türbəsi sözü azərbaycan dilində

türbəsi

Yazılış

  • türbəsi • 94.4578%
  • Türbəsi • 5.3012%
  • TÜRBƏSİ • 0.2410%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hümayun türbəsi
Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, Böyük Moğol imparatorluğunun ikinci hökümdarı olan Hümayunun arvadı Həmidə Banu Bəyimin (Hacı Bəyim) əmri ilə 1565 ildə tikilməyə başladı. 1572 ildə isə tamamlandı. 1993 ildə Ümumdünya irsi siyahısına salınmışdır.
Kırna türbəsi
Cümə məscidi — Culfanın Kırna kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır. Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir. Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir. Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir.
Kəla türbəsi
Kəla türbəsi — Azərbaycanın Lerik rayonunun Orand kəndində yerləşən tarixi-memarlıq abidəsi. Şeyx Kəla türbəsi XIV əsrin yadigarıdır. Türbədə dəfn olunan Şeyxin adı Əkkaşə ibn Möhsüm Əsəddir. Deyilənə görə o Məhəmməd peyğəmbərin 407 nəfərə təyin etdiyi sərkərda olmuşdur. O, cənnəti xatırladan bərəkətli torpaq, 7 çeşməbulağı olan Orandda yaşamağı qərara almışdır. Şeyx burada yaşayan əhalini islamı qəbul etməyə çağırmışdır.
Kələzeyvə türbəsi
Kələzeyvə türbəsi — İsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər. == Tarixi == Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsilə həyata keçirilmişdir. Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır. == İstinadlar == == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Mirəli türbəsi
Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır. == Tarixi == Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur. İvan Şeblıkin qeyd edir ki, "memarlıq forması, material seçimindəki həssaslıq, inşaatda istifadə edilmiş daşların cilalanma forma cə xarakteri və hörgü xüsusiyyətləri tikilinin ən geci XIII–XIV əsrlərdə inşa edildiyini deməyə əsas verir." Memarlıq xüsusiyyətlərinə görə türbə Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir. Abidəni tədqiq etmiş Şeblıkin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı əfsanəni yazıya almışdır: Şeblıkin bildirir ki, bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir. Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur.
Məlikəjdər türbəsi
Məlik Əjdər türbəsi, Məlikəjdər türbəsi və ya Cicimli türbəsi — Azərbaycanda, Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir. 2020-ci ildə Azərbaycanın müzəffər ordusu işğalda olan torpaqları azad etdikdən sonra, ilk dəfə video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu türbənin yeni fotolarını çəkiblər. == Memarlıq xüsusiyyətləri == Bu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşundadır.Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Çünki türbənin divarları şaquli xəttlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş,türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd quruluşunu xatırladır. Müxtəlif araşdırmaçıların müşahidə etdiyi kimi Cicimli türbəsi yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırının yamsılanması ilə yaradılmışdır. Türbənin istər bayır tutumu, istərsə də iç məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur.
Məmmədbəyli türbəsi
Məmmədbəyli türbəsi — Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə, tarixi abidə. == Haqqında == Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Abidə haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İ. P. Şeblıkin vermişdir. O, Araz və Həkəri çaylarının hövzəsindəki abidələrdən danışarkən, Füzuli rayonundakı Mir Əli, Qubadlı rayonundakı Dəmirçilər kəndi yaxınlığındakı türbəni və başqa abidələri təsvir etmişdir. Lakin Məmmədbəyli türbəsi memarlıq quruluşu cəhətdən həmin türbələrə bənzəmədiyi üçün onun təsvirini olduğu kimi verməmişdi. Alman tədqiqatçı Qustav Radde 1890-cı ildə türbəni ziyarət edərək onu yerli əhalinin "Yel piri" olaraq adlandırdığını qeyd etmişdir. == Türbənin vəziyyəti == Türbə dövrümüzədək salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır.(ermənilər tərəfindən işğal olunduğu vaxtda).20.10.2020 tarixində işğaldan azad edildi. == Memarlıq xüsusiyyətləri == Tikili piramidal günbəzlərlə örtülmüş səkkizguşəli prizmadan ibarətdir. Sadə işlənmiş əsas qapının üzü abidənin şimal-qərb tərəfindədir.
Nuh türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. == Nuh tufanı == Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Nəimi türbəsi
Nəimi türbəsi — Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsi. == Haqqında == Qırmızı kərpicdən inşa edilmiş türbənin üstündə bir böyük, altı kiçik günbəz var. 1339–1401-ci illərdə yaşayan, Hürufilik təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 445. ISBN 5-8066-1468-9.
Papravənd türbəsi
Papravənd türbəsi — Azərbaycanın Ağdam rayonunun Papravənd kəndində yerləşən məqbərə. Azərbaycan tədqiqatçılarının fikrincə, XIV əsrdə tikilmişdir. Orta əsr memarlığının nadir abidələrindən biri hesab olunur. Məqbərə 1972-ci ilin iyulunda təmizlənmiş, ölçülmüş və tədqiq edilmişdir. 1993-cü ilin yayında məqrəbənin yerləşdiyi ərazi, Rusiya Federasiyasının hərbi və siyasi dəstəyi ilə Ermənistan Respublikası ordusu tərəfindən işğal edilmiş və ərazi 2020-ci ilə qədər qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olub. BMT Təhlukəsizlik Şurası məqbərə yerləşən ərazini Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmiş yer hesab edib. == Memarlığı == Məqbərənin planı XVI əsr memarlığı üçün xarakterikdir və günbəzli tikililər qrupuna aiddir. Mərkəzi hissəsi günbəzlə, kənarları isə lansetli qübbələrlə örtülmüşdür. Mərkəzi meydandan günbəzə keçid, yelkənlərin köməyi ilə həyata keçirilib. Xarici konturuna görə məqbərə xaricdən kvadrat, içərisində isə xaç formasında olan zaldır.
Perneb türbəsi
Perneb türbəsi — Qədim Misirin V Sülalə dövrünə aid tikili olub, fironlar Cedkara İsesi və Unas tərəfindən təxminən e.ə. 2381–2321 ci illərdə tikdirildiyi güman edilir. Türbə ilk dəfə 1907 ci ildə Sakkarada pilləli Coser ehramından şimalda, Qahirədən 30 km cənubda aşkar edilmiş, 1913 cü ildə Misir hökumətindən Metropoliten muzeyi tərəfindən satın alınmışdır. Perneb firon ailəsinə məxsus saray əyyanı olmuş, adının mənası "hökmdarım mənə yetişdi" deməkdir. Onun qəbiri vəzir Şepsesrenin qəbiri ilə bitişik olduğundan güman edilir ki, vəzir onun oğludur. Perneb türbəsi bir neçə yeraltı kameradan və kirəcdaşdan olan mastabadan ibarətdir. Mastaba isə özlüyündə qurbangah kapellasına və davamı zirzəmiyə keçən ikinci dərəcəli kameraya bölünür. Əsas ibadətgahda üzəri rəngli reliyeflərlə bəzədilmiş yalançı qapı vardır. Burada Perneb üstündə ərzaq və digər mallar olan masa arxasında oturmuş vəziyyətdə təsvir edilmişdir.
Pirmərdəkan türbəsi
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. == Tarixi == Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir. Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.
Qarabağlar türbəsi
Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə. == Tarixi == Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun (və ya Qutuy Xatun) ola bilsin ki, Abaqa xanın (1265–1282) arvadı olmuş Qutuy xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII–XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr edilməsi imkan daxilindədir. Zəngəzur sıra dağlarının ətəyində, Qarabağlar kəndi yaxınlığında yerləşən ansamblın salamat qalmış tikililəri — baştağla birləşmiş minarələr və türbə — özünün mənzərəli görünüşü ilə silinməz təəssüratlar yaradır. Üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyət illərinə (1319–1335-ci illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.
Qarğabazar türbəsi
Qarğabazar türbəsi — Füzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Memarlıq xüsusiyyətləri == Qarğabazar türbəsi təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, Qarğabazar türbəsinin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır.
Sarıtəpə türbəsi
Sarıtəpə türbəsi — Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşən tarixi-memarlıq abidəsidir. Planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir. Baraban üzərində isə türbəni tamamlayan yarımpərgar formalı günbəz yerləşir. == Tarixi == Türbə, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun təşkil etdiyi və tədqiqatçılar İ. Cəfərzadə, İ. Şeblıkin və A. İbrahimovun iştirak etdiyi ekspedisiya zamanı aşkar olunmuşdur. Ə. Salamzadə qeyd edir ki, türbə hansısa ornamental bəzəklər və ya kitabəyə maik olmadığından, onun inşa tarixini müəyyənləşdirmək çox çətindir. Abidənin tarixini müəyyənləşdirmək rol oynaya biləcək yeganə elemenlər tikilini tipoloji xüsusiyyətləri və inşaat zamanı istifadə edilmiş kərpicin ölçüləridir. Tədqiqatçının fikrincə bütün bu xüsusiyyətləri nəzərə almaqla türbənin inşasını XVII əsrə aid etmək olar. İnteryerinin təşkil xüsusiyyətlərinə görə isə Sarıtəpə türbəsinin ən yaxın anologiyası Qusar rayonunun Həzrə kəndində yerləşən və XVI əsrə aid edilən Şeyx Cüneyd türbəsidir. == Memarlıq xüsusiyyətləri == Türbənin inşası zamanı 21x21x4 və 22x22x4.5 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunmuşdur. Türbənin 3.1 metr hündürlüyə və planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir.
Sumahi türbəsi
Sumahi türbəsi — Digah kəndində yerləşən köhnə qəbirstanlığın kənarında yerləşən türbə. Türbənin 1901-ci ildə inşa edildiyi qeyd edilir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili üzəri günbəzlə tamamlanır. Türbədən bir qədər yuxarıda türk şəhid əsgərlərinin məzarları yerləşir.
Tutanhamon türbəsi
Tutanxamon türbəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Howard Carter tərəfindən Misirdə Krallar vadisində tapılmış KV62 nömrəli qədim bir qaya türbəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən məzar, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.
Tutanxamon türbəsi
Tutanxamon türbəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Howard Carter tərəfindən Misirdə Krallar vadisində tapılmış KV62 nömrəli qədim bir qaya türbəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən məzar, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.
Vaqif türbəsi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. == Abidə == Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Xanoğlu türbəsi
Xanoğlu türbəsi - Ağdam rayonunun Papravənd kəndində yerləşən XVIII əsrə aid ölkə əhəmiyyətli memarlıq abidəsi. Erməni vandalizmi nəticəsində dağıdılıb. == İstinadlar == == Xarici keçidlər == "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 21 sentyabr 2021. "Tarixi abidələr". agdjabedy.mctgov.az. 2021-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021. "AZƏRBAYCAN RESPUBLİKASI AĞDAM RAYON İCRA HAKİMİYYƏTİ".
Xanəgah türbəsi
Xanəgah türbəsi — Xanəgah türbəsi Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq abidəsidir. Orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir Seyid Əhməd əl-Oğul Şaminin oğlu, Sahib əl-əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının memarlıq elementləri Mömünə xatun türbəsinin elementlərinə oxşayır. Türbə sərdabə planında düzbücaqlı formada olub, daş və kərpicdən tikilmişdir. Bərkidici maddə kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilmişdir.
Xaçıntürbətli türbəsi
Qutlu Musa türbəsi, Sarı Musa türbəsi və ya Xaçındərbətli türbəsi — Azərbaycanda tarixi abidə. == Haqqında == Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. == Memarlıq xüsusiyyətləri == Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir. Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Xudayarlı türbəsi
== Haqqında == Xudayarlı türbələri – Cəbrayıl rayonu Xudayarlı kəndində yerləşən tarix-memarlıq abidələridir. Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. Xudayarlı kəndində yerləşən türbələr yaxşı yonulmuş qumdaşından inşa edilmişdir. Bu türbələr aid olduqları dövrün memarlığında XIII–XIV əsrlərin türbə memarlığının necə təkrarlanmasını öyrənmək baxımından elmi maraq kəsb edirlər. Ə. Salamzadə qeyd edir ki, Xudayarlı kəndindəki dairəvi türbədə Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşən Mirəli türbəsinin birbaşa memarlıq təsiri açıq şəkildə görünməkdədir. Lakin, böyük həcm və ölçülü türbə üçün işlənmiş kompozisiya üsulunun kiçik türbəyə uyğunlaşdırılması zamanı Xudayarlı kəndindəki dairəvi türbə bədii inandırıcılığından məhrum olmuşdur. Bir qədər aralıda yerləşən səkkizguşəli türbə də eyni xüsusiyyətlərin daşıyıcısıdır.
İmamzadə türbəsi
İmamzadə türbəsi (Şamaxı) — Şamaxı şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi İmamzadə türbəsi (Bərdə) — Bərdə şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi İmamzadə türbəsi (Gəncə) — qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi. İmamzadə türbəsi (Bülbülə) — Suraxanı rayonunun Bülbülə kəndində XVIII əsrə aid memarlıq abidəsi. İmamzadə türbəsi (Naxçıvan) — Naxçıvan şəhərinin ən qədim ziyarətgahı. İmamzadə türbəsi (Nehrəm) — Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid memarlıq abidəsi.
Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Hacı-Baba türbəsi
Hacı-Baba türbəsi — XVI əsrin sonu və ya XVII əsrin əvvəllərində tikilmiş və Ermənistanın Şvanidzor kəndi yaxınlığında, Megridən təxminən on yeddi kilometr şərqdə yerləşən İslam dini abidəsidir və azərbaycanlıların müqəddəs ziyarətgahıdır. Türbə Ermənistanın etnik azlıqlarının mədəni irsi üçün hökumət tərəfindən "Syunikdə qeyri-erməni tarix və mədəniyyət abidələri" kateqoriyası üzrə mühafizə olunan ərazi siyahısına salınıb və dövlət mülkiyyəti kimi qorunur. == Memarlığı == Məqbərə palıd ağacının budaqları ilə əhatə olunmuş təpənin zirvəsində yerləşir. Diametri təxminən altı metr və daxili kameranın hündürlüyü dörd metrdən az olan konusvari formadadır. O, daşdan hazırlanıb və iki təməl daşının ətrafında qara parça ilə örtülmüş kiçik kvadrat hasardan ibarətdir. Daşların üzərində iki kitabə var: bir kitabədə erməni dilində "Baba" və ermənilərdə sonsuzluq rəmzi olan Arevaxaç, birin də isə ərəb qrafikası ilə ulduz və aypara ilə "Hacı" sözü yazılıb. Erməni dilində kitabənin türbə üzərinə həkk olunması sonradan edildiyi ehtimal olunur. == Tarixi == Abidənin dəqiq tikilmə tarixi məlum deyil. Hacı-Baba türbəsi Zəngəzur və sonradan Megri rayonu ərazisində yaşamış azərbaycanlılar tərəfindən inşa edildiyi ehtimal olunur. Abidəni yeganə tədqiq edən jurnalist Qohar İsaxanyandır.
Hacı Gəray türbəsi
Hacı Gəray türbəsi — Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə. Türbəni onun oğlu I Məngli Gəray tikdirib. 1466-cı ildə Hacı Gəray, 1515-ci ildə isə I Məngli Gəray burada dəfn olunublar. Hər ikisi bu türbədə dəfn ediliblər. 2007-ci ildə Türkiyə hökuməti tərəfindən Zəncirli Mədrəsə və Hacı Gəray türbəsinin yenidən qurulması üçün 2.75 milyon dollar pul ayrılıb. 2008-ci ilin payızında türbənin altından krım xanlarının və yaxınlarının qalıqları olan 18 qəbir aşkarlanıb.
Hacı Mahmud Əfəndi türbəsi
Hacı Mahmud əfəndi türbəsi və ya Göy türbə — Hacı Mahmud Əfəndinin ocağı; Aslanbəyli kəndinin qədim qəbiristanlığında Türbə və Yerli Əhəmiyyətli Tarixi Abidə. == Haqqında == Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan el yolunun solundadır. Qazax, Gəncə və Borçalı ellərində "Göy türbə" kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. 1835–1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Seyid Mir Həmzə Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur.
Hafiz Şirazinin türbəsi
Hafiziyyə və ya Hafiz türbəsi — İran şairi Hafizin Şiraz şəhərindəki türbəsi. Hafiz üçün “Hafiziyyə” olaraq bilinən bəzəkli bir türbə, ölümündən təxminən 20 il sonra ilk dəfə Şirazdakı “Musalla Baxçaları”nda inşa edilmişdir. Bugünkü binanın sələfi olan orijinal tikili və sütunlar 1773-cü ildə Kərim xan Zənd dövründə inşa edilmişdir. Türbənin indiki vəziyyəti 1930-cu illərin sonlarında Fransız arxeoloq və memar André Godard və Maxime Siroux tərəfindən dizayn edilmişdir; Dərviş türbəsinə oxşayan günbəzi 1935-ci ildə tikilib. Türbədə su mərmərindən düzəldilmiş qəbir daşı üzərində Hafizə aid bir şeir həkk olunmuşdur.
Heydər Almazovun Türbəsi
Heydər Almazovun Türbəsi (Pirətavan) — Yerli camaatın Pirətavan adlandırdığı bu türbənin adı Piri-taun (taun xəstəliyinə şəfa verən yer) söz birləşməsinin təhrif olunmuş şəklidir. Bu türbədə iki məzar var. Onlardan biri Soltan digəri isə Mirkəlaməddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı şəxs 1894-cü ildə bu qəbirlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərə onun adı ilə, yəni "Heydər Almazov türbəsi" kimi qeyd olunur. == Tarixi == Akademik D.Born "Bibiheybət" məqbərələrində tədqiqat işi apararkən bu kompleksin Səfəvilər dövlətinin, xüsusilə I Şah Abbasın dövrünə təsadüf olduğunu sübut etmişdir. Məhz bu tədqiqatlara əsaslanaraq bu ziyarətgahın XVII əsrdən çox əvvələ aid olduğunu görə bilərik. Türbənin inşası hicri tarixi ilə 1311-ci ildə (miladi təqvimlə 1893-1894-cü illərdə) başa çatmışdır. == Yerləşməsi == Türbə Neftçalanın təxminən 3 km. qərbində salınıb. Vaxtilə qəbristanlığın yeri dəniz sahili olmuşdur.
Heydər türbəsi (Şuşa)
Heydər türbəsi — Şuşa şəhəri, Ocaqqulu küçəsində yerləşən XIX əsrə aid tarixi-dini türbə. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 340 inventar nörməsi ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınıb. 2021-ci ildə üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilib.
II Kəsrani türbəsi
II Kəsrani türbəsi — Azərbaycanın Abşeron rayonu Saray kəndinin köhnə Saray adlanan ərazisində yerləşən tarixi-memarlıq abidəsi. Türbə yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qorunur (4020). == Tikili == Bina kvadrat formaya malikdir. Qara suvaqla üzlənən binanın fasadı əhənglə ağardılmışdır. Mərkəzi hissədə gümbəzi vardır.
II Mehmed Gəray türbəsi
II Mehmed Gəray türbəsi — Krımın Bağçasaray şəhərinin Eski Yurt qəsəbəsində yerləşən xan türbəsi. Burada ata, oğul və nəvə olan II Mehmed Gəray (1532—1584), II Səadət Gəray (təxminən 1550—1587) və III Mehmed Gəray (1584—1629) Krım xanları dəfn olublar, həmçinin Murad Gəray və Səfa Gərayın da qalıqları burada yerləşir. 2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir. Hazırkı dövrdə II Mehmed Gəray türbəsi Bağçasaray Tarixi, Mədəni və Arxeoloji Muzey-Qoruğunun qorunan obyektlərindən biridir. == Tarixi == === II Mehmed Gərayın vəfatı və dəfni === 1584-cü ilin yazında Osmanlı sultanı III Murad II Mehmed Gərayı Səfəvi-Osmanlı müharibəsində kömək etməyi rədd etdiyi üçün hakimiyyətdən məhrum etdi və onun yerinə əvvəllər türk torpaqlarında yaşamış kiçik qardaşı II İslam Gərayı gətirdi. Həmin ilin may ayında İslam Gəray Osman Paşanın dəstəyi ilə Qılınc Əlinin Osmanlı donanması ilə Kefeye çatdı. Krım xanı II Mehmed sultana itaət etməyib Kefeni mühasirəyə aldı, lakin Əli bəy Şirinin başçılıq etdiyi Krım bəyləri sultanın fərmanına qarşı çıxmamağa qərar verdilər və yeni xanın tərəfinə keçdilər. Mehmedə sədaqəti ancaq Mənsurov nəslindən olan noqay murzaları qorudular. Devrilən II Mehmed Gəray zadəganların və ordunun dəstəyini itirərək, oğulları Səadət, Murad və Səfa ilə Mənsur bəylərinin müşayiəti ilə mübarizəni davam etdirmək üçün Kefədən Noqay ordasına qaçdı ki, orada güc-qüvvət toplasın. Xanın arxasına kiçik qardaşları şahzadələr Alp Gəray, Səlamət və Mübarek Gəray qoşunla birlikdə düşdülər.
I Daranın türbəsi
I Daranın türbəsi - Nəqşi-Rüstəm yaxınlığındakı Hacıabad dağındadır. Fars əyaləti ərazisində yerləşir.
I Şah Abbas türbəsi
I Şah Abbas türbəsi (fars. آرامگاه شاه عباس بزرگ‎‎) — Səfəvi hökmdarı I Şah Abbasın dəfn edildiyi türbədir. == I Şah Abbas == Səfəvilər dövlətin V hökmdarı olan I Şah Abbas 42 il Səfəvi dövlətini idarə etmişdir. Dövlətin özündən əvvəlki dövrlərdə itirmiş olduğu qüdrətini bərpa etmiş, Osmanlı imperiyasını, Şeybaniləri və Portuqaliyanı məğlub etmişdir. Avropada bəziləri onu "Böyük Abbas" adlandırırlar. 1587-ci ildən 1629-cu ilə qədər hakimiyyətdə olan I Şah Abbas 1629-cu ildə Mazandaranda Xəzər dənizi sahilində tikdirdiyi Fərahabad adlanan sarayında vəfat etmiş və Kaşana aparılaraq bu türbədə dəfn edilmişdir. == Türbə == I Şah Abbas bu türbədə dəfn edilmişdir. Türbə İran İslam Respublikasının Kaşan şəhərində yerləşir. Türbənin mehrabındakı yazıya görə, türbə ilk dəfə XII əsrdə tikilmişdir. Lakin Səfəvi dövləti zamanında təmir edilmiş və genişləndirilmişdir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Karaşaş ana türbəsi
Karaşaş-ana türbəsi (qaz. Гарашаш ана кесенисе) — Sayramın mərkəzi hissəsindəki Çimkentdəki XII–XIX əsrlərə aid tarix və memarlıq abidəsidir. Rəvayətə görə müqəddəs sufi Hoca Əhməd Yasəvinin anası orada dayanır. İndiki bina XIX əsrdə dağılmış orta əsr binasının yerində tikilmişdir. == Əfsanələr == Müqəddəslər Mədinət əl-Bəyda və İspidcab Müqaviləsində (17-ci illərin sonu — 18-ci əsrin əvvəlləri) təsvir olunan əfsanəyə görə, Karaşaş ana, Hocanın atası İbrahim-atanın [ru] ən məşhur müridi Şeyx Musanın qızı idi. Əhməd Yəsəvi. XVII əsrin sonlarına aid əfsanələr onu Daşkənddə müqəddəs sayılan Şeyx Ömər Bağistaninin qızı, bacısı və ya əmisi oğlu da adlandırır. Rəvayətə görə, Karaşaş ana dövrünün ən savadlı, savadlı və savadlı qadınlarından biri idi. Zadəgan və varlı bir ailədən salamlayan Karaşaş ana təkəbbürlü idi. İnsanlara xəyalları yozmağa və anlamağa kömək edən şəfa hədiyyə verdi.
Kral qızı türbəsi
Kral qızı türbəsi və ya Kral qızı abidəsi (mak. Турбе на кралската ќерка, türk. Kral Kızı Türbesi, serb-xorv. Kral K'zi ) — Şimali Makedoniyanın Skopye şəhərində, Skopye universitetinin Təbiət Elmləri və Riyaziyyat Fakültəsi yaxınlığında yerləşən Bosniya şahzadəsi Ketrinə həsr olunmuş məqbərədir. Türbə, 1963-cü ildə Skopyedə baş verən zəlzələ zamanı dağılmış, Bosniya və Herseqovinanın Mədəniyyət və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Makedoniya Mədəniyyət Nazirliyi tərəfindən 2014-ci ildə yenidən bərpa edilmişdir. Elm adamları və yerli əhali arasında buranın pərəştiş yeri yoxsa müxtəlif yerlərdə bir neçə qəbir olan fərdi pərəştiş üçün tikilmiş bir abidə olması haqqında dilemma mövcuddur. Padşah qızının (şahzadənin) məqbərəsi, Balkan yarımadasındakı Makedoniya mədəni irsində, İslam- Şərq sakral obyektləri arasında və Osmanlı-Bosniya arasında da geniş yer alır. == Tarix == Tarixi mənbələrdə məqbərənin nə vaxt inşa edildiyi barədə məlumat verilmir. Türbənin və ya onun qalıqlarının üzərində yaşını təyin edə biləcək bir kitab olmamasına baxmayaraq, 15-ci əsrin sonu-16-cı əsrin əvvəllərində inşa edildiyi düşünülür. Bəzi tədqiqatlardan birində deyilir: "Skopyedəki "Kral qızı"nın məzarlığı, Balkan yarımadasında Osmanlı hakimiyyətinin erkən çağlarına aid olan bu mədəni və dini əsər haqqında tarixi faktlarla əlaqədar özbaşınalığı və qeyri-dəqiqliyi səbəbindən nəzərə alınmayacaqdır." == Epiloq == Şahzadə haqqında olan məlumata görə Siqismund və Katarina, Bosniya şahzadləri olaraq İstanbula doğru gedirdilər.
Kürəkən İbrahim Paşa türbəsi
Kürəkən İbrahim Paşa türbəsi – İstanbulun Fateh rayonunda XVII əsrin əvvəllərinə aid türbə. Türbə 1603-cü ildə Dalğıc Əhməd ağa tərəfindən inşa edilmişdir. Səkkizbucaqlı və tək gümbəzli planla inşa olunan türbənin giriş cəbhəsi xaric, bütün cəbhələrində altlı-üstlü pəncərələri var. Türbədə 2 mərmər məzar sandığı yerləşir. Bunlardan kavuk papaqlı olanı Sultan Mehmed səltənəti sədrəzəmlərindən Bosniyalı İbrahim Paşaya, digəri isə paşanın gənc yaşda vəfat edən oğluna aiddir.
Mazan nənə türbəsi
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir. == Əfsanə donu == El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür.
Mir Əli türbəsi (Füzuli)
Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır. == Tarixi == Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur. İvan Şeblıkin qeyd edir ki, "memarlıq forması, material seçimindəki həssaslıq, inşaatda istifadə edilmiş daşların cilalanma forma cə xarakteri və hörgü xüsusiyyətləri tikilinin ən geci XIII–XIV əsrlərdə inşa edildiyini deməyə əsas verir." Memarlıq xüsusiyyətlərinə görə türbə Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir. Abidəni tədqiq etmiş Şeblıkin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı əfsanəni yazıya almışdır: Şeblıkin bildirir ki, bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir. Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur.
Molla Vələdli türbəsi
Molla Vələdli türbəsi — Azərbaycanın Goranboy rayonunun Şəfəq kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi.
Mürsəl Ocağı Türbəsi
Mürsəl ocağı türbəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Haqqında == Şəhərin mərkəzi bazarının yanında olan "Mürsəl ocağı" türbəsi şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbiristanlıqda tikilib. Sovet dövründə 1954-cü ildə qəbiristanlığın ərazisində şəhər mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir. Türbə restavrasiya olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur.

"türbəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türbəsi nədir? #türbəsi sözünün mənası #türbəsi nə deməkdir? #türbəsi sözünün izahı #türbəsi sözünün yazılışı #türbəsi necə yazılır? #türbəsi sözünün düzgün yazılışı #türbəsi leksik mənası #türbəsi sözünün sinonimi #türbəsi sözünün yaxın mənalı sözlər #türbəsi sözünün əks mənası #türbəsi sözünün etimologiyası #türbəsi sözünün orfoqrafiyası #türbəsi rusca #türbəsi inglisça #türbəsi fransızca #türbəsi sözünün istifadəsi #sözlük