* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim. Teymur tərcüməçi vasitəsilə alimə müraciət edərək soruşur… “M.N.lətif.”
Azərbaycan dilinin izahlı lüğəti / tərcüməçi2 1. Bir dildən digərinə çevirən, tərcümə üzrə mütəxəssis. 2. Həm ilkin dildən alıcı rolunu da, həm də sonuncu dildən, yəni tərcümə dili rolunda çıxış edən ikidilli kommunikativ akt iştirakçısı. 3. Ünsiyyətdə əlavə; ona ehtiyac, zərurət o zaman yaranır ki, mənbə ilə adresatın kodları üst-üstə düşmür. 4. Müəyyən mənada onu linqvoölkəşünas da hesab etmək olar ki, o özü konkret mədəniyyət daşıyıcısı olsa da, digər mədəniyyət haqqında da eyni dərəcədə müvafiq biliyə malik olmalıdır.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / tərcüməçi3 yaddilli məlumatı (mətni) qəbul edən məlumatın (mətnin) digər dildə yenidən kodlaşdırılmasıdır.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / tərcüməçi2 TƏRCÜMƏÇİ Son illərdə bizdə bacarıqlı tərcüməçilər dəstəsi yaranmışdır (M.Arif); DİLMANC (köhn.) Nəçərnik onun [Məmmədhəsən əminin] üstünə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmancı çağırsınlar (C.Məmmədquluzadə); MÜTƏRCİM Və saniyən, bir para əlfaz və idarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır və bir neçə yerlərdə kəlamdan əsla məna çıxmayıb (F.Köçərli); TƏRCÜMAN (köhn.) Bilirdi xahişi tərcüman yenə; Əməl elədimi, istəklərinə (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / tərcüməçi2 I сущ. переводчик (тот, кто занимается переводами с одного языка на другой), переводчица. Tərcüməçi işləmək работать переводчиком II прил. переводческий. Tərcüməçi əməyi переводческий труд
Azərbaycanca-rusca lüğət / tərcüməçi1 сущ. таржумачи, переводчик, са чӀалай маса чӀалаз элкъуьрдай, таржума ийидай кас.
Azərbaycanca-ləzgicə lüğəti / tərcüməçi