* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••••• | 10.24 |
2004 | •••••••••••• | 13.14 |
2005 | ••••••• | 8.10 |
2006 | ••••••••• | 9.46 |
2007 | •••••••••••••• | 15.22 |
2008 | •••••••• | 8.53 |
2009 | •••••••••••• | 13.60 |
2010 | ••••••••••• | 12.25 |
2011 | ••••••••••• | 12.27 |
2012 | ••••••••••••••• | 16.78 |
2013 | •••••••••••••••••••• | 23.19 |
2014 | •••••••••••••••• | 17.68 |
2015 | •••••••• | 8.51 |
2016 | •••••••••••••••••• | 20.13 |
2017 | ••••••••••••••••• | 19.19 |
2018 | •••••••••••••••••••• | 23.22 |
2019 | •••••••••••••••••••• | 22.67 |
2020 | •••••••••••• | 13.66 |
1 is. [fars.] 1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. Ağacdan taxta kəsmək. – Zalın baş tərəfində sadəcə şam taxtalarından qayrılmış hündür, enli bir bufet vardı. M.Hüseyn. [Direktor] addımını atdıqca döşəmənin taxtaları cırıldayırdı. B.Bayramov. // Taxtadan qayrılmış, taxtadan olan. [Bürcəliyev:] Hamısı biclikdir, – deyə, taxta çarpayıdan ayağa qalxdı. S.Rəhimov. Qabaqda İmran kişi, onun ardınca Tahir taxta pilləkənlə ikinci mərtəbəyə qalxıb, balkonla sola doğru getdilər. M.Hüseyn. 2. Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı. Xasay lampanı söndürdü, pəncərənin o biri taxtasını da atdı. M.Hüseyn. 3. Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövhəcik və s. Çertyoj taxtası. Şahmat taxtası. Yazı taxtası. 4. Parça (qumaş) zolağı. Üç taxtadan tikilmiş yorğanüzü. – Göyərçin üstdən on iki taxta, ayağı yaşıl lentli tuman geymişdi. S.Rəhimov. [Nənə:] Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Mir Cəlal. // Torpaq zolağı. Bu taxtada darı əkiləcək. ◊ Taxta kimi – çox arıq, bir sümük, bir dəri. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb cəld yerə atıldı. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / taxta1 1. “Zolaq” mənasında işlədilir (“beş taxtadan bir tuman çıxır” deyirlər), farscadır, “doska” anlamlı söz də taxta ilə bağlıdır. Parçanı satanda taxta ilə ölçürmüşlər. 2. Farsca “yastı” deməkdir. Onlar qayaya “taxtesənq” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / taxta1 TAXTA I is. [ fars. ] Tikinti materialı: yonulmuş, hamarlanmış ağac. Yükü taxta-şalban, torpaqdı, daşdı (Ə.Kürçaylı). TAXTA II is. [ fars. ] Lövhə. Ona baxmaq üçün uşağı yazı taxtasına çağırdım (Q.İlkin). TAXTA III is. Bir parça, zolaq, şırım. Gülpəri xalanın donu dörd taxtadan ibarət olur.
Azərbaycan dilinin omonimlər lüğəti / taxta2 I сущ. 1. доска: 1) плоский с обеих сторон кусок дерева небольшой толщины, выпиленный или вытесанный из дерева. Birdüymə taxta дюймовая доска, döşəmə taxtası половая доска, taxtaları kip mıxlamaq вплотную проколачивать доски; taxta kəpəyi опилки 2) широкая чёрная доска, на которой пишут мелом. Yazı taxtası классная доска 3) спорт. деревянный или картонный четырёхугольник с начерченными и раскрашенными в два цвета 64 квадратиками для шахматной или шашечной игры. Şahmat taxtası шахматная доска, iki taxtada oynamaq играть на двух досках 2. дерево (как поделочный материал). архит. Taxta cızması гравюра на дереве 3. разг. полоса: 1) узкий участок пахотной земли. Bu taxtada darı əkiləcək на этой полосе будет посеяно просо 2) продолговатый, удлинённый кусок чего-л. Tuman üç taxtadır юбка состоит их трёх полос II прил. 1. дощатый (сделанный из досок). Taxta döşəmə дощатый пол, taxta hasar дощатый забор, taxta sipərlər дощатые щиты 2. деревянный (сделанный из дерева). Taxta evlər деревянные дома, taxta qaşıq деревянная ложка; taxta zavodu лесопильный завод (лесопильня); архит. taxta mıx нагель; taxta çəkic киянка, taxta qəlib опалубка; taxta səki помост ◊ taxta kimi как доска (худой)
Azərbaycanca-rusca lüğət / taxta1 I. i. 1. board; plank; şahmat ~sı chessboard; elan ~sı notice board; yazı ~sı (black) board; 2. k.t. patch; bir ~ kartof a patch of potatoes II. s. wooden, (made) of planks / boards; ~ qapı wooden door; ~ qaşıq wooden spoon; ~ çarpayı wooden bed; ~ hasar wooden fence; ~ başmaq wooden shoes; ~ sifət məc. wooden face
Azərbaycanca-ingiliscə lüğət / taxta1 is. planche f ; tableau m, şahmat ~sı échiquier m ; elan ~sı tableau d’affichage ; ~ qapı porte f de bois ; ~ qaşıq cuillère f de bois
Azərbaycanca-fransızca lüğət / taxta1 [fars.] сущ. 1. кьул; nazik taxta кьелечӀ кьул; yazı taxtası кхьинардай кьул; şahmat taxtası шахматдин кьул; // кьулун(ин); кьуларин; кьулуникай авур, кьуларикай расай (мес. гурар, рак); taxta körpü кьуларин муьгъ; 2. хел, тай (кьулуникай авур дакӀардин, рикӀинин ва мс.); 3. зул (парчадин, къумашдин); 4. тахта, зул (ччилин); ** taxta kimi кьул хьтин, гзаф яхун, са хамни са кӀараб.
Azərbaycanca-ləzgicə lüğəti / taxta