* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. bot. Sarı çiçəkli kol bitkisi. [Şirzad] yeridikcə hündür qalxmış qanqal və sirkan kolları qıçına dolaşırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / sirkan1 Tikanlı ot növüdür, tikan kəlməsi ilə qohumdur, əsli sır-tikan (yanları tikanlı) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sirkan1 сущ. бот. лебеда (травянистое сорное растение семейства маревых, с листьями, обычно покрытыми мучнистым налётом, марь)
Azərbaycanca-rusca lüğət / sirkan1 сущ. бот. гитӀар (хъипи цуьк ахъайдай кул хьтин са набатат); // гитӀардин (мес. цуьк).
Azərbaycanca-ləzgicə lüğəti / sirkan(Cəbrayıl, Dərbənd, Göyçay, Kürdəmir, Oğuz, Zəngilan) 1. alaq otu (Göyçay, Kürdəmir, Oğuz). – Sirkanı bir uzunqulax ye:ır (Oğuz); – Ajı alax, sirkan muna deyirik (Göyçay); – Sirkan mə:sulu aparır, birdan ta: mə:sul olmaz (Kürdəmir) 2. tikanlı ot növü (Dərbənd). – Sirkanın tikanları uzun uladu, adamun əlinə batadu 3. xırda yarpaqlı duzlutəhər yeməli bitki adı (Cəbrayıl, Zəngilan). – Sirkannan yaman yaxşı xitəb olur (Zəngilan); – Akif sirkannan xitəb pişirtdi (Cəbrayıl)
Azərbaycan dilinin dialektoloji lüğəti.