Sünəni-Əbu Davud
Sünəni-Əbu Davud (ərəb. سُنن أبي داود). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kutubi Sittənin) üçüncüsüdür.
Müəllifi Əbu Davuddur. Bu əsər də müəllifinə nisbətlə Sünəni-Əbu Davud olaraq anılır.
Əbu Davud Məhəmməd ibn Süleyman İshaq ibn əl-Əzdi əs-Sicistani, h.q. 202-ci ildə Sicistanda doğulmuşdur. İlk təhsilindən sonra Nişapur, Kufə, Xorasan, Ərəbistan, Mesopotomiya, İran, Suriya və Misir kimi yerlərə səfər etmiş və elmini daha da artırmışdır. H.q. 275-ci ildə (M. 888) Bəsrədə vəfat etmişdir.