süsən-sünbül sözü azərbaycan dilində

süsən-sünbül

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • süsən-sünbül • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sünbül
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Qızılyarpaq sünbül
== Təbii yayılması == Təbii halda Çində və yaponiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 5-8 m-ə qədərdir. Onların gövdəsinin hündürlüyü 15 m-ə qədər, diametrləri isə 6,5 sm-ə qədərdir. Gövdələri açıq-yaşıl rəngdədir, işıq düşən tərəfləri qızılı-sarı rəngdə görünür. Gövdə qınları töküldükdən sonra cavan gövdələrdə parlaq mum örtüyü olur. Yarpaqları sarı-yaşıl, xırdadır. Yazda vegetativ yolla, qələmlərlə və kolların bölünməsi ilə çoxaldılır. Yayda tez böyüyür, ona görə bambukun gövdələrini qışa yaxın torpağa əymək və üstünü örtmək lazımdır. == Ekologiyası == Bitki əkildikdən sonra çox nəmişlik tələb edir. Məhsuldar torpaqlarda yaxşı bitir.
Sünbül (dəqiqləşdirmə)
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Sünbül (ulduz)
Sünbül — Qız bürcünün α ulduzudur. Sünbül ulduzunun vizual ulduz ölçüsü m=1,2, mütləq ulduz ölçüsü M=-2,2, spekrti B 1 V {\displaystyle B_{1}V} , parallaksı 0,021-dir. İşıqlığı 1000 Günəş işlığı, kütləsi 11 Günəş kütləsi, radiusu isə 2,5 Günəş radiusu tərtibindədir. Yerdən 300 i.i. uzaqlıqdadır.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. == Dində == "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Adi süsən
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Cırtdan süsən
Cırtdan süsən (lat. Iris pumila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Mavi süsən
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Nazikyarpaq süsən
Nazikyarpaq süsən (lat. Iris tenuifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Paradoksal süsən
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Paradoxsal süsən
Qurdqulağı süsən
Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Sarı süsən
Sarı süsən (lat. Iris pseudacorus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Süsən Məcidova
Süsən Hacıaslan qızı Məcidova (1916, Bakı – 24 iyun 1985) — Azərbaycan aktrisası. == Həyatı == Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü il-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. Çılğın ehtiraslı və qroteskii rollarda məharəti daha parlaq şəkildə səhnə təcəssümü tapırdı.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. == Çoxalması == Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
İtikənarlı süsən
İtikənarlı süsən (lat. Iris acutiloba), süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü.Nadir məhdud areallı Qafqaz endemidir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.Regional IUCN Status - EN B2ab(iii)c(v) . == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 4—12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1—3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu bir qədər yumurtalıqdan qısadır, çiçəkyanlığı qıfşəkilli, 5—7 sm uzunluğunda, xarici tərəfdəki 4-5 sm uzunluqda, uzunsov – lansetvari və ya uzunsov xətvari, təpə hissədən daralmış küt, bəzən oyuq olur.Tozcuqlar sarımtıl, sütuncuğun kənarları, çiçəkyanlığının xarici qısadır, tünd – yaşılımtıldır. Qutucuq 3-5 sm uzunluğunda, ellipsivari – üçtillidir .
Kiçik sarı süsən
Kiçik sarı süsən (lat. Iris lutescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Kiçik sarı süsən qısaboylu dekorativ bitkidir. 0–1000 m-də bitir. 4-5-ci aylarda çiçək açır. Toxum (29%) və soğanaqları ilə çoxaldılır. Bəzək bitki sidir. Yaşıllaşdırmada geniş istifadə oluna bilər.
Atropatan hiasintellası (Sünbül çiçəyi)

süsən-sünbül sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. обобщенное название благоуханных, ароматных цветов. Süsən-sünbülə batmaq (bürünmək) утопать в цветах 2. “Сюсан-сюнбюль” (название мотива в азербайджанской народной музыке)

    Azərbaycanca-rusca lüğət / süsən-sünbül

Oxşar sözlər

#süsən-sünbül nədir? #süsən-sünbül sözünün mənası #süsən-sünbül nə deməkdir? #süsən-sünbül sözünün izahı #süsən-sünbül sözünün yazılışı #süsən-sünbül necə yazılır? #süsən-sünbül sözünün düzgün yazılışı #süsən-sünbül leksik mənası #süsən-sünbül sözünün sinonimi #süsən-sünbül sözünün yaxın mənalı sözlər #süsən-sünbül sözünün əks mənası #süsən-sünbül sözünün etimologiyası #süsən-sünbül sözünün orfoqrafiyası #süsən-sünbül rusca #süsən-sünbül inglisça #süsən-sünbül fransızca #süsən-sünbül sözünün istifadəsi #sözlük