səfirliyinə sözü azərbaycan dilində

səfirliyinə

Yazılış

  • səfirliyinə • 95.0352%
  • Səfirliyinə • 4.9648%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın İrandakı səfirliyinə hücum
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlara atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları isə onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Yasin Hüseynzadə çox keçməmiş, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Hadisəni törədən Hüseynzadə istintaqa cəlb olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir.
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu - 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Tehranda Böyük Britaniya səfirliyinə hücum
Tehranda Böyük Britaniya səfirliyinə hücum — İrandakı Britaniya Səfirliyinə hücum 2011-ci il noyabr ayının 29-da Tehranda baş verib. Bəzi Basiji tələbələr səfirliyin binasına daxil olub və Böyük Britaniya bayrağın aşağı çıxarmışlar və səfirliyin bəzi sənədlərin həyətə atmışlar.
Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir. == Azərbaycanda == Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".
İranda Böyük Britaniya səfirliyinə hücum (2011)
Tehranda Böyük Britaniya səfirliyinə hücum — İrandakı Britaniya Səfirliyinə hücum 2011-ci il noyabr ayının 29-da Tehranda baş verib. Bəzi Basiji tələbələr səfirliyin binasına daxil olub və Böyük Britaniya bayrağın aşağı çıxarmışlar və səfirliyin bəzi sənədlərin həyətə atmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.22 dəfə / 1 mln.
2002 •••••••• 10.28
2003 •••••••••••••••••••• 27.16
2004 •••••••••• 12.80
2005 •••••••••• 12.82
2006 •••••••• 10.36
2007 •••••••• 9.94
2008 ••••••• 8.77
2009 •••••••• 10.56
2010 ••••••••• 12.16
2011 ••••••••••• 14.58
2012 ••••••••••• 14.03
2013 ••••••••••••• 16.63
2014 ••••••••• 11.33
2015 ••••••••• 11.57
2016 •••••• 7.98
2017 ••••••• 9.27
2018 ••••• 5.54
2019 •••• 4.31
2020 •••••• 7.69

Oxşar sözlər

#səfirliyinə nədir? #səfirliyinə sözünün mənası #səfirliyinə nə deməkdir? #səfirliyinə sözünün izahı #səfirliyinə sözünün yazılışı #səfirliyinə necə yazılır? #səfirliyinə sözünün düzgün yazılışı #səfirliyinə leksik mənası #səfirliyinə sözünün sinonimi #səfirliyinə sözünün yaxın mənalı sözlər #səfirliyinə sözünün əks mənası #səfirliyinə sözünün etimologiyası #səfirliyinə sözünün orfoqrafiyası #səfirliyinə rusca #səfirliyinə inglisça #səfirliyinə fransızca #səfirliyinə sözünün istifadəsi #sözlük