* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Demək. Nə söyləyirsən? – [Sultan bəy:] Qızım, sənin istədiyin, kimdir? Söylə görək. Ü.Hacıbəyov. Zeynal yavaşca addımlarla Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Söyləməyə üzü gəlmirdi. S.Hüseyn. // Anlatmaq, bildirmək, xəbər vermək. Əhvalatı olduğu kimi söylədi. Bunu sizə kim söylədi? – Badi-səba, söylə mənim yarıma; Gözəllər çıxıbdı seyrana, gəlsin. Q.Zakir. Molla Fərzəli əsnəyə-əsnəyə bir kağız parçasını dizi üzərinə alaraq: – Həmşəri nə yazılacaq? Söylə! – dedi. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / söyləmək1 Söz kəlməsi ilə kökdaşdır. Söymək sözü də söylə və söz kəlmələri ilə qohumdur. Söz söyləmək və söz demək ifadələri sinonimdir. Söyləmək sözünün qədim forması sözləmək olub. İndi söy müstəqil kök kimi işlədilmədiyindən söylə kəlməsi sadə söz hesab olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / söyləmək2 1. SÖYLƏMƏK [Mərdan] ..öz-özünə mahnı söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib otağa dolaşır, arabir güzgünün önündə durub, özünə tamaşa edirdi (Çəmənzəminli); İFA ETMƏK Yunis: Bəlkə bir muğam ifa edək (X.Hasilova); MAHNI OXUMAQ Könül bu mahnını oxuyub qurtarandan sonra Yunis dinmədi (X.Hasilova); ZƏNGULƏ VURMAQ. 2. SÖYLƏMƏK Vera uşağını rahat etmək üçün çar babanın cah-cəlalından, ədalətindən, rəiyyət üçün atalıq etməyindən söyləyirdi (S.S.Axundov); DANIŞMAQ [Sədr:] Başağrısı olsa da, sənə bir əhvalat danışacağam (Ə.Qasımov); NAĞIL ETMƏK/ ELƏMƏK Cabbar bəy: Dilim gəlmir olan işin hamısını nağıl eləyim (N.Vəzirov); NƏQL ETMƏK/ELƏMƏK Xırda. Belə aydınlıq içində ol, imamın kamil olsun, nəql elə görüm nə var (N.Vəzirov). 3. söyləmək bax demək 1
Azərbaycan dilinin sinonimlər lüğəti / söyləmək1 говорить, твердить, рассказывать, высказывать, произносить, молвить, промолвить
Azərbaycanca-rusca lüğət / söyləmək2 глаг. 1. говорить, сказать (выразить словесно какие-л. мысли, мнения, сообщить факты и т.п.); произнести. Yalan söyləmək говорить ложь, düzünü söyləmək говорить правду, xoş sözlər söyləmək говорить приятные слова, fikrini söyləmək сказать (высказать) своё мнение, monoloq söyləmək произнести монолог, nitq söyləmək произнести речь; nə söyləyirsən? что ты говоришь? Kim söylədi? кто сказал? belə söylədi он сказал так 2. рассказывать, рассказать (словесно сообщить, изложить что-л.). Nağıl söyləmək рассказывать сказку, əhvalatı söyləmək рассказать о происшествии, məzmununu söyləmək рассказать содержание, dostuna söyləmək рассказать другу, təfsilatı ilə söyləmək обстоятельно рассказать, hər şeyi olduğu kimi söyləmək рассказать всё как было, dərdini söyləmək рассказать о своём горе
Azərbaycanca-rusca lüğət / söyləmək1 f. to tell* (about d.), to speak*; həqiqəti ~ to tell* / to speak* the truth; yalan ~ to tell* a lie, to tell* lies; öz fikrini / rəyini ~ to give* one’s own opinion (of); nağıl ~ to tell* a tale; Söyləyirlər ki, ... The story goes that...
Azərbaycanca-ingiliscə lüğət / söyləmək1 f. dire vt, exprimer vt ; fikir ~ discourir vi (de qch, sur qch) ; öz fikrini ~ dire son opinion
Azərbaycanca-fransızca lüğət / söyləmək