* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. qayıd. Öz-özünə danışaraq bir şeydən şikayətlənmək; deyinmək, donquldanmaq. Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir. S.S.Axundov. Hər kəs qonşuluğundakı tiryəki kişinin arxasınca deyib söylənirdi. S.Hüseyn. Üç-dörd qadın oturub əllərini ölçə-ölçə nə isə söylənirdi. Ə.Vəliyev. 2. məch. Deyilmək, danışılmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Söylənir haqqında uzun dastanlar; Deyirlər bitməzmiş onda bostanlar. H.K.Sanılı. Çingiz rəsmən Həsənin yanında söhbətlərə qarışmırdısa da, bunun əleyhinə söylənənlərin hamısına şərik idi. Çəmənzəminli. söylənə-söylənə zərf Deyinə-deyinə, donquldana-donquldana, öz-özünə danışadanışa. Söylənə-söylənə çıxıb getdi. Söylənəsöylənə iş görmək. – Pası söylənə-söylənə hövl ilə dönüb, o biri otağa keçdi. S.Rəhimov. Səhərlər xalam söylənə-söylənə məni oyadır, durub könülsüz halda dərsə gedirdim. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / söylənmək1 1. говорить про себя, бормотать; 2. брюзжать, ворчать; 3. сказываться, ходить молве, слуху;
Azərbaycanca-rusca lüğət / söylənmək2 1 глаг. 1. рассказываться, быть рассказанным 2. произноситься, быть произнесённым. Nitq söyləndi была произнесена речь 3. высказываться, быть высказанным. Yeni fikir söyləndi была высказана новая мысль 2 глаг. ворчать (сердито бормотать, выражая неудовольствие), поворчать. Səhərdən söylənir с утра ворчит, qarı kimi hey söylənir всё ворчит как старуха
Azərbaycanca-rusca lüğət / söylənmək1 f. 1. to mutter, to grumble (at), to speak* to oneself; 2. to complain, to express one’s dissatisfaction; 3. to be* told / spoken; Söylənildiyinə görə... According to what is said / told...
Azərbaycanca-ingiliscə lüğət / söylənmək1 1. элкъв. вичи-вичикди са вуч ятӀа лугьун, рахун, луькӀуьнун, шикаят авун; мурмурун, бурбурун; 2. məch. лугьузваз хьун, рахазваз хьун.
Azərbaycanca-ləzgicə lüğəti / söylənmək