taxt-rəvan sözü azərbaycan dilində

taxt-rəvan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • taxt-rəvan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı Taxt-i Rəvan (Çaldıran)
Aşağı Taxt-i Rəvan (fars. تختروان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (14 ailə).
Yuxarı Taxt-i Rəvan (Çaldıran)
Yuxarı Taxt-i Rəvan (fars. تختروان علي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 410 nəfər yaşayır (68 ailə).
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Taxt oyunları
"Taxt oyunları" — amerikalı yazıçı Corc Martinin fantastik romanlar seriası olan "Buzla alovun nəğməsi"nin ilk romanıdır. İlk dəfə 6 avqust 1996-cı ildə nəşr edilmişdir. Roman 1997-ci ildə Lokus Mükafatını qazandı və həmçinin həm 1997 Nebula Mükafatına, həm də 1997 Dünya Fantaziya Mükafatına namizəd oldu. Romanın Daenerys Targaryen fəsillərindən ibarət "Əjdahanın qanı" romanı 1997-ci ildə Ən Yaxşı Roman nominasiyasında Hüqo Mükafatını qazanıb. 2011-ci ilin yanvarında roman New York Times Bestseller siyahısına daxil oldu, 2011-ci ilin iyulunda isə siyahıda 1-ci oldu Romanda hadisələri müxtəlif nöqteyi-nəzərdən danışan Martin Westeros, Divar və Tarqaryenlərin zadəgan evlərinin süjet xəttini təqdim edir. Roman müxtəlif oyunlar da daxil olmaqla bir neçə spin-off əsərinə ilham verib. Roman həmçinin 2011-ci ilin aprelində premyerası olan HBO-nun teleserialı Taxt-tac oyunları"nın ilk mövsümünün adı və əsasıdır. 2013-cü ilin martında "Taxt oyunları" adlı kağız üzlü cildsiz televiziya tie-in yenidən nəşri dərc olunub. "Taxt Oyunları" ("A Game of Thrones") Corc Martin tərəfindən yazılmış “Buzla alovun nəğməsi” ("A Song of Ice and Fire") roman seriyasının ilk kitabıdır. Bu kitab 1996-cı ildə nəşr olunmuş və dərhal fantastika dünyasında böyük uğur qazanmışdır.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Rəvan Alxaslı
Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri. Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir. 2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.
Rəvan Bünyadlı
Rəvan Cabbarov
Rəvan Daşdəmirov
Rəvan FK
"Rəvan" futbol klubu — Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.
Rəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Rəvan Lətifov
Rəvan Məmmədov
Rəvan Nurayev
Rəvan Qafarov
Rəvan Quliyev
Rəvan Qəfərov
Rəvan Rəhimov
Rəvan Rəhimov (tam adı: Rəvan Abdullətif oğlu Rəhimov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. Rəvan Abdullətif oğlu Rəhimov – 28.06.1980-cı il tarixində Azərbaycan Respublikasının İsmayıllı rayonu Qalacıq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Qalacıq kənd orta məktəbini bitirmiş və Bakı Dövlət Universitetinin "kimya" fakültəsinə daxil olmuşdur, 2001-ci ildə bakalavr təhsilini aldıqdan sonra həmin Universitetin "Yüksək Molekullu Birləşmələr" kimyası ixtisası üzrə magistraturasına qəbul olunmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycam Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv maddələr və preparatlar" laboratoriyasında prof. Z.H.Əsədovun rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. 2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olmuş və 2007-ci ildə "Çoxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Sintez edilmiş birləşmələr benzinin buxarlanmasını ləngidərək rezervuarlarda baş verən itkilərin azalmasında, ekoloji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. 2008-ci ildən elmi fəaliyyətini kiçik elmi işçi, 2008-ci ildən elmi işçi, 2010-cu ildən böyük elmi işçi, 2013-cü ildən aparıcı elmi işçi kimi vəzifəsini davam etdirmişdir. 2011 və 2014-cü illərdə R.A.Rəhimovun tədqim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc Alim və mütəxəssislərin qrant müsabiqələrinin qalibi olmuşdur.
Rəvan Sığorta
Rəvan Tohidoğlu
Rəvan Tohid oğlu Səmədov (13 dekabr 1983, Bakı) — azərbaycanlı yazıçı, hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014). Rəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb, elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb.
Rəvan Şahmuradov
Rəvan Əhmədov
Rəvan Əliyev

taxt-rəvan sözünün leksik mənası və izahı

  • 1 is. Keçmişdə: kübarları, əyanları, xüsusən onların qadınlarını bir yerdən başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi kimi istifadə edilən, iki və ya dörd adam tərəfindən qaldırılıb gəzdirilən evcik. Sevda qara qulların daşıdığı taxt-rəvanda gələr, ətrafında saray qızları coşqun bir sevinclə şərqi söyləyərlər. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / taxt-rəvan

taxt-rəvan sözünün sinonimləri (yaxın mənalı sözlər)

taxt-rəvan sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. паланкин (крытые носилки в виде кресла или ложа, укреплённые на двух длинных шестах, концы которых лежат на плечах носильщиков)

    Azərbaycanca-rusca lüğət / taxt-rəvan

taxt-rəvan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. вилик девирра: аристократар, абурун папар акьадарна са чкадай маса чкадиз гваз фидай, кьвед ва я кьуд касди хкажна тухудай гъвечӀи кӀвал хьтинди.

    Azərbaycanca-ləzgicə lüğəti / taxt-rəvan

Oxşar sözlər

#taxt-rəvan nədir? #taxt-rəvan sözünün mənası #taxt-rəvan nə deməkdir? #taxt-rəvan sözünün izahı #taxt-rəvan sözünün yazılışı #taxt-rəvan necə yazılır? #taxt-rəvan sözünün düzgün yazılışı #taxt-rəvan leksik mənası #taxt-rəvan sözünün sinonimi #taxt-rəvan sözünün yaxın mənalı sözlər #taxt-rəvan sözünün əks mənası #taxt-rəvan sözünün etimologiyası #taxt-rəvan sözünün orfoqrafiyası #taxt-rəvan rusca #taxt-rəvan inglisça #taxt-rəvan fransızca #taxt-rəvan sözünün istifadəsi #sözlük