünün əks mənası #stəkan sözünün etimologiyası #stəkan sözünün orfoqrafiyası #stəkan rusca #stəkan inglisça #stəkan fransızca #stəkan sözünün istifadəsi #sözlük